Рейтинг
+15.36

infeksion xəstəliklər

29 üzv, 72 topik

Qrip xəstəliyinə yoluxduqda

“Bilmirsən payızdır, yoxsa yay, hava gah isti olur, gah soyuq. Qalın geyinirsən istidən “bişirsən“, nazik geyinirsən xəstələnirsən“. İndi bu ifadələr çoxumuzun dilindən tez-tez eşidilir. Həqiqətən də belədir, necə deyərlər, havanın “damarını tutmaq“ olmur, evdən çıxanda bilmirsən hansı geyimə qərar verəsən. Ancaq hər halda yenə də tədbirli olmaq lazımdır, nazik geyinsək də, əlavə geyimləri özümüzlə götürməliyik ki, iqlim sərtləşəndə peşman olmayaq. Çünki xəstələnmələr, soyuqdəymələr daha çox indiki vaxtlarda, payızdan qışa keçid zamanı müşahidə olunur. Bu dövrün əsas xəstəlikləri isə qrip, zökəm, nəfəs yolları infeksiyalarıdır.
Zökəm asqıraq və öskürək nəticəsində havaya yayılan müxtəlif virusların nəfəs borusuna yoluxması nəticəsində meydana gəlir. Bu xəstəliyin əsas əlamətləri aşağıdakılardır:


Ardı →

Boğaz əti

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.
Ardı →

Angina

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına angina deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.


Ardı →

Abses

Abses bədənin istənilən yerində əmələ gələ bilən və iltihablaşmış toxuma ilə əhatə olunan irin toplantısıdır.Absesin əmələ gəlməsinin əsas səbəbi toxumanın infeksiyalaşması və bədənin immun sisteminin onunla mübarizəsidir. Ağ qan hüceyrələri damar divarından keçərək infeksiya yerinə hərəkət edir və zədələnmiş toxumada olan bakteriya və yad cisimləri məhv etməyə çalışır. Bu proses nəticəsində irin formalaşır. İrinin formalaşması ilə yanaşı onun ətrafında irinin qonşu toxumalara yayılmasının qarşısı alınsın.


Ardı →

Qızdırma

Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir. ızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir.
Ardı →

Bağırsaq infeksiyaları

Dizenteriya. Dizenteriyanın inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.
Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.
Dizenteriyanın qızğın dövrü 1 — 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptomlarının sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir.


Ardı →

Hepatit C

Hepatit C geniş yayılmış bir xəstəlikdir və Hepatit C virusu (HCV) tərəfindən törədilir. ABŞ əhalisinin ~1,8%-ində (~4 milyon insan) HCV ilə yoluxma qeyd olunur və hər il ~30000 insan daşıyıcıya çevrilir və 8-10 min insan bu xəstəliyin ağırlaşmalarından həyatını dəyişir. Rəsmi statiskaya görə bu gün dünyada 170 milyon insan HCV-yə yoluxmuşdur. HCV bu günə qədər tapılmış altı hepatit viruslarından (A,B,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhükəlisi hesab edilir.


Ardı →

Hepatit B

Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Bir çox insanlarda HBV infeksiyası xroniki hal alır və tədricən qaraciyərdə çapıqlaşma (sirroz) və ya qaraciyər xərçənginə gətirib çıxarır. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olama nəticəsində HBV ilə yoluxma mümkündür. Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq tam sağalma mümkündür. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur.


Ardı →

Hepatit A

Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksinal vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.


Ardı →

Aseptika və antiseptika

Tibdə çoxdan məlumdur ki, irinli iltihab prosesləri xəstəni əhatə edən əşyalardan, havadan, yara ilə təmasda olan ləvazimatlardan və başqa mənbələrdən həmin nahiyəyə düşmüş bakteriyaların fəaliyyəti sayəsində törənir. Elmə məlumdur ki, irinləməni əmələ gətirən irintörədici mikroorqanizmlərdir. Belə bakteriyalara stafilokoklar, streptokoklar, pnevmokoklar, qonokokklar, bağırsaq çöpü, qarın yatalağı çöpü, göy irin çöpləri və s. aiddir.
Orqanizm mikroblarla ekzogen (xarici mühitdən) və ya endogen (daxildən) yolla yoluxa bilər.
Davamı →