Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

İslama görə reinkarnasiya

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Ardı →

Yeni dövr fəlsəfəsi

XVII əsrdən başlayaraq fəlsəfənin inkişafında yeni dövr adlandırılan mərhələ başlamışdır. Yeni dövr fəlsəfəsində təcrübəvi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl xarakterik cəhətdir. lakin bu materializm mexaniki, metafizik materializmi idi. Təbiətin öyrənilməsində bu cür yanaşma metodu F.Bekon olmuşdur. O, öz fəlsəfi əsərində antik dövrün idealizmini və orta əsrlər dövrünün idealizmini və orta əsrlər dövrünün sxalastikasini kəskin tənqid edərək fəlsəfənin vəzifəsini elmdən istifadə etməsini göstərmişdir. Onun fikrincə, bu işdə yeni idrak metodu mühüm rol oynamalıdır, çünki «bilik qüvvədirsə, metod ona aparan yoldur, yoçunun yolunu işıqlandıran fanardır».


Ardı →

Ölüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.


Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün «Fedon» dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur.


Ardı →

Modern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə...  Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən.  Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi.  İndiana Jones,  şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var  bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s.  Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

   Nitsşe «tanrı öldü» dedi.  Və bu modernizmin,  müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi.


Ardı →

Elmi idrak, onun forma və metodları

İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilir:


  1. elmin mədəni – dünyagörüşü funksiyası;

  2. elmin bilavasitə məhsuldar qüvvə olmasından irəli gələn funksiya;

  3. elmin sosial qüvvə olmasından irəli gələn funksiyası.

Ardı →

Qərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

 Çarlz Darvin:

 “Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.


Ardı →

Fəlsəfə barmaqlarda



Platonizm. Xatırladım! Mənim barmaqlarım var!

Neoplatonizm
. Mənim barmaqlarım var! Ancaq bunu xatırlayan mən deyiləm...

Atomizm. Barmaqlar var,ancaq onlar çox balacadırlar və həddindən artıq çoxdurlar.

Kiniklər. Barmaqlar var.Amma niyə?

Stoisizim. Barmaqlar qaçılmazdırlar

Zərdüştlük. Sol barmaqlar var,sağ barmaqlar var və onlar bərabərdir.

Buddizm. Barmaqlar fanidir-axı onlar …kimə lazımdır?

Konfutsilik. Barmaqlar. Sadəcə barmaqlar


Ardı →

Stoyaçılar

Stoisizm e.ə. IV əsrdə yaranan və 529-cu ildə Bizans imperatoru Yustinian tərəfindən bütün fəlsəfi məktəblərin bağlanması əmrini verməsinə qədər mövcud olan və hellinizm dövrünün ən məşhur fəlsəfi məktəblərindən biri olmuşdur.

Stoisizmin yaradıcısı Zenon (e.ə. 336-264) adında bir mütəfəkkir olmuşdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuşdur, sonra isə Afinada yaşamışdır. Orada o, bir sıra tanınmış filosofların tələbəsi olmuşdur və, təxminən e.ə. 300 ildə, öz fəlsəfi məktəbini yaratmışdı. O və onun tə ləbələri “stoa” adlanan binaların birinə bitişik olan sütu-nlu qalereyada yığılırdılar. Buna görə bu məktəbin ardıcıllarını “stoiklər” adlandırırdılar. Guman edilir ki, məhz Zenon, ilk dəfə olaraq, “təbiət qanunlarına uyğun həyat sürmək, yaxşı, məziyyətli, gövmərd həyat sürmək deməkdir” fikrini irəli sürmüşdü. Bununla o, stoisizm fəlsəfəsini etik problemlərin həllinə yönəltmişdi.
Ardı →

Etikanin əsas kateqoriyaları

Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə etməsi üçün müəyyən anlayışlar aparatı, özünəməxsus «dili» olur. «Kateqoriya» adlandırılan ən ümumi anlayışlar gerçəkliyin mənəvi mənimsənilməsində mühüm rol oynayır. Latınca «mühakimə», «tərif» mənasını verən «kateqoriya» bütün elmlərin anlayışlar sistemini təşkil edir. Hər bir elm öz obyektini öyrənmək və məzmununu şərh etmək üçün xüsusi sözlərdən istifadə edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s. Əxlaqın müxtəlif tərəflərini və funksiyalarını ifadə edən etik kateqoriyalar xaraktercə struktur və substansional olur. Struktur kateqoriryalar əxlaqı onun komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kateqoriyalar isə əxlaqı cəmiyyət və şəxsiyyət arasında yaranan münasibətlərin məzmununun xüsusiyyətləri baxımından xarakterizə edir. Birincilərəəxlaq normaları, prinsipləri; əxlaqi qiymətləndirmə, ideal, baxışlar, hisslər; adətlər, hərəkət, davranış, münasibətlər və s., ikincilərə isə xeyir, şər, borc, vicdan, ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan kateqoriyalar cəmiyyətin mənəvi həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanunauyğunluqlarını əks etdirir.
Ardı →

İslam etikası

VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti ərazisində formalaşmağa başlayan yeni mədəniyyət, o cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi nümayəndələrini yetişdirmiş, həmçinin antik irsdən və qeyri-islam yönümlü mütəfəkkirlərin mütərəqqi zəngin ənənələrindən bəhrələnmişdir. İslam dini dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VII-XI əsrlərdə öz klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri sistemi doğulmuşdur. Bütün müsəlman dünyasının masaüstü kitabı olan «Quran»ı bu baxımdan İslam etikasının əsası hesab etmək olar ki, bu da öz genezisi və mənbələrinə görə islam dini sistemi ilə bağlıdır. Konkret olaraq İslam etikası «Quran»ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.
Ardı →