Rezus konflikt

Rezus amili eritrositlərin daxilində yerləşən ele bir amildir ki,bu amil 85% insanın qanında mövcuddur.Lakin qalan 15% insanda isə bu amil mövcud deyildir.Rezus amilin olmamasi “-” rezuslu qan kimi qiymətləndirilir.Əks halda isə “+” adlandırılır.Rezus”-” şəxsə “+” qan köşürdükdə birinci dəfədə həmən şəxsdə “+” amilə qarşı xüsusi hissəciklər əmələ gəlir ki,bir daha bu şəxsə belə qan köşürdükdə həmən şəxsdə şok halı baş verə bilər.Eyni zamanda belə qadınlar rezus”+” qanlı şəxsdən hamilə qaldıqda döldə yəni uşaqda müxtəlif hallar baş verə bilər ki,bu da asılıdır,həmən hissəciklərin mirdarından.

Belə ki,əgər kişi rezus++ ,qadın isə rezus- - ,bu halda döldə ən pis halda ölümə ən yaxşı halda isə anemiya,sarılıq,şişkinliklərə səbəb olacaqdır.Əgər kişi - - ,qadın ++ olarsa hec bir hal müşahidə olunmur.Ancaq,kişi +-,qadın - - ,kişi -+,qadın -+ olduğu hallarda isə dölün sağlam doğulma şansı da var.Aşağıdakı şəkillərdə hər şey izah olunur.

Rezus konfliktə şübhə olduğu hallarda hamiləliyin ilk dövrlərindən anada rezus amil yoxlanılır,neçə + olması öyrənilir.Hamiləlik boyu il 30 həftəyədək ayda bir dəfə,32-35-ci həftələrdə iki həftədə bir dəfə,35-ci həftədən etibarən isə həftədə bir dəfə antihissəciklərin miqdarı yoxlanılır.Əvvəldən həssaslaşmış(qan köçürmə,abort,1-ci uşağın Rezus”+” olması hallarında) qadına anti D-İg təyin edilir.Qeyd edim ki,oğlan uşaqlarının qız uşaqlarına nisbətən fəsadlaşması halları daha çox müşahidə olunur.Rezus konfliktli hamiləliyin nəticəsi olan uşaq anadan olan kimi göbək venasından qan alınır və müayinəyə göndərilir.

REZUS KONFLİKTDƏN QORUNMAQ ÜÇÜN:

1.Öz rezus amilinizi bilin.

2.Nigaha daxil olmazdan qabaq bu haqda düşünün

3.Qadın məsləhətxanalarına müraciət edin

4.Öz başına süni abort və ya evdə doğuşlardan qaçın.

P.S kimə nə aydın deyilsə,sual verə bilər.

 

38 şərh

2ral
3.Qadın məsləhətlərinə müarciət edin.

Guya qadın məsləhətxanalarında işləyənlər ağıllıdır?
cahandar
Sözlərinizdə həqiqət varsa da nahaq yerə bunu hər kəsə ünvanlamayın.qadın məsləhətxanalarında həm ağıllı həm də savadlı kadrlar var tibb sahəsində maaşlar qalxsa korrupsiya tamamilə ləğv olunsa lap gözəl olar ki,tibb işçiləri nəzakət qaydalarına Deantalogiyaya(xəstələr və onların adamları ilə düzgün davranış qaydası) da fikir verərələr
icome2009

ağıl nəyə deyirsiz?bunlar rutin analizlərdir.hər bir hamilə qadın da yoxlanılır.

Xrizoberil
mən heçnə başa düşmədim axı ((((( qanım "-" rezusdur, ancaq burdan bir şey çatmadı mənə :D
cahandar
Qardaş,siz mənfi qan rezusuna maliksinizsə qorxusu yoxdur.Yəni kişilər üçün bu bir o qədər də təhlükəli deyil.Qadın "-" rezus faktoruna malikdirsə bunun ailə qurduqda çox önəmi vardır ki,belə xanımlar mütləq "-" qan rezus faktoruna sahib kişi ilə ailə qurmalıdır ki doğulacaq körpələrdə fəsadlar yaranmasın.siz isə sadəcə olaraq "+" rezuslu xanımla ailə qursanız uşaqlarınızın qanda olan eritrositlərinin miqdarına daim nəzarət etməlisiniz.Çünki bu zaman uşaqda qanda olan eritrositlər hemolizə uğraya bilər(parçalanma) ki,bu da müəyyən xəstəliklər yaradar(eritrosit çatmamazlığına səbəb xəstəliklər) "-" rezus amili olan xanımla evlənsəniz isə heç bir qorxu fəsadı yoxdur.sadəcə "-" rezuslu xanımlar qanaxmalara meyilli olurlar
Xrizoberil
))))) çox sağ ol. mən qardaş deyiləm.axır ki mənə də qardaş deyə müraciət edən oldu :D
Xrizoberil
bu ara da qeyd edim ki, mən mənfi vermədim.sonra məndən bilməyin ((((
cahandar
Anlamadım kim verdi mənfini yazdıqlarımda səhv görüblərsə xəbər etsinlər bu nə deməkdi?nə isə fikir verməyək mən mənfi verib dalında gizlənən şəxsləri qorxaq hesab edirəm əgər etiraz varsa bu bildirilməlidir
tenqo

Hər kim veribsə, deməli nəsə xoşuna gəlməyib şərhinizdə. Hər kəs hər səsinə görə hesabat verməyə məcbur deyil ki. Niyə mənfi səs verəni qorxaq adlandırırsınız? Gündə yüzlərlə "+" verilir. Sizin şərhlərə də kifayət qədər şəxsən mən "+" vermişəm. Niyə bir dəfə də olsun soruşmamısınız ki, nəyə görə "+" verirlər? Hər kəs lazım olanda "+" vermənin də səbəbini bildirir, "-" vermənin də. Bir-birimizin fikirlərinə, şəxsiyyətinə hörmət etmək əvəzinə etikadan kənarlaşıb qorxaq adlandırmaq yaxşı hərəkət deyil. Sadəcə soruşub maraqlana da bilərdiniz ki, görəsən sizin şərhinizə niyə "-" veriblər. O "-" verən şəxs də bəlkə gəlib izah edərdi. Siz isə birbaşa heç şəxsin kim olduğunu və nəyə görə "-" verdiyini müəyyənləşdirməyə çalışmadan onu qorxaq adlandırdınız. Niyə qorxsun ki, fikrini açıqlamaqdan? Nə pis şey ola bilər axı fikrini açıqlasa? Bu saytda o qədər şəxs var ki, hansısa yazıya "-" veriblər və açıqlamalırını da yazmayıblar. Onlar hamısı qorxaqdımı?


Mənim də bayaq mikrobloquma kimlərsə "-" verdilər. Dava-qırğın salım indi mən? Hər nə səbəbə veribsə, aydın olan budur ki, mənimlə həmrəy deyil. Hər hansı yazının hamı tərəfdən eyni cür qarşılanmamağı da normal haldır. Mən bu sayta yeni daxil olan vaxtlarımda bir komplimentə cavab olaraq «Təşəkkür edirəm» yazmışdım. Bu şərhimə "-2" gəlmişdi. Yəqin ki, kiməsə qəribə gələ bilər, amma heç də qəribə deyil, normaldır. Mən o qiymətin səbəbini heç kəsdən soruşmadan da anlamışdım. Bu bloqda olub.


— + üstündə dava-dalaş, səs-küy salmayaq. Nəyisə aydınlaşdırmaq istəyəndə də sivil yolla, etika ilə, hörmətlə araşdırıb aydınlaşdırmağa çalışaq. Bir dənə bu cür yazı çatışmır saytda: «Kim kişidirsə nə pritenziyası varsa üzümə disün, mış kimi gizlənib minuslamasın. Bu da mənim nömrəm…  fso exit»

cahandar
Tenqo nəyisə bilmədən şərh bildirməyin xahiş edirəm.Kimlərinsə vəkilliyini etməsəniz gözəl olar.bunu aqressiv yazmıram biləsiniz.Burda tək mən deyiləm səbəbsiz mənfilərdən şikayətlənən.Hörmətsizlik mənfini verib səbəbini anlatmayanlar edir. müsbət məlum məsələdir, bəyənilir verilir ,bəyənilməyən tərəf isə qeyd olunmalıdır.elə mövzular var ki dinimizə əxlaqımıza zidd yazılır. o mövzulara mənfi verəndə səbəb gətirilməsə də məlum olur ki niyə verilib.Ancaq çox bəyənilən və irəlidə olan topik qəfil minuslanıb aşağı salınanda və şərhsiz izzahsız qalanda bu yazarı həvəsdən salmaq deməkdir.Original,xrizoberl,elçinhesenov da məhz mənim fikrimlə razı olar sanıram.sizdən bir daha xahiş edirəm mənim şərhlərimə qarışmayın nə yazıram aqressivcəsinə qarışırsız.Mən qorxaq sözünü o adama ünvanlamışam .əgər o siz deyilsinizsə xahiş edirəm qarışmayın .mən hər nəzakət etik qaydalara hər zaman fikir vermişəm oxucularım da bunu bilir.Hər zaman da adla ünvanlanan təhqirlərə özüm qadağa qoymuşam bunu da oxucularım bilir Kayzen inkişaf irəliləmə saytıdır.reytinq davası,ya çat deyil ki burda deyişib kimlərisə duelə çağıraq.Mən sözümü yazmışam,sahibi də oxuyub nə demək istədiyimi anlar özünə də nəticə çıxarar.
ayxansevda
originalı təzə sakitləşdirmişdik yenə başlamayın bu reytinq davasını daha doğrusu minus davasını :)) düşünürəm ki, heç kimin heç kimlə ədavəti yoxdu nəsə bəyənilmirsə minus vermək lazımdı bəlkə qarşıdakı səhvini bilmir getsin düzəltsin minusla qazımız kəsilmir işığımız sönmür. əksinə minus bir növ tənqiddir inkişafa dəstək olur əsəbləşməyin hirslənməyin:) ancaq pozitiv nikbin ruh inkişaf
tenqo

Əgər kimsə din və əxlaqla bağlı yazıya mənfi səs verirsə, deməli onun baxılşarı və əxlaqı yazıdakından fərqlidir. Hər hansı yazını bəyənmək və bəyənməmək üçün nəzərdə tutulub səsvermə. Hər kəs hər bəyəndiyi şərhə bəyəndim, yaxud bəyənmədiyi şərhə bəyənmədim yazsa, sayt pis vəziyyətə düşər. Lazım gəldikdə hər kəs müsbətinə də, mənfisinə də münasibət bildirir. Səbəbini soruşmağa heç kəsə qadağa qoyula bilməz, sadəcə soruşmağın da təhəri var. Əgər məni mənfinin səbəbi maraqlandırsaydı, ilk öncə soruşardım. Sonra da həmon şəxsin peyda olmamağını qorxaqlıq kimi qəbul etsəydim, onda adlandırardım. Əgər düşünsəm ki, kimsə mənə qərəzli mənfi səslər verir və bu mənimçün əhəmiyyətli bir şey olsaydı, mikrobloqda bu haqda yazıb həmin kəsi şəxsi mesajlaşmaya dəvət edərdim. Oxucularınızın nəzərinə çatdırım ki, hər cür qərəzli mövqeni pisləyirəm. İstər səsvermədə, istərsə də başqa mövqedə. Əgər kiminsə haqqını müdafiə etmək qəbahətli iş imişsə, onda çalışaram daha etməyim. Ən azından mənfi aura yaratmamaq xətrinə.


Bayaq profilimə 2 nəfər "-" verdi, reytinqim 17-dən 13-ə düşdü. Məni bunun nə səbəbi, nə də kimin verdiyi maraqlandırmır. Çünki o mənfi səs nə mənim həyatımı zəhərləyir, nə də başqa mənfi bir fəsad törədir. Mən buraya maraqlı postlar oxumağa, yeni məlumatlar öyrənməyə, fikirlərimi bölüşməyə gəlirəm. Həmçinin, realda tanımadığım, amma buradakı yazıları ilə, fikirləri ilə ürəyimə yatmış şəxslərin yazılarını, fikirlərini oxumağa gəlirəm. Mənfi səs mənim buradakı reytinqimdən başqa heç nəyimə təsir etmir. Burada əgər mənim reytinqimə görə mənə qiymət verən tapılacaqsa, administrasiyadan xahiş edirəm mənim reytinqimi sıfırlasın. Buraya reytinq toplamağa və bu reytinqimin nəticəsinə görə özümü tanımağa gəlməmişəm. Bu saytda ürəyimə yatmış şəxslər reytinqləri ilə deyil fikirləri ilə, yazıları ilə ürəyimə yatıblar. Dünən gecədən qərara aldım ki, kim üçünsə "-" vacibdirsə, onlara "-" verməyəcəm. Administrasiya qınaya bilər məni bu qərarıma görə, amma kiminsə xoşuna gəlməyəcək bir şeyi etməyi sevmirəm.

cahandar
Siz məni düzgün anlamamışsiniz.Ayxansevda və tenqo fikirləinizlə tamamilə razıyam və bütün şərhlərimə nəzər salsanız mən də sizlər kimi minus davası ya reytinq söhbəti edənləri qınamışam.Bəli bütün yazdıqlarınıza qatılıram.Bu vaxta kimi tenqo,məndə də o qədər olub ki,bir gecəyə 100 reytinqim 30za düşüb o heç vecimə də olmayıb düşünmüşəm hansısa səhvə görə yəgin rəhbərlik məni salıb.Lakin siz də məni düzgün anlayın bu bölümdə rezus faktorundan söhbət gedir və yazdığım şərh tamamilə doğrudur.Kitablardan axtarıb sübut da tapa bilərsiniz.Mən ona görə qıcıqlandım ki mənim şərhimə minus verilib və mən o şərhdə Rezus faktoru ilə bağlı bilgi vermişəm.bilməyənlər faydalansın.Bəs o minusu görən necə faydalanacaq?Fikirləşəcək mən səhv yazmışam bilən kimsə minus verib.Axı öz aramızdır bu da düzgün deyil.Əgər səhvlik var idisə o şəxsdən incimirəm.Deyərdi,cahandar,səhvsiniz rezus faktoru barədə bilgilərinizi artırın.Heç vaxt inciməzdim.Yoxsa mən gəlirəm görürəm ki,indiyə kimi yazdıqlarım bir çox topik və şərhlərimə ardbaard minus verilib.Axı bəziləri demişkən adamın çəkdiyi əziyyətə heyifi gəlir.O baxımdan yox ki saytda əziyyət çəkirik xeyir,bu özümüz üçündür,bilməyənlərə bilgi ver,həvəslə yazı yaz kimsə səni bəyənmir,ardbaard minuslayır reytinq yox,faydalanan insanları çaşdırma adama təsir edir.Ümidvaram ki,fikrimi aydınlada bildim.Təşəkkür edirəm.
cahandar
Çox üzr istəyirəm profilinizə baxmamışdım
Xrizoberil
eybi yox olan işdir.
cahandar
olan işdir amma mən necə öyrəşəcəm sizin xanım olmanıza?həmişə yazılarınızı topiklərinizi oxuduqda kişi zənn edirdim həmişə də şərhləriniz topiklərinizə + vermişəm fikirlərimiz üst üstə düşüb
Xrizoberil
başa düşmədim, ancaq kişi olduğumu zənn etdiyiniz üçün "+" verirdiniz?! ))))))) Əlbəttə ki, bu bir zarafatdır, ciddi qəbul etməyin. hər halda hərdən profilə baxmaq da gərəklidir ;)
icome2009
qadın mənfi həyat yoldaşı müsbət rezuslu olanda uşağın atadan müsbət rezusu götürmək ehtimalı böyükdü,amma olmaya da bilər.başa sala bildim?
Xrizoberil
cahandar bir dəki mən tam əksini eşitmişəm… siz isə tam əksini qeyd etdiniz… indi belə şeylərə fikir verən yoxdur. Allah övlad nəsib edəcəksə elə hər halda da bəxş edir. normal nigahlar var ki, heç övladları yoxdur. belə şeyləri bilmək yaxşıdır, amma dərininə getmək lazım deyil məncə. «Qismət»-deyilən bir şey var ;)
cahandar
Nəyin tam əksini eşitmisiniz?mən sizi oğlan bilib yazdığımı indi tərsinə oxuyun rezus amilin mənfi olmasının kişilərə heç bir təhlükəsi yoxdur qadınlar da çox ciddi şəkildə müəyyən qaydalara fikir verməlidirlər.topikdə də mən dediyim kimi yazılıb sadəcə mən sizə aydın olsun deyə açıqlama verdim daha izzahlı şəkildə qaldı qismətə əlbət ki bu belədir unutnayaq ki Allah hər kəsə hər şeyin yalnız ən xeyirlisini nəsib edir
Xrizoberil
yox o qismini demirəm, "-" "-" ilə, "+" "+" ilə ailə qurması qismini deyirdim. çunki "-" "-" ilə ailə quranda normal uşaq dünyaya gəlmir deyə bilirdim.
cahandar
cahandar
cahandar
Bu şəkillərə diqqətlə baxsanız sizə hər şey aydın olar və sualınız olsa aydın olmasa deyin başa salım bilməmək eyib deyil öyənməmək eyibdir.Şəkildən də görünür ki eşitdikləriniz səhvdir əgər ++ lə evlənsə mümkündürsə əlbət ki — - ilə evlənə bilər eyni rezus faktorlardır niyə də yox?
Xrizoberil
mən demirəm bunu. elə bizim həkimlərimiz belə deyirlər. mən də bilirəm ki, olar. amma adətən həmin rezuslu insanların münasibətdən olan uşaqlarda qüsür olur- bunu mən neçə hekimdən eşitmişəm. hər halda bugun vaxtım yoxdur, başqa vaxt ətraflı məlumat topıayaram bu haqda.
cahandar
Bizim hamısına aid olmasa da çox «həkim»lərimiz var ki baş ağrı dərmanı əvəzinə valerianka yazırlar
icome2009
deyəsən,siz də həkimsiz,sadəcə bir şeyi qeyd etdim yuxarıda -+ -+ olan şəxslər də var.belə halda ola bilir ++ ya da +- uşaq.
bahar
Mən ailə tanıyıram ki, hər iki valideyn — rezusludurlar və 5 uşaqları da həmçinin
icome2009
bu ele də qeyri adi bir şey deyil ki))
Xrizoberil
bu aydındır digəri…
Xrizoberil
ok indi gördüm digər şəkilləri də. təşəkkürlər.
icome2009

baxın siz deyən o vaxt ola bilər ki,həm kişi,həm də qadın -+ -+ rezuslu olub.loru dildə desəm,mənfi gizlənib.bu izdivacdan 50% halda + rezuslu uşaq dünyaya gələ bilər.

bahar
Sizinlə tamamilə razıyam-qismət məsələsində.
cahandar
Bahar xanım şəkillərə diqqətlə baxsanız sözünüz sizə aydın olar əlbət ki hər iki valideyin — rezuslu olsa uşaq mütləq — rezuslu doğulur əgər valideyinlərin hər ikisi + rezusludurlarsa uşaq müsbət doğulmalı olsa da istisnalar olur uşaq gendə kimdəsə — qan varsa əsas da ata tərəf uşaq da mənfi olduğu hal olub
icome2009
sizinlə razı deyiləm.cahandar adlı istifadəçi düz yazıb.sadəcə bir şeyi deyim ki,ola bilər ki,kişinin rezusu dominant müsbət deyil,məsələn,+- kimidi qadında  isə — və ya -+ bu zaman dünyaya gələn uşaq mənfi rezuslu da ola bilər.bu zaman sağlam ola bilər uşaq
bahar

bu yaxınlarda qan qrupu məsələsi ilə bağlı. çox ciddi bir qalmaqalın şahidi oldum. Əsgərliyə getməyə hazırlaşan gənc qan qrupunun III+ olduğunu öyrənir,atası və bacısı isə IV qan qrupunda olurlar, Və bu oğlan heç düşünmədən düşür valideynlərinin üstünə ki, siz məni övladlıq götürmüsünüz.


Bu məsələ təxminən bir ay uzandı.(oğlanın bu qədər şübhələnməsinin əsas səbəbi isə,analarının onları bir neçə ildən sonra dünyaya gətirməsi idi). Nəhayət ki,sonda ona kimsə başa saldı ki,valideynlə(ata ilə) eyni qan qrupunda olmaq şərt deyil

Xrizoberil
aha elədir...  müxtəlif qan qrupları ola bilər uşaqlarda.
ira
menim anam  menfi rezus  qana  malik idi atam ise  musbet  men  yegane  ovlad  olaraq  dunyaya  geldim  qanimda  +  rezus   normal bir  uwagam  ))  her  weye  qalib  gelib  gelmiwem bu dunyaya)))))