Mikroelementlər

Orqanizmimizin sağlamlığı vitamin və mikroelementlərdən asılıdır.
Dəmir- Ən vacib mikroelementlərdəndir. Bu element orqanizmdə qanyaratmada, oksigen mubadiləsində və immun sisteminin bərpasında mühüm rol oynayır. Kişilərdə dəmirə olan günlük tələbat 10mq. olduğu halda, qadinlarda bu göstərici 18mq.-ya çatır. Qaraciyər, quzu əti, yumurta, çuğundur, qara çörək,qırmızı alma dəmirlə zəngindir. Dəmirin çatışmamazlığı qan azlığına səbəb olur. Dəmirin normadan artıq olması isə orqanizmin antioksidant sisteminə mənfi təsir ederək zəhərlənməyə səbəb ola bilər.
Fosfor- Həm əzələ, həm də sümük toxuması üçün vacib elementdir. Fosforun skeletin inkişafında, mərkəzi sinir sisteminin düzgün işləməsində, dişlərin kariesə qarşı dayanıqlılığında rolu əvəzsizdir. Sutka ərzində orqanizm 800-1500 mq fosfor qəbul etməlidir. Fosforun çatışmamazlığı müxtəlif sümük xəstəliklərinə(raxit və s), parodantoza səbəb olur. Normadan artıq olması isə orqanizmdə manqan və kalsiyumun səviyyəsini aşağı salır bu da osteoparoz xəstəliyinə səbəb ola bilər.
mikroelement nutritionYod- Qalxanabənzər vəzinin(həmçinin də Tireoid hormonunun) normal funksiyasını təşkil edir. Sutkalıq yod ehtiyacı 200mkq-dır. Yod çatışmamazlığı endemik zob, qipotireoz, kretinizm kimi xəstəliklərə səbəb olur. Yod ən çox dəniz məhsullarında, kələm, sarımsaq, kök,xurmada vardır.
Sink- Kişilərdə bu elementə tələbat qadınlardan daha çoxdur. Bu element kişi hormonu olan testesteron, elece de insulin və boy hormonunun tənzimlənməsində rol oynayir. Bundan əlavə  immun sistemini gücləndirir və qanyaratmada da iştirak edir. Zink daha çox yumurta sarısında, qaraciyər, lobya, noxud və balqabağın tumlarında olur.
Xrom- Xromun gündəlik dozası 150mq.-ni keçməməlidir. Xrom qanda şəkəri tənzimləyir, orqanizmi diabetdən müdafiə edir. Stress vəziyyətini yüngülləşdirir. Ət, pendir, noxud, qara istiot xromla zəngindir.
Molibden- Madələr mübadiləsini tənzimləyir,əqli inkişafı sürətləndirir, eyni zamanda boyun uzanmasında da rol oynayır. Sutkalıq tələbat 75-250 mq-dır. Qarabaşaq, sarımsaq, gül kələm molibdenlə zəngindir.
Manqan- Sinir sisteminin normal inkişafını təmin edir, orqanizmin allergik reaksiyalara və diabetə dayanıqlılığını tənzimləyir. Sutkalıq tələbat 2-5 mq.-dır. Şabalıq, qoz-fındıq, istiot manqanla zəngindir.
Maqnezium- Maqneziumun çatışmamazlığından əhalinin 90% əziyyət çəkir. Bu element zülalların sintezində, böyrəklərin normal funksiyasını yerinə yetirməkdə, qan-damar sistemində,sinir sistemində çox mühüm rol oynayır. Gündəlik tələbat 300-400mq.-dır. Orqanizmdə maqneziumun defisiti özünü yuxusuzluq, xroniki yorğunluq, miqren, əzələ spazmları şəklində biruzə verir. Qoz, fındıq, küncüt maqneziumla zəngindir.
Kalsium- Bu element insan çəkisinin 1,9% təşkil edir. 99%-i sümüklərdə toplanır. Bundan başqa sinir sistemində də rol oynayır. Pendir, kəsmik, alma, bütün növ kələmlər, xiyar, cəfəri, kərəvöz kalsiumla zəngindir.

Oxşar məqalələr

 

0 şərh