Рейтинг
+70.55

ginekologiya

56 üzv, 230 topik

Arzuolunmaz hamiləlik

Elə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu — estrogen və progesterondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər  mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlikləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır.


Ardı →

Sonsuzluq problemi

Ailə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini — böyüklərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s): «Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm», — buyurur. Amma çoxalmanın da özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur.
Davamı →

Kesar əməliyyatı (qeysər kəsiyi)

Kesər kəsiyi basıq (boşluq) əməliyyatıdır; bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir; bu anesteziyanın təsiri ilə uşaq həyata gətirən qadının bədəninin aşağı hissəsinin hissiyyatı itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir xələl yetirilmir. Epidural anesteziyanın (arterial təzyiqin qəflətən düşməsi) aparılması zamanı başlıca təhlükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr vardır. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyyə edirlər, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun.
Ardı →

Aybaşı zamanı problemlər

Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə — ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.
  • Amenoreya – aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.

Davamı →

Hamiləlik əleyhinə vasitələr (kontrasepsiya)

Hamiləliyin qarşısının alınmasında real yol kontrasepsiyadır. Kontrasepsiya metodları çox qədim dövrlərdən məlumdur.


Hər bir kontraseptiv vasitənin effektivliyi onun dəqiq və ardıcıllıqla istifadə edilməsindən asılıdır. Əgər 100 seksual aktiv qadın kontraseptiv vasitələrdən istifadə etməzsə, onlardan il ərzində 80-90-ı hamilə olacaqdır.

Ardı →

Hamiləliyin dad şıltaqlığı

Hamiləlikdə elə şıltaqlıqlar, qəribəliklər olur ki, məsələn, qışın oğlan çağında birdən xanımlar çiyələk istəyir. İndiki vaxtda bu çətin ol­masa da bu halda hər kişi həmin arzunu ye­rinə yetirmək üçün mağaza və bazarlara qaçmalı olur.
«Dad şıltaqlığı» necə yaranır? Bu məsələyə bir neçə təklif vardır. Sözsüz ki, bir sıra şıltaqlıqların yaranmasına hormonlar səbəb olur. Dünyada tanınmış həkim Mişel Qlismanın demişdir: «hamiləliyin ilk üç ayında orqanizmdə baş verən bu qeyri-adi, ekssentrik hormonlar dad qəribəlikləri əmələ gətirir». Amma bu qəribəliklərin hamısının hormonların təsirindən yaranmasını fikirləşmək sadəlövhlük olardı.


Ardı →

Yenicə doğmuş qadınlar

Doğumdan sonrakı dövr 6-8 həftə davam edir. Doğumdan sonrakı təmizlənmə ifrazatı (loxiya) birinci 4 gün rənginə görə qan xassəli olur, sonra rəngi solğunlaşır, miqdarı tədricən azalır və o səciyyəvi rütubət iyi verir. İfrazat üfunət iyi verdikdə müalicə təyin edilməlidir. Əgər doğumdan sonrakı uşaqlıq təxəllüsləri bərk ağrılı olursa analgin vermək və düz bağırsağa papaverin şamı yeritmək olar. Siyimə çətinləşdikdə doğumdan sonrakı birinci gündə papaverin şamı, furadonin, vələmir həlimi təyin edilir və dərialtına maqnezium sulfat yeridilir. Əgər 7 — 8 saat müddətində bu tədbirlərin təsiri kifayət etməzsə, kateter qoyulur. Bağırsaqların təmizlənməsindən ötrü ya imalə, ya da işlətmə dərmanı təyin edilir.


Davamı →

Zahı qadınlar

Doğuşlar, bir qayda olaraq, mamaçası olan stasionarda (doğum evində, xəstəxananın doğum şöbəsində, kolxoz doğum evində) keçir. Doğumlar mamaça gələnə qədər başlayırsa, təxirəsalınmaz ilk yardım, aseptika və antiseptika qaydalarına ciddi surətdə əməl edilməklə, tibb bacısı tərəfindən göstərilmişdir.
Birinci dövr (açılma dövrü). Tibb bacısı zahı qadın üzərində müşahidə aparmalı: onun temperaturunu, nəbzini ölçməli, sidik kisəsinin vaxtlı-vaxtında boşaldılmasına fikir verməlidir. Siyimə və defekasiyadan sonra cinsiyyət üzvü qaynanmış su ilə yuyulmalıdır.
İkinci dövr (kənaretmə dövrü). Zahı qadının gücənmələri başlanır və aralıq sahəsi köpməyə başlayır. Bu vaxt zahı qadın bədəninin yuxarı yarım hissəsi bir qədər qalxmış halda arxası üstə uzanmalıdır.


Davamı →

Hamilə qadınlarda toksikozlar

hamilə qadın

Hamilə qadınlarda erkən baş verən toksikozlar. Hamilə qadınların toksikozu — ürək-damar sisteminin, böyrəklərin, qaraciyərin mərkəzi və periferik sinir sisteminin mübadilə funksiyalarının pozulması ilə təzahür edən polisimptom (müxtəlif simptomlu) xəstəlikdir. Hamilə qadınlarda toksikozlar çox vaxt daxili üzvlərin (mədənin, böyrəklərin, qaraciyərin, hipertonik xəstəliyin və s.) mövcud xronik xəstəlikləri fonunda əmələ gəlir.
Erkən baş verən toksikozlar hamiləliyin birinci günləri və həftələrindən başlayaraq təzahür edərək, hamiləlik dövrünün ikinci yarısında yox ola bilər. Lakin erkən baş verən toksikozların xeyli qrupu hamiləliyin axırına qədər davam edir.
Hamiləliyin erkən müddətlərində toksikoz müxtəlif klinik formalarda təzahür edə bilər. Bunlara qusma, selik, ağız suyu (tüpürcək) axması, dermatozlar (dəri xəstəlikləri) və s. aiddir.
Qadınların xeyli hissəsində hələ hamiləliyin erkən müddətlərində qoxuduyma funksiyalarının (bəzi qoxulara dözümsüzlük kimi) və dadbilmə funksiyalarının (bəzi qidalardan ikrah, digərlərinə tələbat kimi) pozğunluğu baş verir.


Ardı →

Hamilə qadınlar

Hamiləliyin normal cərəyan etməsi və əmələ gələ biləcək bir sıra mürəkkəbləşmə hallarının qarşısının alınması üçün əsas şərt rasional rejimə riayət edilməsidir. Hamiləlik dövründə qadın üçün həyata keçirilməsi zəruri olan bütün tədbirlər hər bir ayrı-ayrı halda fərdi olaraq tətbiq edilir.
Hamiləliyin axırıncı aylarında qarnın düz əzələlərinin aralanmasının qarşısını almaq məqsədilə qarnın möhkəm saxlanması üçün bel bandajı tətbiq edilməlidir. Bandaj taxılması və bağlarının bağlanması arxa ü stə uzanma vəziyyətində keçirilir. Xüsusi olaraq, qarnın ölçü və həcminə görə seçilmiş bandaj hamiləlikdən sonrakı dövrdə də taxılmalıdır.
Hamilələrdə venaların varikoz genəlməsibaşlıca olaraq aşağı ətraflarda müşahidə edilir, lakin xarici cinsiyyət üzvləri və uşaqlıq yolu sahəsində də ola bilər.
Davamı →