Oxumuram, əl çəkin!

Uşağın məktəbdəki uğuru və uğursuzluğuna heç kim etinasız yanaşmır.  Nəyə  görə bəzi uşaqlar asant və həvəslə oxuyur, digərləri çətin öyrənsədə çalışır, üçüncü tip isə  yaxşı qabiliyyəti var amma oxumaq istəmir, bütün bunlar uşağı məktəbə gedən hər bir valideyini düşündürür.  Ümumilikdə isə məktəbdə uğur əldə etməyən uşaqları 2 qrupa bölmək olar. Biri bacarmır, digəri isə oxumaq istəmir. Bu uşaqlarla işləmək üçün müxtəlif yanaşma və müxtəlif metoddan istifadə etmək lazımdır. Oxumaq istəyən lakin müəyyən səbəblərdən oxuya bilməyən uşaqlarla işləmək nisbətən asandır bununla bağlı mütəxəssislərin təcrübəsi  də var. Bəs oxumaq istəməyən uşaqlarla nə etməli? Bunun üçün valideyinlər müxtəlif metodlar düşünə bilər, onlardan bəziləri ilə sizi tanış edək.
Qədim öyrətmə üsulana görə oxumaq bayram, hədiyyə hesab olunurdu. Uşağa yalnız özünü yaxşı aparanda kitab oxumaq imkanı verilirdi. Özünü pis aparanda ona kitab oxumaq qadağan edilirdi.
Kasiliya metodu. təhsilOxumağı baçaran amma oxumaq istəməyən kiçik məktəblini  maraqlandırmaq üçün  valideyin bir hekayə  oxuyur və maraqlı yerində vaxtım yoxdur deyə kitabı atıb gedir. Uşaq məcbur olub arxasını özü oxumağa başlayır. Başqa bir metod uşaq yuxudan oyanır və yastığının altında sevimli nağıl qəhrəmanından məktub tapır, məktubda iki çümlə ilə qəhrəmanın  onunla dostluq etmək istəməsi və ona göndərdiyi hədiyyələrin yeri qeyd olunur. Uşaq hədiyyəni tapır. Səhərsi gün  bir qədər uzun mətinli məktub görür burda da nağıl qəhrəmanı onu nəyəsə dəvət edir. Tədricən məktublar böyüyür uşaq onu oxumağa çalışır beləcə onda həvəslə oxumaq assosiasiyası yaranır.
Savadsız ana metodu. Bu, anası savadsız olan xüsusi istedadlı bir uşağın tarıxçəsidir. Hansı ki, artıq öyrətmə metodu kimi istifadə olunur. Savadsız ana kartof təmizləyərək cüzi pul qazanırdı. Və oğlundan ona kömək etməsini xahiş edirdi. Mən kartof təmizləyəndə mənim üçün nə isə oxu , onda  əllərim yorulmur. Oğul çox həvəslə razılaşır beləliklə anası kartof təmizləməyə gedərkən oğul stulda oturub oxumağa başlayır. Beləcə uşaq hər dəfə soruşur, ana nə vaxt kortof təmizləməyə gedəcəksən  sənin əllərin ağrımasın deyə mən kitab oxuyaram. 5 ildən sonra onlar artıq böyük kitabxanalara üz tutdular və beləcə  savadsız ana xüsusi istedadlı övlad yetişdirdi.

Müəllif:   Psixologiya üzrə fəlsəfə doktoru  Ruhəngiz Mehmanqızı
 

7 şərh

məryam
Men oxumağı sevirem. Amma qoymur anam-atam hekaye oxuyum. Camaat oxumaqdan qaçır. Men hekaye alanda anmaın meni öldürmediyi qalır)
peqasus
qəşəng metodlardı sınamağa dəyər)))
Creative
Ruhengiz xanım, çox-çox təşəkkürlər. Yazını çox bəyəndim, çox gözəl metodlardı. İnsan psixologiyası nəzərə alınaraq tətbiq edilən metodlardı. İnsan əlində olmadığı bir şeyə daha çox həvəs və maraq göstərir, ikinci metod da «serial metodudu», yarıda qoyursan, yazıq uşağın da ürəyi partlayır ki görəsən axırı necə oldu. Bir də məncə bizim uşaqları oxumaqla yanaşı yazmağa da təşviq etməyə ciddi ehtiyac var. Azərbaycanda ciddi-ciddi səviyyəli yazarların qıtlığı hiss olunur. Bir millət olaraq da yazmaqdan çox danışmağa üstünlük veririk. Amma yazmaq daha çox əmək tələb edir və daha uzun müddətli təsirə malikdir. Bir dəfə yazırsan, min illər oxunur, və istifdadə edilir.
Uşaqların tərbiyə və təhsili haqqında savadlanmağa çox ehtiyacımız  var. Bu mövzuda yazılarınızın davamını gözləyirik.
Shabnam_Ilham
Maraqlı metodlardı. Məsələn uşağı həvəsdən salan digər məslələrdən biri də məktəbdə olan "əlaçı şagird" statusudur. Artıq istər istəməz biz özümüz bir növ təbəqələşmə( aşağı, yuxarı) yaradırıq. Məncə ümumilikdə məktəbdə əlaçı şagird deyə bir şey olmamalıdır. Çünki artıq uşaqda «o onsuzda əlaçıdır və həmişə 5 alacaq amma mən nə qədər oxusam da müəllim mənə aşağı qiymət yazacaq» deyə fikirlər yaranmağa başlayır. Şəxsən bir neçə uşaqda bunun şahidi olmuşam. Bunlar da uşağı oxumaqdan çəkindirən amillərdəndir deyə düşünürəm. Topik üçün təşəkkürlər.
məryam
men Quran dersinde ele düşünürem) Nefes kesilir deye, ge ve sehvsiz oxuyuram. Mene 4 yazır. Onlar sehv ve süretle oxuyurlar onlara 5 yazır. Axı süretle oxumaq menden aslı deyil.
Shabnam_Ilham
Səhv və sürətlə oxumaqdansa, asta və doğru oxumaq daha yaxşıdır. Məncə siz düz edirsiz. Çünki ən azından Qurana qiyməti müəllim yox Allah verir.
məryam
valideynde, Allahın verdiyine yox, müellimin verdiyine baxır)