Ölüm və həyat

Dünyada hər bir canlı həyatının bir gün bitəcəyi həqiqəti ilə yaşayır. Kim, necə, harada ölür, bunu da insan müəyyənləşdirə bilmir. İntiharlar xaricində.

Ölməyi seçənlər arasında belə, ətraf mühitə dəli kimi aşiq olanlar var – Yaşıllar hərəkatının 19 yaşlı üzvü Ceysi Şarpen məhz bu səbəbdən, yəni təbiətə ziyan vurmadan ölmək yolu seçə bilmədiyindən intihar qərarını susaraq yaşamağa dəyişib. Ümumiyyətlə, ölümlə bağlı maraqlı faktlar çoxdur. Prosesi maraqlı edən də onunla bağlı faktlardır.

İnsan beyni öldükdən 20-30 saniyəyə kimi fəaliyyətini davam etdirir. Lakin bu o demək deyil ki, siz nəsə desəniz, o eşidəcək. Sadəcə, beyin mürəkkəb funksiyaya malik olduğundan onun hüceyrələrinin fəaliyyətini dayandırması vaxt alır. Amma hamamböcəyi 9 gün başsız yaşaya bilir.

Payız intihar fəslidir. Bu fəsildə intiharların sayı çoxalır. Ölülərin yandırılmasının təbiətə xeyirli olması yanlış fəlsəfədir. Yandırılan insanın bədənindən havaya ötürülən zəhərli maddə miqdarı 1 milyard ton tütündən ayrılan zəhərə bərabərdir.
İdmanla məşğul olan hər 200 nəfərdən 1-i qəfildən ölür.

İngiltərə ədəbiyyatı ölümlə bağlı atalar sözlərinin çoxluğuna görə liderdir. İngilis dilində “ölmək” sözünü əvəz edən 200-ə yaxın ifadə var.
Çinlilərlə azərbaycanlıları birləşdirən yeganə inanc ölülərlə bağlıdır. Belə ki, hər iki xalqın şüurunda ölünün hörməti onun dəfninə yığışmış adamların sayı ilə ölçülür.

Öldükdən sonra başınıza nə gəldiyi ilə maraqlanırsınızsa, bilin ki, çürümə prosesi mədə-bağırsaqdan başlayır.

Ölən şəxs ilk dəfə 350 min il bundan əvvəl torpağa basdırılıb. İlk insandan etibarən dünyada 100 milyard insan ölüb.
1951-ci ildə ABŞ-da yaşlandığı üçün ölən son insan torpağa tapşırılıb. Amerikalıların 80%-i xəstəxanada ölür.

Nyu-Yorkda intihar edən insanlar cinayətə qurban gedənlərdən çoxdur. Diaqnozu nə olursa olsun, bütün canlılar oksigen çatışmazlığından ölür.

XIX əsrdə Misirin qatarları mumiyalar hesabına işləyirdi. Mumiyalardan yanacaq alır, qatarları hərəkətə gətirirdilər.
Davamı →

Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Ardı →

Həyat: ölümün bu üzündə, o üzündə

Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Davamı →

Ölüm və qız | Rey Bredberi

Uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı — nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
— Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! — qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
— Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!
Ardı →

Əcəl

Mәşhur хәtiblәrdәn biri dеyib:
“Bir mәclisә mоizә еtmәk üçün dәvәt оlunmuşdum. Mәni оrа аpаrаn sürücü mаrаqlı bir hаdisә nәql еtdi. О bеlә söylәdi:
Mәnim bir dоstum vаr idi. Bir gün bәrk хәstәlәndiyini еşidib оnun görüşünә gеtdim. Hаlını sоruşdum О dеdi:
Mәnim ömrüm qurtаrıb. Bu хәstәlik mәni mәhv еdәcәk. Оnа görә dә sizdәn hаlаllıq istәyirәm. Mәni bаğışlа.
Оnа ürәk-dirәk vеrdim vә оnu hаlаl еtdiyimi bildirdim. Оnunlа хudаhаfizlәşib оtаğındаn çıхdım. Hәyәtdә оnun hәyаt yоldаşının qәnd dоğrаdığını gördüm. Оndаn sоruşdum ki, bu qәdәr qәndi nеylәyirsәn?
“Özün dә gördün ki, әrimin vәziyyәti nеcәdir. Оnun yаşаmаsınа ümidim yохdur. Bu qәndlәri оnun yаs mәclisi üçün hаzırlаyırаm,”—dеdi.
Ardı →