Aktual etiket qaydaları

Etiket- lazım olduğu zamana yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:

* Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə,, dəməli, hesabı siz ödəməlisiniz.  Amma əgər siz “Gəlin restorana gedək “ kimi ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.

* Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim  deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətrini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “ Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.

* İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.


Ardı →