Рейтинг
+28.76

Filosoflar

39 üzv, 32 topik

"Ikiünvanlı" məktub

O gün Mark Tven çox fikirli idi.Çünki yüksək vəzifədə işləyən yaxın dostu «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilmişdi.Və Mark Tven o axşam oturub prezidentin qızına bu məktubu yazdı :«Hörmətli xanım! Mən dövlət böyüklərindən heç vaxt heç nə xahiş etməmişəm. Ancaq bu səmimi məktubumda baş vermiş bir haqsızlığı sizə xəbər verməkdə də bir qəbahət görmürəm»

məktubDaha sonra məşhur yazıçı ən yaxşı dostunun(həm də ən yaxşı dövlət məmurunun) «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilməsindən danışdı və axırda da öz məktubunu aşağıdakı cümlələrlə bitirdi:«Mən prezidentlə danışa bilmirəm.Ancaq siz həm prezidentlə danışa,həm də mənim fikirlərimi ona çatdıra bilərsiniz.İnanın,əgər bunu etsəniz ,sizdən çox razı qalaram».Bir neçə həftə sonra Mark Tven ABŞ Prezidentindən öz xətti ilə belə bir məktub aldı:«Qızım məktubunuzu aldığını sizə bildirməyimi xahiş edir və məktubu prezidentə oxutmaq cəsarətini göstərdiyini əlavə edir.Prezident də verdiyi bu mühüm məlumat üçün Mark Tvenə təşəkkürünü bildirir və dostunuzun vəzifəsindən azad edilməyəcəyi barədə söz verir».


Ardı →

Sinoplu Diogen

Qədim Yunanıstanın ən tanınmış adamlarından bir Sinoplu Diogendir. Onun yaşadığı dövr böyük şəxsiyyətlərlə zəngin olsa da, Diogen onların içində itib-batmayıb. O, qəribə yaşayış tərzi, qeyri-adi fəlsəfəsi, tikanlı sözləri, gerçək və adına yazılan əfsanə və rəvayətlərlə bu gün də məşhurdur.
Ən məşhur əməli isə gündüz əlində çıraq ADAM axtarmasıdır.

Ata nəsihəti faydasız olmaz?

Sinoplu Diogen eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Bu şəhər hazırda Türkiyə ərazisindədir. Diogenin həyatının bir çox aspektinə işıq salan çoxlu lətifə və rəvayətlər var. Bunların böyük bir qismi, deyilənə görə, sadəcə, onun ayağına yazılır – uydurmadır. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Bir dəfə atası Diogenə təklif edir ki, saxta pul kəsib köşklərində işə keçirsinlər. Guya bundan dilxor olan Diogen Delfi məbədinə gedib ki, kahinlərdən məsləhət alsın. Kahin ona belə deyir: «Uğur qazanmaq üçün sən dəyərləri yenidən qiymətləndirməlisən». Gənc Diogen bunu müsbət cavab kimi anlayır və ata-oğul başlayırlar saxta pul kəsməyə. Tezliklə onların bu işinin üstü açılır və hər ikisini həbs edirlər. Atası elə türmədəcə dünyasını dəyişir. Diogen özü isə bir müddət sonra azadlığa buraxılsa da, rüsvayçı şəkildə şəhərdən qovulur. Beləliklə, uzun illər davam edən bu didərginlik Diogeni Afinaya gətirib çıxarır. Kahinin dedikləri düz imiş. Sadəcə, gənc və perspektivli vücud onu düzgün başa düşməyib. Burada o, yeni bir şəxsə çevrilir. Sonralar Diogen özünün nihilist fəlsəfi görüşləri ilə həyat və mənəviyyatla bağlı dəyərlərə tamam yeni qiymət verəcəkdi. Kahin də bunu nəzərdə tuturmuş, Diogen bunu sonralar anlayacaqdı. Amma həbsdən əvvəl dəyər deyəndə ağlına ilk gələn pul, sikkə olmuşdu.

Diogen və Antisfen

Diogen öz vətənindən qovulandan sonra Afinaya gəlib. Burada o, Sokratın dinləyiciləri Platon, Aristipp, Antisfen, Evklidin söhbətlərini eşidib.
Uzun götür-qoydan sonra Antisfenin şagirdi olmaq qərarına gəlir. Amma ustad filosof heç kəsi şagirdliyə qəbul etmirmiş. Diogen inad göstərir. Antisfen bir dəfə ağacını əlinə alıb, «bu saat cəhənnəm olmasan, sümüklərini sındıraram» deyə zopanı yelləyəndə Diogen başını onun qabağına uzadıb deyir: «Vur, amma məni qovmaq üçün sənə lazım olan möhkəm ağac tapa bilməzsən. Mən səndən nəsə öyrənməmiş burdan əl çəkən deyiləm». Bu vaxtdan Diogen onun şagirdi olur. Bir müddət sonra Diogen Antisfendən savayı filosofların hamısına nifrət eləməyə başlyıb. O, öz müəllimi ilə də yola getməyib. Antisfeni yetərincə sərt olmamaqda qınayıb və döyüş borusu ilə müqayisə edib: səsi çoxdur, amma özü özünü eşitmir. Antisfen isə onun iradlarını səbrlə dinləyirmiş, çünki Diogenin xarakteri ona ləzzət verirmiş.

«Ağ it məktəbi»

Antisfen və tələbələrinin toplandığı məktəbin adı Kinosorq imiş. Bu isə ağ İt deməkdir. Onlara kiniklər deyirdilər. Kinik utanmaz, abırsız anlamına gəlir. «Sinizm» sözü də buradan yaranıb. Şərqdə sufilər arasında da bu tip davrananlar olub. Məlamətilik adlanan sufi təriqəti mənsubları isə özləri qəsdən xalqın gözündən düşməyə çalışardılar. Kiniklər fəlsəfi məktəbi yunan fəlsəfəsində həyatda bütün maddi nemətləri inkar etməyi təbliğ edirdi. Var-dövlət, həzz, əxlaq qanunları və s. Diogen bu cür həyat tərzini qəbul edənlərin ən seçilən nümayəndəsi olub. Hətta Antisfenin özü ondan daha yumşaq və daha az ifrata varan idi.

Diogenin «evi»

Sinoplu Diogen (Диоген Синопский,yunanca Διογένης της Σινώπης)

Geniş yayılmış fikirdir ki, Diogen çəlləkdə yaşayıb. Uzun əsrlər Diogenin rəsmini çəkənlər də onu çəlləkdə təsvir ediblər. Amma araşdırıcılar deyir ki, bizim anladığımız çəllək qədim yunanlara məlum olmayıb. Diogenin yaşayış evi gildən olan qab – pifos imiş. O dövrlə bağlı arxeoloji qazıntılar zamanı məhz belə qablar tapılıb. Yumurta şəklində olan adi pifoslar 1,5-2 metr hündürlüyündə olurdu. Onları evin içində yerə basdırar, içinə, adətən, dən yığardılar. Diogen öz «ev»ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara «necə azad olmağı» öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayırmış. Hamıya acı nifrətlə yanaşarmış. Deyirmiş ki, Evklidin tələbələri yox, zəhər tuluqları var. Platon özünün natiqlik qabiliyyəti ilə yox, boşboğazlığı ilə seçilir. Dionis bayramındakı yarışlar axmaqlar üçün möcüzədir. Demaqoqlar isə qara camaata yaltaqlıq edir. Bundan başqa, deyirmiş ki, idarəçiləri, həkim və filosofları görəndə adama elə gəlir ki, insan məxluqların ən ağıllısıdır. Yuxuyozanları, falçıları və onlara inananları, bir də şöhrət və var-dövlətindən lovğalananları görəndə isə düşünürsən ki, heç nə insandan axmaq ola bilməz.

İsgəndərlə görüşü

Diogenin Makedoniyalı İsgəndər və onun atası Filipplə qarşılaşması haqda rəvayətlər var. Deyilənə görə, bir dəfə Diogeni tutub Filippin yanına aparırlar. Çox lakionik söhbətləri olur. Filipp ondan soruşur:
— Nə işlə məşğulsan?
— Sənin acgözlüklərini seyr edirəm.
İsgəndərlə görüşü haqda isə müxtəlif versiyalar var. Onlardan biri belədir. Gənc despot Şimali Frakiyada bir sıra uğurlar qazanandan sonra Mərkəzi Yunanıstana gəlir. Çoxlu yunan məşhurları – filosoflar, heykəltəraşlar, şairlər ona mədh oxumaqda yarışa girirlər. İsgəndər Korinf şəhərinin yaxınlığındakı Kraniya şəhərciyinə gələndə xəbər tutur ki, Diogen buradadır. Bu vaxt Diogenin qalmaqallı şöhrəti bütün Yunanıstana yayılıbmış. Gənc çar isə hər şeylə maraqlanan, dövlətin varlığını inkar edən, o vaxtın «allah»larının heç birinə inanmayan, ailəni şər hesab edən, «azad cəmiyyətdə arvadlar və uşaqlar ümumi olmalıdır» kimi cəfəng fikirlər irəli sürən qəribə adamla görüşmək qərarına gəlir. Bununla o düşünürdü ki, sərsəri filosofun qara camaat arasındakı böyük hörməti siyasi karyerası üçün faydalı olar. İsgəndər istəyir ki, özü ilə müəllimi Aristoteli də götürsün. Amma Aristotel qəti etiraz edir və bu görüşü İsgəndərə də məsləhət görmür: «Diogenlə görüşməyin heç bir faydası olmaz, o, çarı alçalda bilər. Hamıya bəllidir ki, onun başı işləmir, heç nəyə, heç kəsə hörməti yoxdur». Amma İsgəndər onu dinləmir və düşünür ki, bu qədər ərazini istila edən, gələcəkdə bütün dünyanı tutmağı düşünən hökmdarla söz güləşdirməyə kim cəsarət edər? O, əsgərlərin müşayiəti ilə Diogenin yaşadığı çəlləyin yanına gəlir. Diogen bu vaxt bayıra çıxıb özünü günə verirmiş.  
Özünü təqdim edən İsgəndər ondan nə istədiyini soruşur. Diogen cavab verir: «Günün qabağını tutubsan, bir az kənara çəkil». Guya Diogenin belə saymazyanalığı onu qəzəbləndirir və əlini qılıncına uzadır. Başqa bir versiyada isə deyilir ki, İsgəndər vəziyyətdən ustalıqla çıxır: «Vallah, mən İsgəndər olmasaydım, mütləq Diogen olardım» deyir və ona çoxlu hədiyyə göndərir.

Diogenin qəribəlikləri

Çox vaxt şəhər bazarının artığını yeyirdi. Cırıq plaş geyinərdi. Ondan həm yorğan, həm də döşək kimi istifadə edərdi. Ayaqyalın gəzərdi. Pul verərdilər ki, şagirdi olsunlar, qəbul eləmirdi. O hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, rəhbərlik eləməyə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edərdi, amma onlara yazığı da gələrdi. Bəzən gecənin tən yarısı ən gözəl qadınlar gizlicə, sifətini gizlədib Afina meydanına gələr və gil pifosda yaşayan çirkli kişi ilə dərdləşərdilər. Nə qədər acıdil olsa da, bir-iki parç şərabdan sonra çox şən və xoşbəxt olan adamla məhəbbət mübadiləsi etmək qadınlar üçün xoş imiş. O həmin qadınlardan pul almağa utanmazdı, amma heç vaxt başqalarının yanında öyünməzdi ki, qonaqları filankəslər olub.

İt Diogen

Özünə «it Diogen» deyərmiş. Bir dəfə soruşurlar: «Özünə it deyirsən. Hansı cinsdənsən?» O, belə cavab verib: «Ac olanda Malta iti, tox olanda Molos cinsi» (təəssüf ki, fərqlərini bilmirik — müəllif). Platonla araları sərin olub. Bir dəfə onu «Sokratın ağıldankəm variantı» adlandıran Platon qonaqlıq verirmiş. Diogen evə girən kimi xalçanı tapdamağa başlayır. Səbəbini soruşanda deiyr: «Platonun lovğalığını ayaqlayıram». Platon isə ona deyir: «Səni buna lovğalığın təhrik edir». «Kosmopolit» sözünü də ilk dəfə Diogen işlədib. Ona sual verəndə ki, özünü Afina vətəndaşı hesab edirsənmi? Belə cavab verib: «Mən bu və ya digər şəhər və ya dövlətin yox, kosmosun vətəndaşıyam».
Başı tam keçəl olub. Uzun saqqal saxlayarmış. Beli bükülmüş, bir az donqarfason,  əynində əski-təsək. Donqar olduğundan baxışları acıqlı, əlində hər zaman yuxarı hissəsi düyünlü və haça əl ağacı olarmış. Bu haçaya yolçu Diogen öz dağarcığını asarmış.

Rəvayətlər
Aristipp və Diogen

Bir dəfə filosof Aristipp bazardan keçirmiş. Bu vaxt Diogen artıq qalan tərəvəzləri təmizləyib yeyirmiş. Aristipp Diogenə deyir:
- Əgər adamlarla dil tapmağı bacarsaydın, tərəvəzlərin artığı ilə qidalanmalı olmazdın.
Diogen isə ona deyir:
- Əgər sən bunlarla qidalanmağı bacarsaydın, tiranların sarayında sürünməli olmazdın.
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə

Bir dəfə Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə eləməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başalyır. Ətrafa tezcə xeyli avara toplanır və maraqla onu dinləməyə başlayırlar.
— Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti – deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.

Axmaq sizsiniz

Diogen,heykəl
Bir dəfə Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar: 
— Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər?
Diogen deyir:
— Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim.

Başqa yer tapmadım

Bir dəfə çox varlı əyanlardan biri Diogeni evinə qonaq çağırır. Ev çox cah-cəlallı imiş. Hər tərəfə xalı-xalça döşənibmiş. Diogenin plebey vərdişlərini bilən ev sahibi ondan xahiş edir ki, yerə tüpürməsin. Diogen o dəqiqə onun üzünə tüpürür. Əyanın özünü itirdiyini görən Diogen deyir:
-Bağışla, bu evdə sənin üzündən başqa tüpürməli bir yer tapmadım.

Ölümü

Böyük filosof eramızdan əvvəl 13 iyun 323-cü ildə vəfat edib. Deyirlər ki, ölümünə səbəb çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi olub. Nəticədə vəba xəstəliyinə tutulub. Bir başqa variantda nəfəs dayanmasından dünyasını dəyişdiyi deyilir.
Diogenə çoxlu mis abidələr ucaldıblar. Bunlardan biri onun vətənində – Sinopdadır. İt şəklində olan abidənin üzərincə bu epitafi yazılıb:

Zaman daşı da, bürüncü də yeyir,
Amma sənin sözlərin, Diogen, əbədi yaşayacaq.
Axı sən bizə aza qane olmağı öyrətmisən,
Və xoşbəxtliyə gedən yolu göstərmisən!



Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı


Davamı →

Buddanın həyatı

Buddanın həyatı
Buddanın əsl adı Siddhardhadır. Şakya tayfasının başçılarından biri olan Şuddxodananın oğlu Budda bu tayfanın yaşadığı ərazinin paytaxtı Kapilavastada anadan olmuşdur. Siddhartha doğulandan bir həftə sonra anası Mayya dünyasını dəyişmişdir. Onun tərbiyəsi ilə, sonralar Şuddxodananın arvadı olan xalası Maxapracapati məşğul olmuşdur. Kşatrilər nəsli (tayfası) nədənsə brəhmənlərin bir qolu ilə adlandırıldıqlarına görə Şakyalar eyni zamanda Qautama (Gautama, Gotama) adını daşıyırdılar və çox güman ki, Buddanın adının qarşısında olan bu ad da elə bununla əlaqədardır. Buddanın uşaqlığı əmin-amanlıq içərisində keçib. Yəqin ki, onun atası çox zəngin adam olmuşdur. Oğlunu ərköyün böyüdən ata ona öz sinfi üçün vacib hesab edilən hərbi təlim keçməmişdir. Siddhartha çox erkən yaşlarında öz seçdiyi qızla evlənmişdir. Onun arvadının adı qədim mətnlərdə göstərilməsə də, sonrakı dövrlərdə yaranan pali yazılarında Bxaddaqaçça, şimal mənbələrində isə Yaşoda və Qopa (Yaşoda, Gopa) kimi verilmişdir. Bu izdivacdan Siddharthanın çox sevdiyi Raxula adlı oğlu olmuşdur. Ancaq nə var-dövlət, nə də xoşbəxt ailə həyatı Buddanı təmin o,ni dərk etməyə çalışmışdır. İnsanın xəstələnməsi, qocalması və ölmə məhkum olması fikri onu narahat edir. О, bu bəlalardan xilas yolunu axtarmaq qərarına gəlir. Bunun üçün isə gərək dünya nemətlərindən imtina edəsən və zahid həyatı keçirəsən.
Ardı →

Empedokl

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı, bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə " həm ziyarət, həm ticarət" prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi.

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu.


Ardı →

Konfutsi

Çin filosofu Konfutsi (e. ә. 551-479) Lu әyalәtindә doğulub. Onun әsl adı Kun-fu Tszıdır. Kun-fu — müәllim Kun demәkdir.
O, gәncliyindә çinovnik olmuş, sonra istefaya çıхıb müәllimliyә başlamışdır. Rәvayәtә görә, onun biliyini görüb qәdim kәlamları öyrәnmәk istәyәnlәr hәr yandan onun yanına aхıb gәlmişlәr. Dövlәtli şagirdlərinin kömәyi ilә o, Cjou sülalәsinin paytaхtı olan Loyan şәhәrinә gәlib bir müddәt burada qәdim hökmdarların tariхini öyrәnmişdir. Sonra siyasi fәaliyyәtә başlamış, Lu knyazlığında şәhәr hakimi vəzifəsində işlәmişdir. O, bir ildә şәhәri nümunәvi vәziyyәtә gətirir. Lakin qonşu şəhərlərin hakimlәrinin paхıllığı nәticәsindә filosof özünü tәhqir olunmuş hesab edib vәtәni tәrk edir.


Ardı →

Fales

Qәdim Yunanıstanın yeddi mudrikinin sonuncu nümayәndәsi Falesdir.
Fales (e. ә. 625-547) qәdim Yunanıstanın ilk filosofu sayılır.
Faleslə başlanan yunan fәlsәfәsi — Еgey fәlsәfәsi, İoniya fәlsәfәsi vә İtalik fәlsәfәsi kimi mәktәblәrә bölünür. Еgey fәlsәfәsi Homer vә Hesiodun mifoloji dünyagörüşlәrindәn, orfiklәrdәn vә nәhayәt, yunan fәlsәfәsi ilә sıх bağlı olan Babil vә Мisir fәlsәfәsindәn bәhs edir. İoniya mәktәbinә Fales, Аnaksimandr, Аnaksimen, Аnaksaqor, Heraklit vә başqaları daхildir. İtalik fәlsәfi mәktәbindә isә Pifaqor, Filolay, Parmenid, Zenon vә başqaları var.


Ardı →

Sokrat

Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan,  anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.Rable Sokrat haqqında «Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir.
Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur.
Davamı →

Cəlaləddin Rumi

Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi.

Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi. Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda.


Davamı →

Sevgidə bəxti gətirməyən filosoflar

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabında Sokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:


Davamı →

Martin Heideqqer (həyatı)

Həyatı
Martin Heideqqer (1889-1976) Messkirşdə, Almaniyanın cənub-qərbindəki Badendə, balaca şəhərdə doğulmuşdur. Onun atası yerli Katolik Kilsəsində xadim idi və oğlu dini təhsil almışdı. Orta məktəbi bitirdikdən sonra o, Yezuit monastırına daxil olmuş və sonra Frayburq Universitetində ilahiyyatı öyrənmişdir. Orta əsrlər ilahiyyatının fəlsəfi istiqaməti bu elmdə Heideqqeri maraqlandırmış və o, mövzu üzrə formalaşmanı bitirmişdir. 1914-cü ildə o, «Fizioloqizmdə mühakimə nəzəriyyəsi» adı altında doktorluq işini təqdim etmişdir. Edmund Hasellin işlərinin mühüm təsirini görmək mümkün idi. Bir ildən sonra o, orta əsrlər məntiqi üzrə işi müdafiə etdikdən sonra mühazirəçi qismində Frayburq Universitetinə gəlir.

Davamı →