Şimal limonu adlandırılan zirincin faydaları

Zirinc bəzi xüsusiyyətlərinə görə limona bənzəyir. İlk növbədə C vitamini ilə zəngindir və tərkibində orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələr var.
Zirinc «ağır» qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən tez-tez ət yeməklərinə əlavə olunur. zirincin faydalarıOrqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır.
Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır.



Mənbə: mybaku.az

Oxşar məqalələr

 

0 şərh