Göyərti

Vəzərinin İranda geniş istifadə edilməsi barədə Elianın əsərlərində (bizim eranın II əsri) məlumat verilir. Onun vətəni İran, Orta Asiya və Yaxın Şərq sayılır.
Göyərtilər arasında vəzəri xüsusi olaraq seçilir. Onun xoş, acıtəhər səciyyəvi dadı vardır. Bu onunla izah edilir ki, tərkibində kalium, kalsium, S vitamini, karotin, yod və dəmir kimi maddələr vardır.
Avropada vəzərini ən çox Almaniyada XV əsrin ikinci yarısından etibarən geniş becərirlər. Bir vaxtlar vəzəridən sinqaya qarşı dərman bitkisi kimi istifadə edilirdi.

Şüyüdün vətəni Aralıq dənizi ölkələri, Misir və Kiçik Asiyadır.Şüyüd Qərbi Avropaya XVI əsrdə yayılmışdır.
Bu xoş və özünəməxsus dadı olan bitkinin tərkibində vitaminlər kompleksi — S, A, V1, V2, RR, R, həmçinin dəmir duzları, kalium, kalsium və fosfor vardır.
XI əsr alim və təbibi Odo bitkilərin müalicə xüsusiyyətləri barədə poema yazmışdır. Poemada bitkilərin hansı xəstəliklərə, necə təsir etdiyi təsvir olunur. Əsərin bir yerində şüyüd haqqında belə deyilir: «Xəstə əzilmiş şüyüdü ilıq suyla içərsə, mədəsində, bağırsaqlarında olan ağrılar keçib gedər».

Cəfərinin vətəni İspaniya və Aralıq dənizi ölkələridir. O, IX əsrdə Avropaya yayılmağa başlamışdır.Bir az cəfərini xatırladan, lakin daha sərt dadı ilə seçilən kərəviz süfrələrə XV-XVI əsrlərdə daxil olub. Əvvəlcə almanlar, daha sonralar (XVII-XVIII əsrlər) isə fransızlar bu göyərtidən gen-bol istifadə etməyə başlayıblar.

Şomunun vətəni İrandır. Sonrakı dövrlərdə Əfqanıstana, Orta Asiya ölkələrinə və Qafqaza yayılmışdır. Bizim eradan əvvəl I əsrdə göyərti Hindistana və Çinə aparılır. Orta əsrlərdə ərəblər şomunu Sevilyaya gətirirlər.
Şomu B, C və A vitaminləri ilə, həmçinin dəmir və fosforla zəngindir. Azərbaycanda başqa göyərtilər əlavə etməklə şomudan «göy qutabı» bişirirlər.Onun 150-ə yaxın sortu vardır, alaq kimi də rast gəlinir. Vətəni Qərbi Avropadır. Onu XIV əsrdən başlayaraq Avropa ölkələrində, o cümlədən Fransada becərirlər. Turşəngdən sous və müxtəlif şorbalar hazırlanmasında geniş istifadə edilir.

göyərti (keşniş,soğan,vəzəri)

Qədim vaxtlarda nanə bir çox xörəklərin hazırlanmasında istifadə edilirdi. Romalıların «Xörəklər kitabı»nda tər və quru nanədən bir sıra xörəklərdə istifadə olunması xüsusi olaraq qeyd olunmuşdur.
Nanənin tibbi səciyyəsində deyilir: «Onun şirəsi mədənin həzm qabiliyyətini artırır… Cövhərindən pendirə vuranda, ya da pendiri onun yarpaqlarına bükəndə yaxşı qalır».Qurudulmuş nanə Azərbaycan xörəklərindən küftəbozbaşa, düşbərəyə tökülür. İranda nanəni kababın yanında da vermişlər.

Tərxunun vətəni Monqolustan və Cənubi Sibirdir. Oradan o, Şərq və Qərb ölkələrinə yayılmışdır. Qədimlərdə onu Suriyada çox becərirlərmiş. Avropaya orta əsrlərdə gətirilmişdir.

Sürvənin(adaçayı) 500-ə yaxın sortu vardır. Tətbiqinə görə o, iki yerə bölünür — dərman və muskat sürvəsi. Muskat sürvəsinin vəhşi sortlarına Orta Asiya, Qafqaz və İran ərazilərində rast gəlmək olur. Sürvədən muskat ətri verən efir yağı alınır ki, bu da şərab istehsalında mühüm əhəmiyyət kəsb edir.

Reyhanın vətəni Hindistan və İrandır. O, əsas etibarilə süfrədə göyərti kimi istifadə olunur. Tərkibində evgenol adlı ətirli maddə var. Buna görə də yeyinti və ətriyyat sənayesində geniş tətbiq edilir. Bununla yanaşı, evgenol vanilinin istehsalında və təbabətdə istifadə olunur.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

1 şərh

Ferbara
Maraqlı məlumata görə çox sağ olun. Vəzərinin xeyirli olduğunu bilmirdim.
Tərxun və reyhandan şərbət də düzəldilir.
Maraqlıdı, göy soğan haqda yazmamısınız.