Рейтинг
+35.83

Görkəmli fiziklər

29 üzv, 55 topik

Edison Tomas Alva

1098 ixtıra!!! Bütün ömrü boyu gündə 18-20 saat işləyən Edison 84 il yaşamışdır.
Bəşəriyyət tarixində Edisondan məhsuldar ixtiraçı olmamışdır.
Görkəmli Amerikan ixtiraçısı Tomas Alva Edison Ohayo ştatının Maylan şəhərində anadan olub. O, ilk təhsilini müstəqil olaraq evdə almışdır. Edison uşaqlıqdan kitab oxumağa həvəs göstərirmiş. Kimya və fizikaya aid kitabları daha çox sevərmiş. Eyni zamanda kitablardan öyrəndiklərini təcrübədə yoxlayırmış. Təcrübələr üçün vəsaiti çatmadığından 12 yaşlı Edison qatarlarda qəzet satmağa başlayır. İşlədiyi qatarın baqaj vaqonunda laboratoriya düzəldib, boş vaxtlarında orada təcrübələr apararmış.
Ardı →

Maykl Faradey

Faradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 ya­şında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir.
Davamı →

Qalileo Qaliley

Qaliley Qalileo
(15.2.1564 -8.1.1642)


«Qaliley — ağ saçlı alim ixtiyar
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar.
Bəlkə əl çəkəsən dediklərindən


Sonra çıxartdılar səni zindandan
Gördün ki, Asiman alışıb yanır,
Ölüm ayağında, ey böyük insan
Sən yenə dedin ki, «Yer yuvarlanır»


S. Vurğun


Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir.
Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.


Ardı →

Aristotel

Ərəstun adı ilə xalq arasında tanınmış Aristotel (E.ə. 384-322) Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Platonun şagirdi olub. Platonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görə də onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası) adlandırılmışdır. Akademiya sözü də oradan götürülmüşdür. Aristotel 20 il Platon «akademiyası»nda iştirak etmişdir.


Ardı →

Coul Ceyms Preskott

Coul ingilis fiziki olub, enerjinin saxlanması qanununu ilk kəşf edənlərdən biridir. Ceyms Coul (24.12.1818-11.10.1889) Böyük Britaniyanın Solforu şəhərində anadan olub. O, təhsilini evdə aldıqdan son¬ra onun ilk fizika müəllimi C.Dalton olub və onun təklifi ilə də eksperi¬mental təcrübələr aparıb. O, əvvəlcə elektrik sahəsində tədqiqatlar aparıb, bəzi elektrik cihazlarının konstruksiyası ilə əlaqədar məqalələri ilə jurnallarda sistematik çıxış etmişdir.
Coulun əsas elmi işləri elektromaqnetizm, istilik və qazların kinetik nəzəriyyəsinə aid olub.
Ardı →

Rezerford Ernest

Rezerford atom nüvəsinin mövcud olmasını kəşf etmiş, atomun quruluşuna aid planetar model vermiş və ilk dəfə atom nüvələrinin süni çe-vrilməsi prosesini təcrübi olaraq almışdır. O öz fundamental kəşfləri ilə atomun quruluşu və radioaktivlik haqqında elmin əsaslarını qoymuş¬dur.
Ernest Rezerford (30.08.1871-19.10.1937) Yeni Zelandiyada fermer ailəsində anadan olub. Onun atası mexanik, anası isə müəllimə olub. O, məktəb dövründə riyaziyyata daha çox meyl edib və bütün fənləri yaxşı oxuyub. Hər sinifdə oxuyarkən Rezerford təltif olunmuş və mükafatlar almış, müxtəlif maşın və mexanizmlər modeli düzəltmişdir.
Rezerford 1893-cü ildə Kolleci əla qiymətlərlə bitirir və universitetə daxil olur. Onun fundamental tədqiqatları radioaktivliyə, atom və nüvə fizikasına aid olub.
Ardı →

Nyuton Isaak

Elm tarixində çox az adam tapılar ki, İsaak Nyutonla müqayisə olunsun, Elm yaradıcılıq aləmində, dünya elminin xəzinəsinə Nyuton qədər kəşflər, ixtiralar gətirən, fizika elmini inkişaf etdirən az adam tapılar. Nyuton((4.1.1643-31.3.1727) bir də ona görə dahidir ki, o, öz yaradıcılığı ilə təbiətin tədqiq olunmasında səmərəli metodlar və üsullar vermişdir.



Ardı →

Verner Heyzenberq

Verner Karl HeyzenberqVerner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Həyatı
Verner Heyzenberq 1901-ci ildə Vürzburqda Bizans tarixi professoru Avqust Heyzenberqin ailəsində anadan olmuşdur. Fizikanı Münhendə Zommerfildin rəhbərliyi altında öyrənmişdir. Universiteti cəmi üç ilə bitirmişdir. «Maye axınlarının stabilliyi və turbulentliyi“ mövzüsunda dissertasiya müdafiə edir. 1924-cü ildə Göttingendə Maks Bornun assistenti işləyir. Bir müddət isə Kopenhagendə Nils Borun yanında çalışır. Növbəti illərdə Maks Born və Paskual Yordanla birlikdə kvant mexanikasının ilk variantı olan matriks mexanikasının əsasını qoyur. 1927-ci ildə cəmi 26 yaşında Leypçiq universitetinin professoru təyin olunur. 1932-ci ildə isə fizika üzrə Nobel mükafatına layiq görülür. 1942-45-ci illərdə Kayzer Vilhelm adına fizika institutuna rəhbərlik edir və Berlin universitetində dərs deyir. Məhz Berlində ikən 3-cü Reyxin Silahlı Qüvvəlır İdarəsinin uran layihəsində iştirak edir. 1945-46-ci illərdə İngiltərədə saxlanıldıqdan sonra Almaniyaya qayıdır və Münhendə Maks Plank adına fizika institutunun direktoru təyin edilir.

Dahi fizik 1936-cı ildə Elizabet Şumaxerlə evlənir və yeddi övlad atası olur. Oğullarından biri- Martin Heyzenberq genetika professoru olur.


Ardı →

Boris Yakobi

Görkəmli Rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş.
Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır.
Ardı →

Tomas Yunq

Bəşəriyyət tarixində yetişmiş elm dahilərindən biri olan T.Yunq İngiltərənin kiçik Milverton şəhərində anadan olub. Yunqun yaradıcılığı da onun kiçik yaşından elm aləmində irəliləməsi kimi təəccüblüdür.
İki yaşında Yunq artıq cəld oxuyub, dörd yaşında bir çox İngilis yazıçılarının əsərlərini və latın şerlərini əzbərdən bilirmiş. 6 yaşında ədəbiyyat oxumuş, 8 ya¬şında isə yer ölçmə məsələləri ilə maraqlanmış, hündürlük və mə¬safələri təyin etməyi öyrənmişdir. 9 yaşından 12 yaşına qədər Yunq Kompton pansionunda professor Tomsonun yanında yaşamışdır. Bu dövrdə Yunq Roma və Yunan klassiklərini, Fransız, İtalyan və s. dilləri öyrənmişdir. 14 yaşında T.Yunq 10-a qədər dil bilirmiş. O, Botanika ilə daha çox maraqlanmış, özü mikroskop qurmaq üzərində fikirləşmişdir. Nəhayət Yunq təbabət sahəsində işləməli olur. O, London, Edinburq, Leypsiq şəhərlərində təbabət sahəsində elmi iş üzərində işləmiş və 1795-ci ildə 22 yaşında təbabət elmləri doktoru olmuşdur.
Ardı →