Рейтинг
+21.39

İmmun sistemi

34 üzv, 47 topik

Alkoqol DNT zədələnməsinə səbəb olur

Alkoqol istifadəsi ilə DNT zədələnməsi və xərçəng riskinin artması arasında bağlantı ola biləcəyini göstərən bir çox araşdırmalar vardır. İngiltərə elm adamları bu əlaqənin səbəbinin nə ola biləcəyinə dair yeni bir açıqlama verdilər.

Siçovullar üzerində aparılan tədqiqatda, alimlər alkoqolun qan istehsal edən kök hüceyrələrdəki DNT-yə zərər verdiyini müəyyən etdilər. Bu zədələnməyə səbəb olan şey isə alkoqol metabolizasiya etmə prosesində bir əlavə məhsul olan və asetaldehit adlanan kimyəvi bir birləşmədir.
Davamı →

Payızda immuniteti artıran qidalar

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik.

Təzə qoz
Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.
Davamı →

İmmun sisteminə zərər vuran amillər

Sağlamlığın vacib şərtlərindən biri immun sisteminin qaydasında olmasıdır. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?

1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
Davamı →

PP vitamini çatışmazlığı

PP (nikotin turşusu) vitamini çatışmazlığı oqranizmdə bəzi patoloji əlamətlərin meydana çıxmasına səbəb olur. Bu vitaminin çatışmazlığı aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir:
– pellaqra
– sinir sistemi xəstəlikləri
– bağırsaq xəstəlikləri
– dəri xəstəlikləri.

Pellaqra xəstəliyinə ən çox Orta Aiya və Afrika ölkələrində yaşayan insanlar arasında yayılmışdır. Mütəxəssislər bunun səbəbini onların qidalanması ilə əlaqələndirirlər. Pellaqranın ağırlıq dərəcəsinə görə 3 dərəcəsi ayırd edilir:
– yüngül
– orta
– ağır.

Yüngül dərəcə özünü dəri xəstəliləri, bəzi hallarda isə ishalla, zəif astenik əlamətlərlə özünü göstərir.
Ağır dərəcəli pellaqra kaxeksiya, psixozlar, dərinin geniş spektli xəstəlikləri ilə müşayiət olunur.
Davamı →

Şəkər immun sistemini zəiflədir

Şəkəri «ağ ölüm» adlandırırlar. Bu sözlərdə həqiqət var. Şəkərin çoxlu miqdarda qəbulu müxtəlif pozulmalara yol açır — piylənməyə, diş və damaq problemlərinə səbəb olur, bəzi mineralların mənimsənilməsini pozur, maddələr mübadiləsi proseslərinə mənfi təsir edir, allergiyanın inkişafına təkan verə bilər və s.

Şəkərin digər mənfi xüsusiyyəti ondan ibarətdir ki, şəkər immun sistemini zəiflədir. Müxtəlif ölkələrdə aparılar eksperimentlər göstərir ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neşə saat sonra immun sisteminin səviyyəsi aşağı olur.
Davamı →

Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir

Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.

Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.

Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.

Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.


Ardı →

Stafilokok enterotoksini

Orqanizmə daxil olduqda immun sistemi tərəfindən spesifik əkscisimlərin və sensibilizə olunmuş limfositlərin əmələ gəlməsinə səbəb olan,onlarla immun reaksiya yaradan genetik yad maddələr natigen (AG) adlanır.
Antigenlər aşağıdakı xüsusiyyətlərə malikdir:
  • yadlıq
  • spesifiklik
  • antigenlik
  • immunogenlik
  • tolerogenlik
  • allergenlik

Davamı →

İnterleykinlər və onların rolu

İnterleykinlər sitokinlərin bir növü olub  ,əsasən leykositlər tərəfindən sintez olunur.Məhz bu səbəbdən onların adlarının sonu leykin sonluğu ilə bitir.Bundan başqa interleykinlər həmçinin mononuklear faqositlər və digər hüceyrələr tərəfindən də sintez olunur.İnterleykinlər immun sistemə daxildir.

İnterleykin 1(İL-1) .Əsasən aktivləşmiş makrofaqlar,keratinositlər,fibroblastlar tərəfindən sintez edilir.İL-1 o,temperaturun yüksəlməsində,leykositlərin aktivliyinin tənzim olunmasında,sümük iliyi hüceyrələrinin çoxalmasında iştirak edir.Onun təsir etdiyi hüceyrələr T-helper,T-amplifayer və effektor makrofaqlardır.İL-1 hepatositləri aktivləşdirərək,qanda kəskin faza zülallarının konsentrasiyasını yüksəldir,faqositozu gücləndirir,zədələnmiş sahələrin qan təchizatını bərpa edir.İL-1-in 2 növü məlumdur:α və β.Bundan başqa İnterleykin 1 qrupuna həmçinin interleykin 18,33,interleykin 1 reseptorunun antoqonisti də daxildir.
Davamı →

Immunitet və onun növləri

Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər  orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və irin əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Meçnikov tərərfindən iki növ faqositar hüceyrə aşkar olunmuşdur:toxumada rast gəlinən faqositlər və periferik qanda olan faqositlər.Toxuma faqositlərinə monosit və makrofaqlar aiddir.Qanda olan faqositlərin makrofaq və mikrofaq növləri mövcuddur.
Davamı →

Öldürən allergiya

Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.

Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır.
Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz) nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir. Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen maddələri çox müxtəlifdir. 

 Allergiya necə meydana gəlir? 

Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.


Ardı →