Çay içməyin qaydaları

Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da "canavarın evə girməsi" effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.

Qadağa 3
Soyuq çay içmək olmaz: İsti və qaynar çay insana gümrahlıq verdiyi, şüur və görmə qabiliyyətini aydınlaşdırdığı halda, soyuq çay əks təsir göstərir: orqanizmə soyuq və rütubəti toplayır.

Qadağa 4
Tünd çay içmək olmaz: Tünd çayın tərkibində olan kofein və tein maddəsi başağrısı və yuxusuzluğa səbəb ola bilər.

Qadağa 5
Çayı çox dəmləmək olmaz: Əgər çayı çox dəmləsəniz, çay fenolu, lipoidi və efir komponentləri turşuyur. Bu da çayın həm şəffaflığını, dad və iy keyfiyyətini aradan qaldırır, həm də qida dəyərini aşağı salır. Belə ki, çay yarpaqlarında olan C və P vitaminləri, amin turşuları və digər dəyərli maddələr turşuyur. Eyni zamanda, çox dəm alan çay ətraf mühitin təsirinə məruz qalır və tərkibindəki mikroorqanizmlər (bakteriya və göbələk) çoxalır.

Qadağa 6
Çayı dəfələrlə dəmləmək olmaz: Adətən 3-4-cü dəmləmədən sonra çay yarpaqlarında heç nə qalmır. Təcrübələr göstərir ki, birinci dəmləmə çay yarpaqlarındakı 50% faydalı maddələri çıxarır, ikinci - 35%, üçüncü - 10%, dördüncü isə 1-3%. Əgər çayı yenə dəmləmək fikrindəsinizsə, onun tərkibinə çay yarpaqlarında olan zərərli elementlər çıxacaq.

Qadağa 7
Yeməkdən qabaq çay içmək olmaz: yeməkdən əvvəl içilən çay mədə şirəsinin durulaşdırır ki, bu da yeməyin dadsız olmasına gətirib çıxarır. Bundan başqa, həzmetmə orqanları tərəfindən proteinin mənimsənilməsi zəifləyə bilər. Odur ki, çayı yeməkdən 20-30 dəqiqə əvvəl içmək məsləhətdir.

Qadağa 8
Yeməkdən dərhal sonra çay içmək olmaz: çayda olan tanin protein və dəmirin bərkiməsinə səbəb olur ki, nəticədə onların mənimsənilməsi çətinləşir. Əgər yeməkdən sonra çay içmək istəsəniz, 20-30 dəqiqə gözləmək məsləhətdir.

Qadağa 9
Dərmanı çayla qəbul etmək olmaz: çayda olan aşılayıcı maddələr parçalanaraq tanin əmələ gətirir ki, bu da bir sıra dərmanların pis mənimsənilməsinə gətirib çıxarır. Buna görə çinlilər deyirlər ki, çay dərmanı dağıdır.

Qadağa 10
Dünənki çayı içmək olmaz: bir sutka qalan çay vitaminini itirməklə bərabər, yüksək miqdarda protein və şəkərə görə bakteriyalar üçün əla şərait yaradır. Əgər çay xarab olmayıbsa, ondan müalicə məqsədilə istifadə etmək olar. Belə ki, bir sütka qalmış çay turşu və ftorla zəngin olur. Kapilyarlarda qanaxmanın qarşısını aldığına görə qalmış çaydan ağız boşluğu iltihablarında, dil yaralarında, damaq qanamalarında, dəri zədələrində, irinliklərdə istifadə olunur. Dünənki çayla gözləri silmək gözyaşlarından sonra xoşəgəlməz hissi aradan qaldırır. Səhər dişləri fırçalamazdan əvvəl və yeməkdən sonra ağzınızı dünənki dəmlə yaxalasanız, həm dişləriniz möhkəmlənəcək, həm də təravət hissi yaradacaq.


UPD, Alman alimləri təsdiq ediblər ki, ürək-damar sistemində çayın müsbət təsiri ona süd qatıldıqda azalır. Alimlər bu nəticəyə siçovul dərisi üzərində laborator eksperimenti zamanı və 16 nəfərin iştirakı ilə aparılmış tədqiqat nəticəsində gəliblər. (BBC) Alimlər professor kardioloq Vereni Stanqanın rəhbərliyi iə aparılmış tədqiqatdan sonra bu nəticəyə gəliblər ki, qara çayın qəbul edilməsi qan dövranının yaxşı işləməsinə kömək etməklə yanaşı insanı hipertoniyadan da qoruyur. Tədqiqatçılar bu effekti çayın tərkibində olan "katexin" adlanan maddənin olması ilə əlaqələndirirlər. Aydın olub ki, bu komponentlər azot oksidi yaradır ki, bu da öz növbəsində qan damarlarının genişlənməsinə səbəb olur. Stanqanın sözlərinə görə, çaya süd əlavə etdikdə süddə olan zülal-kazein çayda "katexin"in konsentrasiyasını azaldır və damarlarda blokada yaradaraq, onun effektliyini azaldır.
loading...

1 şərh

ferid1001
cay icmek ne cetin ish imish)))