Рейтинг
+35.83

Görkəmli fiziklər

29 üzv, 55 topik

Kurçatov İqor Vasilyeviç

Görkəmli Sovet alimi İ.V. Kurçatov Ural Quberniyasının Sim kəndində anadan olub.
1908-ci ildə Kurçatovlar ailəsi Simbirskə, 1912-ci ildə isə Simferopola köçmüşdür. İqor Vasilyeviç 1920-ci ildə gimnaziyanı qızıl medalla bitirərək, Krım universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik dövründə Kurçatov yaxşı oxumuş, idman və musi­qi ilə məşğul olmuşdur. O, hər yayda təsərrüfat işlərində atasına kömək edərmiş.


Ardı →

Robert Boyl

Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından R.Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.
Davamı →

Nikola Tesla

Tesla 1856-cı ildə Yuqoslaviyanın Xarvata şəhərində anadan olub. O, Qrats politexnik institutunu (1878) və Praqa universitetini (1880) bitirmişdir. Tesla Parisdə Tomas Edisonun kompaniyasında (1882-84), sonra isə ABŞ-a mühacirət edərək Edisonun zavodlarında işləmişdir. O, radiotexnika və elektrotexnika sahəsində ən məşhur alim və ixtiraçı olub.
Tesla Budapeştdə teleqrafçı işləməyə başlayarkən birinci olaraq teleqraf aparatını təkmilləşdirir.
O, maqnit sahəsinin fırlanması hadisəsini öyrənərək 1888-ci ildə öz ixtirasını elan edərək göstərir ki, iki və daha çox fazalı cərəyanla da fırlanan maqnit sahəsi almaq mümkündür. O, çox fazalı, xüsusilə iki fazalı maşınların müxtəlif konstruksiyalarını işləyib hazırlamışdır. Yüksək gərginlikli cərəyan sahəsindəki ixtiralarına və kəşflərinə görə Tesla dünyada məşhurlaşır.
Ardı →

Demokrit

Demokrit qədim Yunanıstanın görkəmli materialist filosofudur. O, Aralıq dənizinin Frakiya sahilindəki Abderdə anadan olmuşdur. Demokritin müəllimi Qədim Yunanıstanın filosofları olan Anaksaqor və Levkipp olmuşlar. Bundan başqa o, fars kahinlərindən də dərs almışdır.
Demokrit hadisələri müşahidə edərək belə nəticəyə gəlmişdir: bizə belə görünür ki, cisimlər bütövdür. Əslində isə onlar çoxlu zərrəciklərdən təşkil olunmuşdur, cisimlərdəki zərrəciklər formaca müxtəlifdir. Çox kiçik olduğundan onları görmək olmur. Bölünməyən zərrəcikləri o «atom» adlandırmışdır. Atom sözü yunanca «bölünməz» deməkdir. O, materialist atomizm nəzəriyyəsinin əsasını qoyanlardan biridir.


Ardı →

Xristian Hüygens

Xristian Hüygens görkəmli mexanik, fizik, astronom və riyaziy­yatçı kimi tanınır, O, Hollandiyanın Haaqa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Konstantin Hüygens məşhur şair və dövlət xadimi olub. O, oğluna əvvəlcədən riyaziyyata və mexanikaya aid mükəmməl təhsil vermişdir.
Hüygensin 16 yaşı olanda atası oğlunu hüquqçu etmək fikrinə düşür və bu məqsədlə onu Leyden universitetinə göndərir. Universitet həyatında Hüygens hüquq elmini yaxşı oxuması ilə yanaşı riyaziyyat, mexanika, astronomiya və tətbiqi optika ilə də maraqlanmışdır. O, mahir sənətkar kimi optik şüşələri cilalamış, astronomiya borusunu təkmilləşdirmişdir. Hüygens düzəltdiyi teleskopla 1655-cı ildə Saturn planetinin Titan peykini, Saturn halqasını kəşf etmiş, peykin planet ətrafında fırlanma periodunu hesablamış və halqanın Saturn planetinə heç yerdə toxunmadığını öyrənmişdir.
Ardı →