Əncir-Ficus Caricaz

  • Flora
Əncir tut fəsiləsindən olub, (Moraceae) Azərbaycanda geniş yayılmışdır.Bağbanların,alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkilərin içərisində əncir qədər zəngin qidalı,ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur.Başqa sözlə əncirə xas olan dietiklik,yüksək kalorilik,ətirlilik təmlik,şirinlik və digər xoşa gələn xassələrə görə onu  başqa meyvələrdən fərqləndirir.
Əncirin əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir.Bundan başqa əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.
Azərbaycanda Abşeronda becərilən "Sarı Sabahi" və ya "Sarə əncir" sortu xüsusilə məşhurdur.Ümumiyyətlə Azərbaycanda əncirin iki növü yayılmışdır.
1.Mədəni əncir-respublikamızda geniş miqyasda becərilir.
2.Hirkan ənciri-yabanı halda Lənkəran zonasında yayılıb.
əncir meyvəsi

Əncirin meyvəsində bir sıra bioloji fəal və müalicə əhəmiyyətli,orqanizm üçün faydalı maddələr vardır.Bunlardan xüsusilə şəkəri qlükoza,fruktoza,saxaroza,arabinoza), polisaxaridləri (nişasta,sellüloza,pentozalar, pektinlər, yapışqanlar),fosfatidləri, lesetin, piyli yağı, üzvi turşuları, vitaminləri (karotin B1,B2,B6,PP,C,D vitaminlərini ),makro və mikroelementləri,(kalium,kalsium,maqnezium,ferrum,sink,alüminium və s.)göstərmək olar.Bundan başqa əncirin tərkibində antosian qlikozidi sambusinxlorid və sambusin anidin də müəyyən edilmişdir.Əncirin yarpaqları da bu cəhətdən çox faydalıdır.Yarpaqlarının tərkibində furokumarinlər (psoralen,berqapten),efir yağı,qatranlı maddələr,və üzvi turşular (alma,limon və s. turşular),rutin C vitamini vardır.

Xalq təbabətində əncirin qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə formasında,kal meyvələrinin südündən isə sulu emulsiya şəklində,eləcə də təzə yetişmiş meyvələrinin şirəsindən ürək xəstəliklərində və hipertoniya da istifadə edilir.Əncirin mürəbbəsi və cemi qanazlığı  və zəiflik zamanı qüvvətverici vasitə kimi istifadə olunur.
Ənciri od üzərində qovurub yuxugətirici dərman kimi qəbul edirlər..Əncirin qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə çay  kimi dəmləyib,sinə yumşaldıcı dərman kimi içirlər.Əncir quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı öskürək dərmanı kimi işlədilir.Eyni zamanda qurudulmuş yarpaqlarından çay kimi dəmləyib bronxial astmaya qarşı eləcə də böyrək xəstəliklərində sidikqovucu kimi istifadə edilir.



Əncir ağacının yarpaqlarından və kökündən çay kimi dəmləyib,ishala və dizenteriyaya qarşı içirlər.Incirin meyvəsini süddə bişirib,qusmanın qarşısını almaq üşün işlədilir.Əncir zərif işlədici xassəyə malikdir.Əncir meyvəsini yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb (emulsiya) uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar.Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır.

Əncir meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoymaqla yaranı yetişdirmək və onun hovunu almaq üçün istifadə edilir.Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır.Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür.Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzimləyir.

UPD. Əncir ən yaxşı kalium və karbohidrat mənbəyi olub, tərkibində B-6 vitamini var ki, bu serotinin istehsalına cavabdehdir. Serotin isə xolestrenin azalmasına səbəb olur. Bir ədəd əncir 37-38 kalori, 2 qr. karbohidrat, yağın faizi isə "0"-dır.
 

4 şərh

bloqçu

Bilmirəm xəbərlərdə izləmisiniz ya yox, Gəncədə bir əncir ağacı var ki, ilin bütün fəsillərində bar verir. Çox maraqlıdır. Hətta Qurani Kərimdə «Tin» ("əncir") adlı surəsi də var. Allaha qurban olum, elə nemətlər bəxş edib ki..


Əncir mürəbbəsini çox xoşlayıram, amma, özünü qəti şəkildə yeyə bilmirəm. Heç xoşlamıram. Halbuki xeyirli meyvədir. Dərmandır, dərman.


Bir əncir növü var ki, hansı ki, o xərçəng xəstəliyinin də dərmanı hesab olunur. Əncirin tərkibi xeyirli maddələrlə doludur, belə ki, onda olan dəmir, kalsium, liflərin miqdarı çox yüksəkdir və bu da adi meyvəni sidik kisəsinin, mədə, bağırsaq xərçənglərinə qarşı istifadə olunan şəfalı bir meyvəyə çevirir.

Dior
Əncir mürəbbəsini mən də sevirəm.Əsasən qış aylarında çörəyin üstünə yağ ilə birlikdə çəkib yeyəndə
girl_moon

Özünü mən də xoşlamıram, yemirəm heç vaxt ,amma əncir qurusunu yeyirəm, mürəbbəsi də yaxşı olur. Gəncədə belə bir əncir ağacı olduğunu bilmirdim.


Bütün kayzen. az-lılara işlərində uğurlar, xoş istirahətlər  arzu edirəm.


Təşəkkürlər.

Dior
girl_moon harasa gedirsiz İnşallah?
lap şərhiniz sağollaşmaq kimi çıxdıyee)))