Рейтинг
+1.13

Hidrosfer

14 üzv, 16 topik

Dünya okeanından istifadə

Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərəfindən mənimsənilmişdir. İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüz illərdir ki, istifadə edir. Hazırda onların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.

Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Sərvətlərin aşkar edilməsi və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə edilməsi üçün uyğun texnologiya və texniki avadanlığın yaradılması xeyli vəsait tələb edir. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.


Davamı →

Dünya okeanı

Bir-biri ilə əlaqədə olan bütün okean və dənizlər birlikdə dünya okeanını təşkil edirö bu ad məşhur rus okeanoloqu Yuli Mixayloviç Sokalovski tərəfindən ilk dəfə verilmişdir. Şərti olaraq dünya okeanı dörd hissəyə ayrılır: Sakit, yaxud Böyük, Atlantik, Hind və Şimal Buzlu okeanları, 361 mln km2 sahəyə malik olan dünya okeanı materiklərin sahilləri və onların ucqar nöqtələrindən keçən meridianlarla ayrılır. Bu meridianlar Cənubi Amerikada Horn, Afrikada Iynə və Tasmaniya adasında Cənub burnundan keçir.
Dünya okeanının dib relyefi çox mürəkkəb xarakter daşıyır. Qurunun relyefini xatırlatsa da onun öyrənilməsi görünmədiyindən çox çətindir. Buna baxmayaraq öyrənilmə baxımından dünya okeanı şərti olaraq bir neçə iri relyef formalarına ayrılır.
Davamı →

Rusiyanın su ehtiyatları

Nəhəng Rusiyanın ucsuz-bucaqsız torpaqlarında o qədər su var ki, onunla bir yox, iki planetin susuzluğuna son qoymaq olar. Ölkənin təbii su ehtiyatları bütün planetin su ehtiyatlarının beşdə bir hissəsini təşkil edir. Şübhə yoxdur ki, tezliklə su neftlə bərabər Rusiya dövlətinin uduş kartlarından biri olacaq.
Rusiyanın nəhəng su sərvətinin tərkib hissələri məhz nədən ibarətdir? Ölkədə 2,5 milyon çay var. Onların 214-ü uzunuluğu 500 kilometrdən çox olan iri çaylardır. Məcmu axının həcminə (orta illik göstərici 4262 kubkilometrə bərabərdir) görə Rusiya çayları dünyada ikinci yeri tutur, yalnız Braziliya çaylarından geri qalır. Sibir böyük çayları ilə məşhurdur. Burada Ob, Yenisey, İrtış, Anqara, Kolıma və başqa çaylar axır.
Davamı →

Göllər və digər su hövzələri

Qurunun təbii çökəkliyində yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsinə göl deyilir. Gölün olduğu çökəkliyə göl çuxuru deyilir. Mənşəyinə görə göl çuxurları aşağıdakı növlərə bölünür:
1. Tektonik göllər — yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal Ladoqa.
2. Vulkanik göllər — sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur.
3. Buzlaq gölləri — yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Tufangöl, Böyük Kölə, Böyük Ayı.
4. Çökmə göllər — karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir.
5. Uçqun gölləri — zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır Göygöl, Maralgöl.
6. Relikt (və ya qalıq) göllər — okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir: Xəzər, Aral, Ölü.
7. Axmaz göllər — çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Sarısu, Mehman, Ağgöl.
8.Meteorit mənşəli göllər-meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır.


Ardı →

Şimal Buzlu okeanı

Şimal Buzlu okeanı ən kiçik okean olub, sahəsi 14 mln. km2-dir. Okeanın mərkəzində Şimal qütbü yerləşdiyindən o, bütün coğrafi uzunluqları (meridianları özündə birləşdirir.
Bu okean — Arktikanın (Şimal deməkdir) mərkəzində yerləşib. Arktikanın sahəsi 27 mln. km2 olub. buraya okeandan başqa Avrasiya və Şimali Amerikanın şimal hissələri də daxildir.
Cərəyanları: Şimali Atlantika, Transarktik
Boğazları: Berinq, Danimarka və s.
Yarımadaları: Kola,. Yamal,. Taymır. Çukot
Adaları: Novaya Zemlya, Severnaya Zemlya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arklika arxipelaqı.
Dənizləri: Baffin, Qrelandiya, Kara, Norveç, Barens, Çukot, Laptevlər, Şərqi Sibir, Bofort-kənar dənizlərdir. Yalnız bir daxili dənizi (Ağ dəniz) var.
Davamı →

Okean suyunun duzluluğu və temperaturu

Okean suyunda bütün kimyəvi elementlər var. Buna səbəb çaylar tərəfindən okeanlara gətirilən mineral maddələrdir. Suda xlorid duzunun miqdarı daha çoxdur. Suya acılıq verən isə maqnezium duzudur. Izoqalinlər xəritədə eyni duzluluğa malik olan məntəqələri birləşdirən, xətlərdir. Suda duzluluq promillə (litrin mində biri ‰) ifadə olunur. Okean suyunda orta duzluluq 35 ‰ -dir. Lakin bu rəqəm alt qatlar üçün səciyyəvidir. Üst qatda duzluluq yağıntıdan, okean cərəyanlarından, çayların gətirdiyi suların miqdarından, coğrafi enlikdən və fəsillərdən asılıdır.
Okean suyu duzlu olduğundan, o çox böyük istilik tutumuna malikdir. Okean suları duzlu olduğundan, o daha aşağı temperaturda (-2°C) donur və 100°C temperaturdan yuxarı bir temperaturda qaynayır.
Duzluluq okean suyunun səffaflığını azaldır. Suda olan müxtəlif birləşmələr suyun rəngini tündləşdirir. Suyun yalnız 200 m-dək qatı şəffafdır.


Ardı →