Ən geniş yayılmış 10 tibbi mif

1. Gündəlik 8 stəkan su içmək lazımdır
 Əslində ehtiyacınız olduğu qədər su için. Orqanizmə lazım olan maye miqdarını özü də tənzimləyə bilir. Sizə lazım olduğu qədər su içirdir orqanizm. Lakin çox isti havada, sidiyinizin rəngi tünd sarı olanda maye tükətimini artırın.

2. Yumurta yemək ürəyiniz üçün ziyandır
 Əslində gün ərzində 1 və ya 2 yumurta yemək olar, düzdür yumurta sarısında xolesterol var, amma az miqdardadır. Yumurta sarısının içində omeqa-3 yağ turşuları da var ki, onlar ürək üçün xeyirlidir.

3. Antiperspirantlar (tər əleyhinə vasitələr) süd vəzisi xərçəngi yaradır
 Əslində aşırı tərləmək yaxşı deyil. Antiperspirantlar da kimyəvi tərkibli maddələrdir və qismən də olsa dəriyə keçir.Amma antiperspirantların süd vəzisi xərçəngi yaratması haqqında elmi sübutlar yoxdur. İsti havalarda səhər duş alıb, antiperspirant çəkirsinizsə, onda mütləq axşam evə gələndə də duş qəbul edib antiperspirantı yumaq lazımdır.
Davamı →

Buz içində 230 ölü dirilməyi gözləyir - "Crynonics"

Bütün dünyadan 230 cansız bədən içi maye azot dolu böyük metal silindirlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyib özlərini yenidən dirildəcəyi günü gözləyir. İnsanların bu cür dondurulmasına elmdə «Cryonics» deyilir. Kayzen.az saytı olaraq bu elmi prosesi sizlərə təqdim edirik.

Mənası insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulmaq olan cryonics termini ilk olaraq 1965-ci ildə istifadə edildi. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə yazdığı bir romanda insanların dondurulmasından söz edirdi. Məşhur fizik Robert CW Ettinger də 1964-cü ildə yayımlanan "Ölümsüzlük Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılmaq üzrə dondurulması fikrinin ağla batan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq James Bedforddı.

James 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, nano texnologiyanın və tibbin çox irəlilədiyi, hər xəstəliyə çarə tapıla, tək bir hüceyrədən belə bir insanın yenidən yaradıla bildiyi bir dövrdə oyandırılmaq üzrə dondurulmaq ticarətdən başqa bir şey deyildir. Ancaq aparılan bir təcrübə heç də elə demir. Dr. Paul Segalin 1992-ci ildə «Amerika Cryonics Society»nin sponsorluğunda Kaliforniya Universitetinde apardığı məşhur təcrübədən söz edirik. Dr. Segal beagle cinsi sevimli iti Miles'ı dondurub yenidən diriltməyi bacarmışdır və bu təcrübə cryonicsist elm insanları üçün o gündən bəri böyük bir sübut sayılır. Miles qanı çəkildikdən sonra doldurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq temperaturuna geri qaytarılmışdır. Üç yarım yaşındakı it həyata geri döndüyündə bütün xarakteristik xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyəti dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına sübut olaraq göstərilir.


Ardı →

Elektron Siqaret Sağlamlığa Ziyandırmı?

Hisar Intercontinental Hospital Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Serhat Fındıkın siqaret bağımlılığı və elektron siqaret haqqında müsahibəsini kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Ağciyər xərçənginin bir nömrəli səbəbi olan siqareti əvəz edən və son zamanlarda siqaret alüdəçiləri  üçün yeni bir alternativ olaraq ortaya çıxan elektron siqaretlə bağılı Prof. Dr. Serhat Fındık bildirir ki, elektron siqaretin içində normal siqaretdən fərqli olaraq 3 mindən çox kimyəvi maddə mövcud deyil. Elektron siqaretin tərkibində yalnız maye nikotin var. Hər biri tək başına xərçəng əmələ gətirə biləcək bu qədər çox kimyəvi maddə arasında bəlkə də ən az zərərlisi nikotindir.

Bilinənin əksinə olaraq nikotin siqaretin ən zərərli maddəsi deyil, amma asılılıq yaradan maddəsidir. Yəni bir başqa sözlə, siqaret çəkilməsinin əsas səbəbi tərkibində olan nikotin maddəsidir. Elektron siqaret üçün təyin olunan maye nikotinin dəyərləri vardır. Bu dəyərlərin üzərində maye nikotin ehtiva edən siqaretlər bədəndəki tarazlığı pozur, təzyiqi yüksəldir, ağciyər xərçəngi, ürək damar xəstəlikləri riskini artırır.

Təxminən 20 il əvvələ qədər filtrli, mentollu ya da «light» siqaretlər çıxmadan əvvəlki dövrdə ağciyər xərçənginin dünya üzərində ən sıx görülən növü yastı hüceyrəli («epidermoid») xərçəngi idi. Bu xərçəng xəstəliyi tipi tez diaqnostika edildiyində müalicəyə daha yaxşı cavab verirdi.


Ardı →

Məşhur cərrah - Leonid Roqozov

RoqozovLeonid İvanoviç Roqozov  14 mart 1934-cü ildə SSRİ-nin Çita oblastında anadan olmuşdur. 1960-1961-ci illərdə təşkil edilən altıncı Sovet Antarktik ekspedisiyasında həkim olaraq vəzifə alan Roqozov vəzifə əsnasında özündən başqa bir həkimin olmaması səbəbiylə, öz özünü appendisit əməliyyatı etməsiylə məşhurlaşmışdır.

29 aprel 1961-ci ildə Novolazarevskaya Stansiyasında vəzifə alan tək həkim olan Leonid Roqozov özündə zəiflik və qabırğalarla qarın ətrafında olan nahiyədə ağrılar ilə yanaşı, bədən temperaturunun artmasını hiss etməyə başladı. Yaxınlıqda başqa həkimin olmaması şəraitində Roqozov özünə kəskin appendisit diaqnozunu təyin etdi və heç kimin stansiyadan gəlməyə imkanı olmadığını nəzərə alaraq özü üzərində appendiksin çıxarılması üzrə əməliyyatı keçirməyə qərar verdi. İki nəfər Roqozova alətləri ötürmək və güzgünü qarın nahiyəsi qarşısında tutmaqla assistentlik edirdi. 1 saat 45 dəqiqə ərzində Roqozov bütün lazımi tədbirləri görərək əməliyyatı uğurla başa çatdıra bilmişdi.


Ardı →

B₁₂ vitamini (kobalamin) defisitli və fol turşusu defisitli anemiya

Buna pernisioz anemiya (yunanca: pernisious – “ağır, bəd xassəli gediş”) və ya bəd xassəli anemiya, və yaxud da Addison-Birmer anemiyası da deyilir.B₁₂ vitamini və fol turşusu eritrositlərin əmələ gəlməsi və differensiasiyası prosesində iştirak edən mühüm amillərdən biridirlər. Onların çatışmazlığı zamanı sümük iliyində eritrositlərin yaranması prosesi pozulmuş olur.

 Qida maddələri ilə orqanizmə daxil olan B₁₂-vitamini (Kaslın xarici amili) mədədə parietal hüceyrələr tərəfindən sintez olunan qastromukoprotein maddəsi (Kaslın daxili amili) ilə birləşir, zülal-vitamin kompleksi əmələ gətirir və yalnız bundan sonra mədənin və nazik bağırsaqların selikli qişalarından sorula bilir. Qana keçmiş B₁₂-vitamini qara ciyərdə fol turşusunu aktivləşdirir. Aktivləşmiş fol turşusu isə (tetra

Hidrofol turşusu) sümük iliyində normal eritropoez prosesinin tənzimlənməsində iştirak edir, eritroblastların proliferasiyasında və eritrositlərə qədər diferensiasiyasında mühüm rol oynayır. Ona görə də B₁₂-vitamininin çatışmazlığı həm də fol turşusu çatışmazlığına gətirib çıxarır. Digər tərəfdən B₁₂-vitamininin defisiti olmasa da, sərbəst şəkildə fol turşusu çatışmazlığı baş verə bilər və bu da son nəticədə eyni mənşəli anemiyanın inkişafına səbəb olur. B₁₂-vitamini çatışmazlığı və ya fol turşusu çatışmazlığı zamanı meqaloblastik hiperxrom tipli anemiya inkişaf edir.


Ardı →

Damaq badamcıqları və onların immun sistemdə rolu.

Badamcıqlar limfoid toxumanın toplantısıdır.Onlar burun-udlaq və ağız boşluğu sahəsində yerləşirvə burada limfoid həlqəni əmələ gətirirlər.Bu limfoid həlqə yalnız məməlilərdə rast gəlinir.İnsanlarda limfoid həlqə 8 aylığa qədər yaranır.Badamcıqlar qoruyucu və qanyaradıcı funksiyanı yerinə yetirir.Həmçinin immunitetin yaranmasında da iştirak edirlər.Badamcıqlar immun sistemmdə yad hissəciklərlə ilkin olaraq qarşılaşan üzvdür. 
Ardı →

Dendrit hüceyrələr

Dendrit hüceyrələr termini elmə ilk dəfə 1973-cü ildə Ralf Ştayman tərəfindən daxil edilmişdir.

     Morfoloji dendritu hüceyrələri-iri hüceyrələrdir (15-20 mkm),oval,dairəvi və ya poliqonal ,ekssentrik nüvəyə malikdirlər.Onların memebranında çoxlu sayda törəmələr aşkar edilmişdir.

     Dendrit hüceyrələr əsasən bu antigenlərin təqdim edilməsində iştirak edir:

1)mikroorqanizmlərin hüceyrə divarı komponentlərini və nuklein turşu qalıqlarını.

2)hüceyrəarası adheziya molekullarını.

3)sümük iliyini stimuləedici molekulları.(CD40,CD86,CD80)

4)2-ci sinif histouyğunluq kompleksi molekullarını.


Ardı →

α adrenoreseptorları blokada edən maddələr.

Bu qrup maddələr eyni vaxtda həm а1vəa2adrenoreseptorları blokada edən və yalnız a1 adrenoreseptorları blokada edən maddalər yarımqrupuna bölünür.

Birinci yarım qrupa fenlolamin (qeyri-seçici), tropafen, pirroksan və çovdar mahmızından dihidrəolunmuş alkaloidlərdən dihidroerqotamin və erqotoksin aid edilir.İkinci yarımqrupa (seçici) prazozin və sermion aid edilir.

   FENTOLAMiN — (Phentolaminum) – və ya reqitin, dibazin, kimyəvi quruluşuna görə imidazolun törəməsi hesab edilir. Fentolamin tablet halında 0,025 q. dozalarda daxilə qəbul edilmək məqsədi ilə istifadəyə buraxılır. Onun həm postsinaptik, həm də pre­sinaptik təsiri altında bədəndə olan periferik postqanqlionar simpatik adrenergik liflarin a1 və a2 adrenoreseptorlari qisa müddətdə (15 dəqiqə) blokada olunur.Həmin fonda adrenalinin pressor təsiri təhrif olunur.Çünki a-reseptorlar blokadada olur. β2 sərbəst olduğundan skelet və s. qan damarları genəlir.Odur ki, qan təzyiqi düşür.


Ardı →

XOLiNERGiK SiNAPSLARA TƏSİR GÖSTƏRƏN MADDƏLƏR

Xolinergik sinapslar mərkəzi sinir sistemində, periferik qanqlionlarda, xolinergik sinirlərin  postqanqlionar liflərinin sonluqlarında və s. yerləşir. Sinapslar impulsların işcil orqanlara verilməsi və ya onların inhibə olunması prosesində iştirak edən fəal funksional törəmələrdir. Onların quruluşu tam aydinlaşdırılmamışdır. Sinaptik kontakt (impulsun sinirdan sinira və yasinirdən işcil orqana ötürülməsini təmin edən törəmə) presinaptik membrandan, postsinaptik membrandan və onları  biri-biri ilə alaqaləndirən sinaptik boşluqdan ibarət olduğu məlumdur.
Ardı →

Qırmızı qurd eşənəyi

     Qırmızı qurd eşənəyi (Lypus erythematodes) xronik xəstəlikdir.Vaxtaşırı kəskinləşir.Xəstəlik orqanizmin autoimmunizasiyası fonunda birləşdirici toxumanın sistem dezorqanizasiyası,dərinin,damarların,daxili orqanların zədələnmələri ilə xarakterizə olunur.Buna başqa adla Libman-Saks xəstəliyi də deyilir.İkinci qrup autoimmun xəstəliklərə aiddir.Çox əksər hallarda cavan yaşlı (təxminən 18-25) qadınlar arasında rast gəlinir.


Ardı →