Xoşbəxtlik harda gizlənib?

Bir gün mələklər, xoşbəxtliyi gizlətməyə qərar verirlər. "Gizlədək, çətin tapsınlar.Çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər" deyərək başlayırlar müzakirəyə...
Problem böyük imiş. Xoşbəxtliyi gizlətmək asan deyilmiş çünki...
kimisi: "Everestin ən yuxarısında gizlədək" deyir, kimisi "Sakit okeanının dibinə" deyir.
Tac mahal, Məkkə küçələri, italyan süfrəsi...
Bir xəstəxananın doğuş otağı, bir dondurma qabı...
Siqaret paketi, gül bağçası, bağçalı evlər...
Bir çox yerlər düşünürlər, amma heç biri kifayət qədər çətin olmur.
Bu zaman mələklərdən biri;
"Bəlkə öz içlərində gizlədək?"-deyir-"Heç kimin ağılına gəlməz ki, öz içinə baxmaq!!!"
Bax, o gün bu gündür, xoşbəxtlik insanın içində gizlənir...
Heç bir xoşbəxtlik asan tapılmır. Asan asan gülmür insanın üzü...
İnsanın içində gizlidir xoşbəxtlik...
 

2 şərh

Aysel77
Tamamilə razıyam!!!
seyidova
yaxşı qarşılaşdırmadı.