Рейтинг
+15.36

infeksion xəstəliklər

29 üzv, 72 topik

Vəba xəstəliyi

Vəba — ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi — vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi).
Əl-Tor vəbasının xüsusiyyəti keçirilmiş xəstəlikdən sonra uzun müddət vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin təsirinə çox davamlı olmasıdır. Vibrion ət, balıq məhsullarında və tərəvəzdə otaq temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin suyu ilə yayılır. Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan salamat çıxa bilir.
Vibrionların turşularla son dərəcə həssas olmasının xüsusi əhəmiyyəti vardır, içməli suyu zərərsizləşdirəndə bundan istifadə edilir.


Davamı →

Tetanus

Tetanus — kəskin infeksion xəstəlikdir. Törədicisi — sinir sisteminə çox güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış) tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Tetanusun klinik mənzərəsi: ümumi intoksikasiya, ağzı açmağı və çeynəməni çətinləşdirən çeynəmə əzələlərinin (trizm) və mimiki əzələlərin qıcolmaları (xəstənin üzündə qəribə sardonik gülüş olur), arxa gövdə əzələlərinin tonik yığılmaları və bunun nəticəsində opistotonus və lordoz əmələ gəlməsi; şiddətli qıcolmalarda xəstə ənsəsini və dabanlarını yatağa dirəyib qıvrılıb qalır, hər cür xarici qıcıq güclü klonik qıcolmalar törədə bilər. Asfiksiyaya (boğulmaya) səbəb olan ağciyər, ürək çatışmamazlığı da döş və qabırğaarası, səs yarığındakı əzələlərin və diafraqmanın qıc olmaları ilə əlaqədardır.


Ardı →