Aktual etiket qaydaları

Etiket- lazım olduğu zamana yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:

* Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə,, dəməli, hesabı siz ödəməlisiniz.  Amma əgər siz “Gəlin restorana gedək “ kimi ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.

* Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim  deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətrini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “ Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.

* İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.

* Kişi hec vaxt qadının cantasını daşımamalıdır. Qadın paltosunuda o, yalnız qarderoba aparamaq üçün götürməlidir.

* Əgər siz kiminləsə yol gedirsiniz və sizin yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşsa, siz də salam verməlisiniz.

* Ayaqqablar hər zaman təmiz olmalıdır.

* Həmsöhbətə ehtiyac duyduğunuz zaman telefonla boş-boş mənasız danışmaqdansa, bir-birinizlə görüşsəniz yaxşıdır.

* Əgər sizi təhqir edirlərsə, bu zaman səsinizi qaldırıb kobudluqla cavab verib onun səviyyəsinə enməyin. Gülümsəyin və tərbiyəsiz mübahisədən uzaqlaşın.

* Küçədə kişilər xanımların solunda getməlidir.

* Qadınlar otaqda şlyapalarını çıxartmaya bilərlər, amma papağı çıxartmaq lazımdır.

* Qadınların istəyi olmadan onun əlindən tutmaq, söhbət zamanı ona toxunmaq olmaz. Bunu yalnız nəqliyytdan istifadə zamanı və yolu kəçərkən etməyə icazə verilir.

* Ətirlərdən həddindən artıq çox istifadə etmək olmaz.

* Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.

* Kim olmasında asılı olmayaraq otağa ilk daxil olan salamlaşmalıdır.

* Çox bərkdən gülmək, səs-küylə danışmaq, insanları başdan ayağa süzmək olmaz.

* Bağlı qapını döymədən açmaq olmaz.

 

 

 

10 şərh

pascal
Əməl etdiklərimiz də var, etmədiklərimiz də.  Hələ o telefonu süfrəyə qoymaq var ya… heç bizə aidiyyatı yoxdu. Nəinki süfrəyə qoyar, hətta əlimizdən yerə qoymarıq. Oturandan yazışarıq, durana kimi. :)
Someone
:)))))
pascal
Yaman güldün. Başına gəlib deyəsən. ;) ))
A_T_zade
Hər birimiz heç olmasa özümüz üçün bu qaydalara əməl etsək çox gözəl olardı. Pascal Sizinlə tam raziyam. Hələ üstəlik nəqliyyat vasitələrində belə mobil telefonlar və qulaqciqlar əllərindən yerə düşməyən insanlar daha çoxdur. Ən son raslaşdığım hadısə isə tixacda qaldığım zaman avtobusta altı insanın gulaqcıqla musigi dinləməsi idi. Üstəlik musiqiyə o qədər yüksək səs vermişdilər ki, hətta bütün avtobus boyunca eşidilirdi. Məncə belə hallara da diqqət yetirməyimiz yaxşı olar.
Ferbara
Səliqəli yazı da etik qaydalara daxil edilməlidi. :)
Bərkdən danışmaq problemi avtobus dispeçerlərinin yanında yaşayan sakinlər üçün aktualdı. Bir də mənim yanımda siqaret çəkmək istəyən heç məndən icazə almır. Mən həmin adama «bir az o yanda çəkin» deyəndən sonra adam mənə çaşqın vəziyyətdə baxıb uzaqlaşır. :) 
_BUMERANQ_
Ata mənə həmişə deyir ki, kücədə mənim solumda get. Səbəbini belə izah edirdi ki, əgər bir tanışı qarşısına cıxsa onunla rahat salamlaşa bilsin. Eyni şey topikdə dolayı yolla deyilib. :)
Gülnar
Kişi solda getmeliymiş? Men ele bilirdim sağda:)
Bumeranq sen sağda olmalisan axi:) 
rokfeller
Hərbçilər sağda olmalıdır. çest vermək üçün.
pascal
Mən də belə oxumuşdum, etiket qaydalarına görə, yalnız hərbiçilər kişilər qadının sağ tərəfində gedə bilərlər.
Someone

Sağ -sol əsaslı və dəqiq səbəbini nə olduğunu bilmirəm hələdə. Mənə görə kişilər istiqamətdən asılı olaraq sağ — sol secməlidirlər, yəni maşın yolu hansı tərəfə düşürsə o tərəfdə də olmalıdır ;)