Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Şərq ailəsi və Şərq qadını

Şərq ailəsində qadın
Əvvəla, mənim mövqeyim ona əsaslanır ki, mən Şərqin qədimliyini ideallaşdırmaq fikrində deyiləm. Şərqdə nigah, ailə mÜnasibətləri istər Yaponiyada, istər Hindistanda, istər Yaxın Şərqdə, müsəlman svilizasiyasında – mən burda ideal bir şey görmürəm. Bu, əsas etibarı ilə köləlik prinsipləri üzərində qurulan bir ailədir. Yenə də qeyd edirəm, istər Çin olsun, istər Yaxin Şərq olsun, kişinin üstünlüyü- qadının tabeçiliyi üzrə qurulan ailələrdir. Və uzun əsrlərdir bu belə davam edir, əslində, qadının bu qapalı dairədən çıxmağa şansı da olmayıb. Bütün cəmiyyət də onu itələyib ailəsinə ki, “otur oturduğun yerdə.”

Qərblilərin niyə belə marağı var şərq ailələrinə, eyni zamanda müsəlman ölkələrinə? Ona görə ki, ordakı qadınlar hələ köhnə süurun daşıyıcılarıdır, onlar ailəyə gəlirlər, onların dözüm imkanları çoxdur, hər şeyə səbir edirlər. Amma misalçün, sosioloqlar bilirlər ki, Şərqdən Qərbə köçən ailələrdə, o cümlədən müsəlman ailələri olsun, istəyir lap Çin ailələri olsun, Qərbə gəlib çatan kimi bir müddət sonra boşanmalar onların da ailələrində baş verir. Bu niyə görə belədir? Qərbin özünün bu sahədə narahatçılığı var. Qərb son əsrlərdə çoxlu sosial ekpermentlər edir, müşahidələr aparır, bu çox yaxşıdır. Əsrlərlə yığılıb qalmış problemləri, qadınların azadlığı məsələsini müzakirə edir.

Bu ayıbdır ki, qadının fiziki və bəzən intellektual baxımdan kişiylə ayaqlaşa bilməməsi səbəbindən bütün sivilizasiya patriarxat rəng altında quruldu? Və Avropa bunu təhlil eləyir. Amma o, təhlil etdikcə zaman dəyişir, yeni ailə idealını formalaşdırmağa imkan tapa bilmir və daxili bir şok keçirir.


Ardı →

İnsan yeganə varlıqdır ki, olduğu kimi görünmək istəmir

Dahi fransız yazıçısı və filosofu Alber Kamyudan gətirdiyim bu iqtibas məncə həm də bu yazıya başlıq ola bilər. Bəli, dünyada tədricən psixi antropofagiya əlamətləri çoxalmaqdadır. Xüsusilə, müharibə gedən ölkələrdə bu, özünü daha çox göstərir. Orda doğan günəşin rəngi də qan kimi qırmızıdır. XXI əsrdə müasir insanların çoxu bu üzdəniraq psixoloji halı yaşasa da yəqin ki, onun adını, mənasını bilmir.

Soruşan tapılar ki, “antropofaqiya” nə deməkdir? O yunan sözüdür, mənası da təxminən “hannibalizm”dir. Fikirlərimin əvvəlində qeyd etdiyim, insanların psixi durumunda, mənəviyyatında dilimizə yatmayan o qorxunc əlamətlərə qarşı görəsən peyvənd mövcuddurmu? Bəlkə əksinə müharibə törədənlərin özünü antropofaqist fikirlərdən uzaqlaşdırmaq daha məqsədəuyğun olardı…

Axı, bildiyimizə görə quduzluğa tutulmağın qarşısının alınması üçün xüsusi müalicə üsulları var… Deyəcəksiniz ki, xeyir ola, birinci cümlədən oxucunu qorxutmaqla absurd şeylər haqqında danışıram. Düzünü bilirsiniz, siz deyin…
Ardı →

“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.


Ardı →

Realist, rasionalist filosof- Hegel

O, fəlsəfədə ilk dəfə olaraq dialektikanı sistemləşdirən, Marks və Engels kimi mütəfəkkirlərin özlərinə müəllim hesab etdikləri bir filosof idi. Lakin bütün bunlar kifayət deyil, sovetlər dönəmində Hegel idealist, mühafizəkar, mövcud mürtəce rejmin müdafiəçisi kimi təqdim olunur və tənqid edilirdi. Həmin dönəmin çap olunan bütün fəlsəfi-elmi kitablarına nəzər yetirsək, görə bilərik ki, Hegelin tənqidi eyni ssenari ilə davam edir.

Sovetler dönəmində nəşr olunan bir çox fəlsəfi əsərlərə müraciət etsək, görə  bilərik ki, Hegel Şərqə, islam dininə neqativ münasibət bəsləyən, azadlıq məsələsinə idealistcəsinə yanaşan filosofdur. Yenə sual yaranır, görəsən, həqiqətənmi Hegel onu tənqid edənlərin düşündükləri kimi bir mütəfəkkir idi? Bütün bu sulalara cavab tapmaq üçün Hegelin öz əsərlərinə əsasən də onun " Ruh fəlsəfəsi” əsərinə  müraciət etsək, həmin məsələlər ətrafında Hegelin mövqeyini görə bilərik.

Əsas məsələlər sırasında Hegelin " azadlıq” probleminə münasibəti məsələsidir. Hegelin azadlıq məsələsinə münasibətdə bir çox tədqiqatçı onun idealist mövqedən durduğunu iddia edir. Doğrudur, Hegel azadlığın əsasında xristianlıq dininin, Mütləq Ruhun, Ali Zəkanın durduğunu bildirir, lakin Hegel həmin  sözləri də söyləyir: «Kölə olaraq qalanlara münasibətdə heç bir mütləq ədalətsizlik baş vermir, çünki hər kəs ki, öz azadlığını  əldə etmək üçün  həyatında risk etmək cəsarətinə  malik deyil, o kölə olmağa layiqdir və əksinə, həqiqətən azadlığa çıxmaq üçün  enerjili iradəyə malikdirsə, onda heç bir insani zorakılıq onu xalis passiv idarə olunma durumu kimi köləlikdə saxlaya bilməz.


Ardı →

Qədim Mesopotamiya

Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Onların arasından Dəclə və Fərat kimi böyük çaylar axır. Bu çayların hər ikisi öz başlanğıcını Qafqazdan cənubda olan dağlardan götürür və İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının gətirdikləri çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər iki çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Burada nə metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.


Ardı →

Qərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

 Çarlz Darvin:

 “Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.


Ardı →

Etikanin əsas kateqoriyaları

Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə etməsi üçün müəyyən anlayışlar aparatı, özünəməxsus «dili» olur. «Kateqoriya» adlandırılan ən ümumi anlayışlar gerçəkliyin mənəvi mənimsənilməsində mühüm rol oynayır. Latınca «mühakimə», «tərif» mənasını verən «kateqoriya» bütün elmlərin anlayışlar sistemini təşkil edir. Hər bir elm öz obyektini öyrənmək və məzmununu şərh etmək üçün xüsusi sözlərdən istifadə edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s. Əxlaqın müxtəlif tərəflərini və funksiyalarını ifadə edən etik kateqoriyalar xaraktercə struktur və substansional olur. Struktur kateqoriryalar əxlaqı onun komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kateqoriyalar isə əxlaqı cəmiyyət və şəxsiyyət arasında yaranan münasibətlərin məzmununun xüsusiyyətləri baxımından xarakterizə edir. Birincilərəəxlaq normaları, prinsipləri; əxlaqi qiymətləndirmə, ideal, baxışlar, hisslər; adətlər, hərəkət, davranış, münasibətlər və s., ikincilərə isə xeyir, şər, borc, vicdan, ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan kateqoriyalar cəmiyyətin mənəvi həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanunauyğunluqlarını əks etdirir.
Ardı →

Çin fəlsəfəsi

İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu sevinclə edin.

Sevdiyiniz şeiri xatırlayın. … Eşitdiyiniz hər şeyə inanmayın: sahib olduğunuz hər şeyi xərcləyin və yaxud istədiyiniz qədər yatın.

“Səni sevirəm” dediyinizdə həqiqəti deyin.

“Təəssüf edirəm” dedikdə həmin insanın gözlərinə baxın.

İlk baxışdan sevgiyə inanın.

Başqalarını yuxularına və arzularına lağ etməyin.Dərin və şəhvətlə sevin. Bu sizi yaralasa da həyatı bütünlüklə yaşamağın tək üsulu budur.
Ardı →

Fəlsəfə barmaqlarda



Platonizm. Xatırladım! Mənim barmaqlarım var!

Neoplatonizm
. Mənim barmaqlarım var! Ancaq bunu xatırlayan mən deyiləm...

Atomizm. Barmaqlar var,ancaq onlar çox balacadırlar və həddindən artıq çoxdurlar.

Kiniklər. Barmaqlar var.Amma niyə?

Stoisizim. Barmaqlar qaçılmazdırlar

Zərdüştlük. Sol barmaqlar var,sağ barmaqlar var və onlar bərabərdir.

Buddizm. Barmaqlar fanidir-axı onlar …kimə lazımdır?

Konfutsilik. Barmaqlar. Sadəcə barmaqlar


Ardı →

Plato fəlsəfəsi və yeni platoçuluq

 Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Duyğu aləmində şeylər ideyalara doğru yönəlir, onlara can atır.


Ardı →