Ölüm və həyat

Dünyada hər bir canlı həyatının bir gün bitəcəyi həqiqəti ilə yaşayır. Kim, necə, harada ölür, bunu da insan müəyyənləşdirə bilmir. İntiharlar xaricində.

Ölməyi seçənlər arasında belə, ətraf mühitə dəli kimi aşiq olanlar var – Yaşıllar hərəkatının 19 yaşlı üzvü Ceysi Şarpen məhz bu səbəbdən, yəni təbiətə ziyan vurmadan ölmək yolu seçə bilmədiyindən intihar qərarını susaraq yaşamağa dəyişib. Ümumiyyətlə, ölümlə bağlı maraqlı faktlar çoxdur. Prosesi maraqlı edən də onunla bağlı faktlardır.

İnsan beyni öldükdən 20-30 saniyəyə kimi fəaliyyətini davam etdirir. Lakin bu o demək deyil ki, siz nəsə desəniz, o eşidəcək. Sadəcə, beyin mürəkkəb funksiyaya malik olduğundan onun hüceyrələrinin fəaliyyətini dayandırması vaxt alır. Amma hamamböcəyi 9 gün başsız yaşaya bilir.

Payız intihar fəslidir. Bu fəsildə intiharların sayı çoxalır. Ölülərin yandırılmasının təbiətə xeyirli olması yanlış fəlsəfədir. Yandırılan insanın bədənindən havaya ötürülən zəhərli maddə miqdarı 1 milyard ton tütündən ayrılan zəhərə bərabərdir.
İdmanla məşğul olan hər 200 nəfərdən 1-i qəfildən ölür.

İngiltərə ədəbiyyatı ölümlə bağlı atalar sözlərinin çoxluğuna görə liderdir. İngilis dilində “ölmək” sözünü əvəz edən 200-ə yaxın ifadə var.
Çinlilərlə azərbaycanlıları birləşdirən yeganə inanc ölülərlə bağlıdır. Belə ki, hər iki xalqın şüurunda ölünün hörməti onun dəfninə yığışmış adamların sayı ilə ölçülür.

Öldükdən sonra başınıza nə gəldiyi ilə maraqlanırsınızsa, bilin ki, çürümə prosesi mədə-bağırsaqdan başlayır.

Ölən şəxs ilk dəfə 350 min il bundan əvvəl torpağa basdırılıb. İlk insandan etibarən dünyada 100 milyard insan ölüb.
1951-ci ildə ABŞ-da yaşlandığı üçün ölən son insan torpağa tapşırılıb. Amerikalıların 80%-i xəstəxanada ölür.

Nyu-Yorkda intihar edən insanlar cinayətə qurban gedənlərdən çoxdur. Diaqnozu nə olursa olsun, bütün canlılar oksigen çatışmazlığından ölür.

XIX əsrdə Misirin qatarları mumiyalar hesabına işləyirdi. Mumiyalardan yanacaq alır, qatarları hərəkətə gətirirdilər.
 

5 şərh

ctrlA
Maraqlı məlumatlardır. Ümumiyyətlə, həyat və xüsusən də ölüm anlayışları qədər maraqlı və sirli çox az şey var.
nurr
maraglidi cox.mence cox az adam olar ki ozunu olms kimi tesevur ede bilsn
istorik_c
Amerikalı həkim Raymond Moudlinin "Ölümdən sonrakı həyat" əsərində ölümün necə baş verdiyi izah olunur.
seyidova
ölünün hörməti onun dəfninə yığışmış adamların sayı ilə ölçülür.doğurdanda eledi