Рейтинг
+1.13

Hidrosfer

14 üzv, 16 topik

Sakit okean

Sakit okean dünyanın ən böyük və ən qədim okeanı olub, dünyanın 1/3-ni, dünya okeanının ½ hissəsini əhatə edir. Sahəsi 178 mln. km2 olub, 5 materik ilə ( Afrikadan başqa) həmsərhəddir. Sakit okean dünyada yeganə ərazidir ki, o, yalnız bir okean tipli tavadan təşkil olunub. Ekvatorial və tropik qurşaqlarda okeanın daha geniş sahəyə malik olmasından o, dünyanın ən isti okeanıdır. O, Magellan və Dreyk boğazı vasitəsi ilə Atlantik okeanı ilə, Berinq boğazı vasitəsi ilə Şimal Buzlu okeanı ilə, Malakka və Zond boğazları vasitəsilə Hind okeanı ilə əlaqəlidir. Okeanın qərbi — Avrasiya sahilləri, dünyanın Ən girintili-çıxıntılı sahələrindəndir.
Davamı →

Çaylar

Quru suları (çay, göl, buzlaq, bataqlıq, yeraltı su) hidrosferin 3,5%-ni əhatə edir. Suyun böyük dövranı nəticəsində yaranır. Iqlim və relyef qurunun səth sularının qeyri-bərabər paylanmasına təsir göstərən əsas amillərdir.
Qurunun səthində açdığı yataq üzrə daimi axan suya çay deyilir. Çayın başlandığı yerə mənbə deyilir. O okean səviyyəsindən hündürdə olur. Mənbə – bulaq, buzlaq, bataqlıq, göl ola bilər. Çayın töküldüyü yerə isə mənsəb deyilir. Mənbə mənsəbdən həmişə hündürdə olur. Bulaq və buzlaqdan başqa bütün su hövzələri mənsəb ola bilər. Mənsəbinə görə çaylar 3 qrupa bölünür:
1. Mənsəbdə delta yaradan çaylar. Çay aşağı axarda sürətini zəiflədir. Suyun gətirdiyi çöküntülər mənsəbdə yığılaraq xırda adalara çevrilir və çay xırda qollara ayrılır: Nil, Lena, Volqa, Missisipi, Kür və s. Dünyada ən böyük delta 3 çayın – Qanq, Braxmaputra və Meqxinqin deltalarının birləşməsindən yaranır.


Ardı →

Hidrosfer

Hidrosfer- yeri əhatə edən su təbəqəsidir. Dünyanın 2/3-si (71%-i)- yəni 361 mln. km2-i su ilə örtülüdür. Yer kürəsində 1,38 km3 su vardır ki, bunun da 96,5 %-i okean və dənizlərdə cəmləşib. Dünyadakı suyun yalnız 2,53%-i şirindir. Yerin daxilində fiziki və kimyəvi birləşmələr şəklində çox böyük miqdarda su var. Hidrosfer — mantiya və kosmosdan ayrılan suyun hesabına əmələ gəlmişdir.
Əhəmiyyəti:


Ardı →

Atlantik okeanı

Sahəsi 93 mln. km2 olub, 4 yarım kürədə yerləşir. O, qərbdən Amerika, şərqdən Avropa və Afrika, cənubdan Antarktida ilə əhatələnib. Ən enli yeri mülayim enliklərdədir, ekvatora yaxınlaşdıqca daralır.
Dənizləri: Azov, Qara, Egey, Adriatik, Ion, Tirren, Aralıq, Baltik, Şimal,Mərmərə, Karib, Sarqass və Uedella.
Atlantik okeanının adı qədim yunan əfsanəsinə görə bu okeanın mərkəzində olmuş və sonradan batmış Atlanta materikinin adı ilə bağlıdır. Bu okeanın öyrənilməsində — Kolumb, Magellan, C. Kuk və s. səyyahların, «Çelencers» və «Vityaz» gəmilərinin böyük rolu olub. Böyük coğrafi kəşflər dövründən bu günə qədər Atlantik okeanı dünyanın əsas su yoluna çevrilib. O, bütün okeanlarla sərbəst əlaqəyə malikdir. O, Panama kanalı, Magellan və Dreyk boğazları ilə Sakit okean ilə əlaqəlidir.
Davamı →

Okean suyunun hərəkəti

Suyun hərəkətinə səbəb — külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var:
I. Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar:
1 .Şəlakət-0 m/san:
2. Zəif (və ya kapillyar) — 1 m/san.;
3. Qravitasiya-2-6 m/san.;
4. Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür.


Ardı →

Hind okeanı

Sahəsi 75 mln. km2dir. Ekvator onu əsasən şimaldan kəsib keçdiyindən, okeanın əsas hissəsi cənub yarım kürəsində yerləşir. O, şimaldan Avrasiya, cənubdan Antarktida, qərbdən Afrika, şərqdən isə Avstraliya ilə həmsərhəddir. O, həmçinin qərbdən Atlantik, şərqdən isə Malakka və Zond boğazları vasitəsi ilə Sakit okeanla həmsərhəddir. Hind okeanı yalnız Şimal Buzlu okeanı ilə birbaşa əlaqəyə malik deyil.
Hind okeanının beş dənizi var: Qırmızı, Timor, Arafur, Andaman, Ərəbistan.
Ən iri körfəzləri: Benqal, Iran, Böyük Avstraliya, Ədən.
Ən iri yarımadaları: Ərəbistan, Hindistan, Somali.
Ən iri adaları: Madakaskar, Şri-Lanka, Seyşel və s.
Cərəyanları: Somali, Qərb küləkləri (soyuq), Cənubi Passat, Musson, Mozambik, Iynə burnu (isti).
Davamı →

Okeanda quru

Okean dibinin dərinliyini exolot cihazı vasitəsilə ölçürlər. Cihazla suyun dibinə göndərilən səs dibə dəyərək əks-səda verir (yəni geri qayıdır). Səsin gedib qayıtma vaxtı 2-yə bölünərək, səsin suda yayılma sürətinə, yəni 1500 m-ə vurulur.
Izobat - xəritədə eyni dərinliyə malik olan okean dərinliklərini birləşdirən xəttlərdir. Xəritədə dərinlik skalasındakı rənglərə görə dərinlik təyin olunur. 1960-cı ildə Okust və Jak Pikkar ilk dəfə «Triyest» batiskafında dünya okeanının ən dərin çökəkliyində olublar.


Ardı →

Buzlaqlar və bataqlıqlar

Buzlaqlar quru üzərində hərəkət edən buzların toplanmasıdır və qurunun 11%-ni və ya 16,3 mln. km2-ə malik olan ərazisini tutur. Onlar qar xəttindən yuxarıda yaranır. Qar xətti bütün ilboyu, hətta yay aylarında belə temperaturun 0°C-dən aşağı olduğu hündürlüyə deyilir.
Qar xəttindən yuxarıda qum səthinə düşən qar əriməyə macal tapmadan toplanır. Tədricən sıxılaraq qar dənəvər formada və tutqun rəngli firn (alm. — “köhnə qar”) buzuna çevrilir. Sonrakı mərhələdə qar daha da bərkiyərək südrəngli şəffaf qletçer (alm. — “buzlaq”) buzunu əmələ gətirir. Coğrafiyanın buzlaqları öyrənən qolu qlyasiologiya (lat. — “buz; elm”) adlanır.
Davamı →

Təhlükəli Hidroloji hadisələr və onlarla mübarizə

Sunami — təbii fəlakətlər arasında miqyasına və vura biləcəyi ziyana görə xüsusilə fərqlənir. Onlar, əsasən, seysmik zonalarda baş verir.
Çaylarda yaranan daşqın və sellər də böyük dağıntılar törədir. Azərbaycanın xüsusilə Böyük Qafqaz çaylarında müşahidə olunan sellər palçıqlı-daşlı və daşlı olur.
Yer kürəsində baş verən hidroloji hadisələr (daşqın, sel, subasma və s.), adətən, iki fərqli hadisə və ya proses arasında aralıq mövqeyə malik olur. Bu hadisələr təbii və antropogen təsirlər nəticəsində baş verir.
Onlar hər hansı bir təbii hadisənin nəticəsi və eyni zamanda digər bir hadisənin səbəbi olduğuna görə təbiətdə geniş yayılmışdır.
Davamı →

Quru sulardan istifadə

İnsanlar ən qədim zamanlardan su hövzələrinin sahillərində məskunlaşmağa üstünlük vermişlər. Onlar çay və göl sularından suvarma, gəmiçilik, duz istehsalı və balıqçılıq məqsədilə istifadə etmişlər. Çaylar təsərrüfatın inkişafı üçün enerji mənbəyi rolunu oynayır. Bulaq və yeraltı sular isə insanların içməli suya olan tələbatını ödəyir.
Quru suları, xüsusilə çaylar çoxməqsədli istifadəsinə görə seçilir. Çaylar axdığı dərə boyunca süxurları yuyur. Bu zaman dağ çaylarının dərələrində faydalı qazıntılarla zəngin olan süxurlar aşınır, səpinti halında olan qızıl, platin, almaz və s. minerallar üzə çıxır və suya qarışır. İnsanlar belə faydalı qazıntıları əldə etməyə daim maraq göstərmişlər.
Davamı →