Рейтинг
+34.77

həzm sistemi

29 üzv, 71 topik

Yemək yeyəndə su içmək olarmı?

Əvvəllər belə hesab olunurdu ki, qida qəbulu zamanı su içmək olmaz ki, bu mədə şirəsini durulaşdırır, həzm proseslərinə mənfi təsir edir. Lakin son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.

Alimlər araşdırıblar ki, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır. Burada bəzi məqamlara diqqət etmək lazımdır. Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək tövsiyə edilmir. Su soyuq olmamalıdır.
Davamı →

İrritabl bağırsaq sindromu

İrritabl bağırsaq sindromu (İBS) və ya digər yayılmış adı ilə qıcıqlanmış bağırsaq sindromu bağırsağın ümumi funksiyalarında dəyişikliyin olması və defakasiya aktı (nəcis ifrazı) sonrası rahatlayan ağrının müşayiəti ilə keçən funksional bir bağırsaq xəstəliyidir.

Ən çox kimlərdə olur?
Əlimizdə olan son tədqiqat nəticələrinə görə, qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox rast gəlinir. Poliklinikalara ümumi müraciətlərin 10%-ni, qastroentroloqlara müraciətlərin təxminən 40%-ni əhatə edən bu xəstəlik gənc insanlarda daha çox rast gəlinir.
Davamı →

Gəyirmənin qarşısını necə almalı?

Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.

Belə ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir.

Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir. Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir.
Davamı →

Qatığın həzmə faydaları

Qatığın faydaları arasında ilk ağıla gələn sümüklərin sağlamlığı üçün vacib minerallar baxımından zəngin olmasıdır. Həzmi nizamlamaq, vitamin və minerallarla qidalandırmaq, arıqlatmaq kimi xüsusiyyətlərlə yanaşı, bir çox faydası da vardır.

Bağırsaqlarda olan və yeyilən qidaların həzmi zamanı istifadə edilən yaxşı bakteriyaların sayı azaldıqda qəbizlik kimi həzm problemləri baş verir.
Davamı →

Qəbizlik üçün çarələr

Qəbizlik uzun zaman oturaq həyat tərzi keçirən, heyvani qidalardan çox istifadə edən, su az içən insanlarda daha çox əmələ gəlir.

Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki qəbizlik 3 gündən artıq çəkərsə bədənə zəhərli toksinlər sorulmağa başlayır. Qəbiz olan insanlar sonra babasil xəstəliyinə tutulurlar, bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər və s.
Davamı →

Bağırsaqlar üçün faydalı 5 məhsul

İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır. Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır — zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Buğda kəpəyi
Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

Çuğundur
Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

Qoz
Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.
Davamı →

Mədə qıcqırması

Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.

Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır. Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.
Davamı →

Bağırsaq mikroflorası

Bağırsaq mikroflorası çox mürəkkəbdir. Araşdırmalar göstərir ki, bağırsaq mikroflorasını minlərlə müxtəlif bakteriyalar təşkil edir. Bağırsaqlarımızda yaşayan mikroskopik bakteriyaların ümumi çəkisi nə az nə çox 3-4 kq-dır. Bağırsaqlarımızda həm faydalı, həm də ziyanlı bakteriyalar yaşayır. Faydalı bakteriyalar çoxluq təşkil etdikdə onlar ziyanlı mikrobların inkişafına və çoxalmasına mane olur. Lakin bu tarazlıq pozulduqda müxtəlif xəstəlik və pozulmaların riski arır. Bağırsaqların faydalı mikroflorası insan sağlamlığında və orqanizmin normal fəaliyyətində çox mühüm rol oynayır.

Mikrofloranın əsas vəzifələri:
1. İnfeksiyalardan qoruma
İnsan immun sisteminin 80%-i bağırsaqlarda yerləşir. Faydalı bakteriyalar bağırsaqların ziyanlı mikroflorasını dəf edir, immun mexanizmləri aktivləşdirir.
Davamı →

Həzm pozğunluğunu aradan qaldıran üsullar

Yeməklərdən 30 dəqiqə əvvəl 1 stəkan ilıq suda 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı bal ilə qarışdırıb için. Bu qarışıq mədə şişkinliyinin qarşısını alır, həzmi yaxşılaşdırır.

Mədə-bağırsağa zərərli mikroorqanizmlərin təsirinin qarşısını almaq üçün sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə, qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.

Zirə və dəfnə infeksiyaya qarşı çox faydalı bitkilərdir. Onlardan istifadə mədəni təmizləyir, ağrıları sakitləşdirir.
Davamı →

Babasil zamanı pəhriz

Babasil çox yayılmış pozulmadır. Babasilin əsas səbəblərindən biri xroniki qəbizlikdir. Babasildən əziyyət çəkən insanda qəbizlik tez-tez inkişaf edirsə, genişlənmiş damarlar daha da şişir, qanaxmalar əmələ gəlir.

Nəticədə babasil kəskinləşir, ağır fəsadlar əmələ gəlir. Beləliklə, babasildən əziyyət çəkən insan mütləq qəbizliyin qarşısını almalıdır. Bu işdə bəzi qidalar çox yaxşı kömək edir — bağırsaqlarn fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bu qidalar arasında:

1. Bitki lifləri ilə zəngin olan məhsullar: təzə meyvə və tərəvəz (xüsusilə çuğundur, kök, gül kələmi, brokkoli kələmi, kabaçkı), tamdənli yarmalar (xüsusilə yulaf, arpa, darı yarmaları), buğda kəpəyi.

Ərik və qara qavalı xüsusilə faydalıdır. Bu 2 meyvə hətta güclü qəbizlik zamanı kömək edir. Təzə meyvələr olmadıqda, ərik və qara qavalı qurularından istifadə edin.
Davamı →