Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

F hərfi ilə başlayan fəlsəfə terminləri

FAKT — fikirdə olanın əksi, baş vermiş olan, həqiqi olan, həqiqətə çevrilmiş olan. Dilimizdə işlək ifadə kimi vaqiə sözü də işlənməkdədir. Vaqiə sözü vaqəa-dan [^b] gəlir və hərfi mənada olan, baş verən deməkdir. Türkcədəki ol+gu sözü də qədim oğuzcadakı ol felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur = Hadisə 1890-cu ildə uzaq bir mahalda vaqe oldu. Obyektiv və elmi fakt anlayışları bir-birindən fərqləndirilir. Obyektiv fakt insan fəaliyyətinin və ya idrakının obyektini dərk edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub.

Davamı →

Ə hərfi ilə başlayan fəlsəfə terminləri

ƏBƏDİYYƏT — aləmin mövcudluğu zamanı, materiyanın yaradılmazlığı və məhvedilməzliyi, onun substansial sonsuz uzunluğu, sürəkliliyidir.

ƏCƏMİ — qeyri-ərəb mənşəli olan. Yaranması etibarı ilə Xilafət dövrünə təsadüf edən bu kəlmə, Xilafətin tabeçiliyində yaşayan və ərəb olmayan çoxlu xalqlara verilən ad idi. Hərfi mənasında yad, naməlum, əcəmi olan deməkdir. Bəzən hərfi mənasında da işlədilir.

Davamı →

E hərfi ilə başlayan fəlsəfə terminləri

EFORAT — Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.

Davamı →

D hərfi ilə başlayan fəlsəfə terminləri

DAOİZM — Daojia iki ayrı sözün Türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, düşüncə məktəbini izah edir. Daonun qurduğu təlimə Daosizm deyilirdi. Daoriszm dao və yaxud —yollar” haqqında təlim; e.ə. VI -V əsrlərdə Çində meydana gəlmişdir. Ancaq ikisi də qaynağını Laozinin əsəri Tao Te Chingdən götürmüşdür. Düşüncə məktəbi olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axının ən əhəmiyyətli nümayəndəsidir. DAO — Çin klassik fəlsəfəsində mühüm kateqoriyalarından biridir onunda mənası yol deməkdir.

Davamı →

C hərfi ilə başlayan fəlsəfə terminləri

CAlZ  — icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü dilimizdə daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [j1^-] felindən dilimizdə geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi dilimizə qısa ə olaraq keçmişdir.

Davamı →

A hərfi ilə başlayan fəlsəfə terminləri

ABSURD — avropa mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozulması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd — qeyri məntiqi kimi görünür. Lakin insana bəzən absurd təzhürü bağışlayan, onun məntiqi analizindən kənarda qalan şey, hal və ya hadisələrə qeyri — həqiqi anlamı yükləmək olmaz. Kəlmə dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur.

Davamı →

Apameya məktəbi

Apameya şəhərində yerləşən yeni-platonçuluğun Suriya məktəbinin ən tanınmış nümayəndəsi və yaradıcısı Yamblix (yun. läpflA.ıxoç, təxminən m. 245 — 325) olmuşdur. Yamblixin soyu Suriyanın Xalkida şəhərində n idi. O, Romada təhsil almış, Porfiriusun öyrəncisi olmuş, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs demiş, bir sıra kitabların müəllifi kimi tanınmışdır.

Davamı →