Tavanı vizual olaraq necə hündür etmək olar?

Tavan ev ilə ilk tanışlıq vaxtı diqqət mərkəzində olmayan elementlərə aid edilsə də, məhz o otaqda azadlıq və geniş sahə hissinin formalaşmasına təsir edir və bu da rahatlığın yaradılması üçün çox əhəmiyyətlidir. Buna görə dizaynerlər tavana diqqət edib onları vizual olaraq daha hündür göstərməyə çalışırlar.
İşı qlandırma
Tavanı vizual olaraq hündür etmək üçün ən yaxşı üsullardan biri çoxsəviyyəli işıqlandırmadır. Bu zaman divarlardan da istifadə edə bilərsiniz ki, divara quraşdırılmış müxtəlif çıraqlar otaqda isti və rahat atmosfer yaratmağa kömək edəcək.

Dəqiq mebel seçimi
Adətən mebel onun funksionallığı ilə deyil, zahiri görünüşün nəzərə alınması ilə seçilir. Alçaq mebel modelləri əsl qısa tavanlı otaqlar üçün yaradılmışdır ki, məhz onların sayəsində döşəmə və tavan arasında sahə genişlənir. Belə bir fəndin nəticəsində otaqlar daha geniş və daha işıqlı olur.

Döşəmədən tavana qədər şüşəli divarlar
Güzgü kimi şüşə də predmetləri əks etdirə bildiyi üçün döşəmədən tavana kimi olan divarlar və ya böyük pəncərələr otağa maksimum günəş işığının daxil olmasına səbəb olur və sahəni daha böyük göstərir.

Divarlarda vertikal zolaqlar
Divarlarda üfüqi zolaqlar da otağı daha hündür göstərir. Bu həm zolaqlı divar kağızları, həm də ki, adi zolaqlı divar boyası ola bilər.


Parlaq rəng
Parlaq rənglər divar və tavanın boyanması üçün nadir hallarda istifadə olunsa da, otağı vizual olaraq daha geniş göstərə bilir.

Tavana yaxın quraşdırılmış şəkillər
Şəkilləri tavana daha yaxın asaraq əla nəticə əldə etmək olar. Bu zaman divarlar daha hündür görünəcək, çünki döşəmə və tavanın arasında məsafə daha geniş olacaq.

Tavanı divarlardan daha açıq rənglərə boyayın
Əgər tavanı daha açıq rənglərə boyasanız, bu zaman iri və geniş sahə illüziyası yaranacaq. Bu zaman daha bir yaxşı fənd – tünd rəngə boyanmış döşəmədir.

Tavana yaxın quraşdırılmış pərdələr
Uzun pərdələri hər zaman divarların hündürlüyünü vurğulayır. Hətta əgər pəncərələr kiçikdilərsə, döşəmədən tavana qədər olan pərdələr yüksək tavan illüziyasını yaradacaq.

Çılçıraqlardan imtina edin
Çılçıraqlar xüsusi olaraq yüksək tavanlar üçün yaradılmışdır ki, döşəmə və tavanın arasındakı məsafəni azaltsın. Buna görə alçaq divarları olan otaqlarda yaxşı olar ki, divara quraşdırılmış çıraqlardan istifadə edəsiniz.

Hündür rəflər
Hündür stellajlar və polkalar otağı vizual olaraq genişləndirməyə kömək edəcək.

Hündür aksessuarlar
Şamdanlar, torşerlər, güllər – bütün yüksək dekorativ elementlər hündürlük illüziyasının yaradılması üçün inanılmaz dərəcə faydalı olacaq.

Parlaq xalça
Əgər yüksək tavan təəssüratı yaratmaq olmursa, bu zaman ondan diqqəti döşəmədə olan parlaq gözəl xalçanın köməyi ilə yayındırmaq lazım olacaq.
 

0 şərh