Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Sərt əxlaqi normalar fahişəliyi çoxaldır

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir. 
Davamı →

Eristika: mübahisədə qalib gəlmək haqda elm

Hər birimiz müxtəlif mübahisə və diskussiyalarda iştirak etmişik, buna görə də mübahisənin aparılmasının ümumi prinsipləri nəzəriyyəsiz də hamımıza məlumdur.

Mübahisə – rəylərin, mövqelərin toqquşmasıdır, mübahisənin gedişi zamanı tərəflərdən hər biri müzakirə olunan problem haqda anlayışını dəlillərlə əsaslandıraraq müdafiə edir və əks tərəfin rəyini inkar etməyə çalışır. 

Mübahisə – ziddiyyət yaradan məsələlərin aydınlaşdırılması və həlli üçün, hələ tam aşkar olmayan və inamlı əsasını tapmayan məfhumun anlaşılması üçün mühüm vasitədir.Hətta əgər mübahisənin iştirakçıları sonda razılığa gələ bilmirlərsə belə, mübahisə gedişində onlar həm qarşı tərəfin, həm də özlərinin mövqelərini daha yaxşı aydınlaşdıra bilirlər.
Davamı →

Sokrat metodu

Məşhur filosof Sokrat mübahisə və dialoq zamanı söhbəti öz məcrasına doğru aparmağı yaxşı bacaran bir dahi kimi məşhurdur. Onun bu məharəti bir çoxlarını heyran qoyurdu. Bəs Sokratın sirri nədən ibarət idi? Mübahisə zamanı necə qalib gəlməyi bacarırdı?

Hər şey çox sadə idi. O müsahibinin fikrini təkzib etmir, tərslik göstərmir, incimirdi. O sakit şəkildə suallarını verirdi.

Beləliklə, mübahisədən qalib olaraq ayrılmaq üçün Sokrat hansı üsuldan istifadə etdiyi ilə tanış olaq:
Davamı →

Mağara alleqoriyası

Qədim yunan filosoflarından biri olan Platon gündəlik həyatımızda fəlsəfədən yararlanmalı olduğumuzu düşünürdü. Platon fəlsəfəyə ruhun müalicəsi kimi baxır və əgər onu həyatımıza tətbiq etsək faydalı ömür sürəcəyimizə inanırdı.

Fəlsəfənin faydası ilə bağlı ən maraqlı hekayələrdən biri onun “Dövlət” Əsərinin 7-ci bölümündəki “Mağara alleqoriyası”dır.  Bu, bəlkə də ən məşhur alleqoriyalardan biridir. Bu hekayədə bir mağaradan  və ömürləri boyu orada yaşayan bir qrup insandan bəhs edilir. Həmin insanlar həmişə bu mağaranın içində yaşayıblar və mağaradan kənardakı həyat haqqında heç nə bilmirlər. Mağaranın içərisində təbii işıq yoxdur, divarlar rütubətli və qaranlıqdır. Mağara sakinləri yalnız oradakı alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələrini heyrətamiz hesab edirlər. Bu kölgələrin həqiqət olduğuna inanır və əgər onlara kifayət qədər diqqət yetirsələr həyatda uğurlu olacaqlarını düşünürlər.
Davamı →

Tramvay dilemması

Bir tramvay xəttinin yanında dayandığınızı düşünün. Uzaqda idarəetməni itirmiş bir tramvayın onun gəlişini eşitməyən beş fəhləyə doğru sürətli gəldiyini görürsünüz. İşçilər tramvayı görsələr də, xətdən vaxtında uzaqlaşa bilməyəcəklər...


Davamı →

Tanrıya yalvarmağın mənası var?

Roma filosofu Maksimus Tirius deyir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız əldə edər. Layiq deyilsə, duaları etsə belə heç nə almaz. Heç olmasa ona görə ki, layiq olmayana nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. Dua etmək heç də istədiyin şeyə layiq olmaq demək deyil. Layiq olan təvazökar olar, yalvarmaqla heç kəsə əziyyət verməz. Əziyyət verən və həyasızlıq edən layiq olmayandır. Ona görə də dua etməyən layiq olan adam dua edən layiq olmayandan yaxşıdır.

Daha sonra Maksimus Platona istinad edərək yazmışdır ki, tanrılar insanlara tale yazmışdırlarsa, onda onlara dua etməyin mənası yoxdur. Çünki insan istəyi ilə tale dəyişməz. Hər şey Ümumi və Fərdidən ibarətdir. İnsan da kainatın tamlığında bir hissəcikdir.
Davamı →

Ölüm fəlsəfəsi

Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.
-Bəyazid Bistami
Hələ də o dünyadan salamlar gətirən ölülərə rast gəlinmədiyindən insanlar əcəl zənginin necə çalınacağı barədə çoxlu mülahizələr yürüdürlər. Yaşadığı tarixi dövrdən, mühitdən asılı olmayaraq hər bir insan ölüm barədə düşünür. Ölümün hüquqi və bioloji tərifləri verilsə də, fəlsəfi cəhətdən ölümə vahid tərif vermək mümkün deyil. Məsələn, Oşo ölümü meditasiyaya bənzədir. Xristianlıqda ölüm Adəmlə Həvvaya törətdikləri günaha görə verilən cəza, İslamda insanın qəbirdə axirətə qədər bərzax halında gözlədiyi vəziyyətdir. Sokrat fəlsəfəni ölüm elmi adlandırdığına baxmayaraq, Vitqenşteyn ölümü ümumiyyətlə qeyri-həyati təcrübə sayırdı.
Davamı →

Freyd haqqında 15 fakt

1. Ziqmund Freydin tam adı – Siqizmund Şlomo Freyddir.

2. Valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini etdikləri halda, Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar.

3. Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi.

4. Freydin ilk elmi məqaləsi çay ilanbalıqlarının cinsi fərqlərinin müəyyən edilməsinə həsr olunmuşdu.

5. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz Freydə məxsusdur.
Davamı →

Fəlsəfə intellektual söhbətdir, ya həyat təlimi?

Deyək ki, Vudi Allenin hansısa filmindəyik… Şərab içə-içə fəlsəfədən danışırıq. Və deyək ki, o gün dostlarımıza təsir etmək, biliyimizin nə qədər geniş olduğunu göstərmək üçün hansısa məşhur filosofun ifadəsindən söz açmağı münasib gördük.

Amma sözə gəlincə, baxdıq ki, məişət dilində ifadə edilərkən mənasını itirir. Yəni, əgər filosofumuzun istifadə etdiyi xüsusi terminologiyanı, özü icad etdiyi söz və anlayışları istifadə etməsək, başa saldığımızdan bir məna çıxmır… Bəzi söylədiklərimizi özümüz də anlamırıq, masadakıların başa düşəcəyinə ümid edirik. Çarəsizcə deyirik: "...Bilmirəm, başa sala bilirəmmi?"
Davamı →

İntellektual çevrənin yaranması

İntellektual çevrənin yaranması üçün də yer lazımdır (“yer”in həm hərfi, həm də məcazi mənasında). Belə yer (məsələn, universitetlərdə akademik azadlıqlar) olmayanda, intellektuallar da çevrə qura bilmir. Ya ölkədən köçüb orada hazır çevrələrə qoşulur, ya da əllərini işdən üzüb gündəlik qayğılarıyla yaşayırlar. Ölkədə və bölgədə gedən tarixi proseslərdən də çox şey asılı ola bilir.

Məsələn, hamının bildiyi Alman İdealizmini götürək. Hamının bildiyi örnək üzərində izah qurmağın öz üstünlükləri var – asan olur. Alman İdealizmi, bir fəlsəfi cərəyan kimi, bir nəslin işi olub. Təxminən 1781-ci ildən 1819-cu ilədək davam edib. Bununla bitməyib, təbii ki, davamçıları sonradan da olub. Amma əsas işi bir nəsil görüb: Fichte, Schelling, Schopenhauer, Hegel və Kant. Kant və Hegel bu çevrənin, belə demək olarsa, intellektual liderləri, Schelling və Schopenhauer isə “dissidentləri” olub. Bəs, Fichte? Fichte’nin fəlsəfəçiliyini dəyərdən salmadan qeyd etməliyəm ki, onun bu çevərinin yaranmasında əsas rolu intellektual olmayıb. Fichte Alman İdealizminin təşkilati lideri olub. Alman İdealizmi bir təşkilat kimi heç zaman mövcud olmayıb (kimsə yanlış anlamasın), Bununla belə, intellektual çevərlərin də təşkilati işləri üzərinə götürən adamlara ehtiyacı olur.
Davamı →