investisiyaların sinifləndirilməsi (investment classification)

İnvestisiyanı müxtəlif cür sinifləndirmək olar. Sinifləndirmə aşağıdakı kimidir:

İNVESTİSİYA NÖVLƏRİ
1. Ümumi
2. Portfel tipli investisiya qoyuluşu
3. Tək və çox məqsədli
4. Sektorlara görə
5. İstehsal və qeyri-istehsal təyinatlı
6. Zamana görə
7. Asılı olduqları fəaliyyət sahələrinə görə
8. Xüsusiyyətlərinə görə

1. ÜMUMİ SİNİFLƏNDİRMƏ
a) Daxili investisiya; ölkə daxilindəki vətəndaşların hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərmələridir. Kapital isə tamamən bu şəxslərə aiddir.
b) Xarici investisiya; ölkəyə xarici vətəndaşlar tərəfindən gətirilən kapital və bunların vasitəsilə investisiya fəaliyyətinin həyata keçirilməsidir.
Bu tip kapital qoyuluşları, sadəcə sənaye və ya xidmət sektoruna aid olan investisiyalardır. Burada investisiya riski çox böyükdür.

2. PORTFEL TİPLİ İNVESTİSİYALAR
Kapital qoyuluşunun birdən çox istehsal və xidmət sektorlarına aid olduğu investisiyalara portfel tipli investisiyalar deyilir.
"Portfel" - qiymətli kağızlar ilə digər aktivlərin alınmasını təmsil edir. "Portfel" - əmanətçinin konkret investisiya məqsədinə nail olmaq üçün müxtəlif investisiya dəyərlərinin vahid toplusudur. "Portfel"ə birtipli qiymətli kağızlar (səhmlər) və ya müxtəlif investisiya dəyərləri (istiqraz kağızları, əmanət və depozit sertifikatları, girov şəhadətnamələri, sığorta vəsiqəsi və s.) daxil ola bilər."

3. İSTEHSAL VƏ QEYRİ-İSTEHSAL TƏYİNATLI SİNİFLƏNDİRMƏ
a- İstehsal təyinatlı (Real investisiya) - avadanlıq, bina, ərazi, sosial-mədəni fəaliyyətlər və s. misal göstərmək olar.
b- Qeyri - istehsal təyinatlı (Maliyyə investisiyası) - Spekulyasiya məqsədi və ya spekulyasiya məqsədi olmayan investisiyalara bölünürlər.
1 — Sabit təsisatlar üçün nəzərdə tutulan investisiya (Ərazi və bina, dəzgah və digər təchizatlar, köməkçi hissələr, nəqliyyat vasitələri və s.),
2 — Depolar: (Xammal, ehtiyat materiallar və hissələri, təmir işləri üçün hissələr və s.),
3 — Maddi olmayan investisiyalar: (İdarə və təşkilati xərclər, işçi personalın tədrisi, kəşflər və s.),
4 — Elmi-texniki tədqiqat işlərinə aid olan investisiyalar:
5 — Texniki məqsədli: (layihə xərcləri, yeniliklər və s.),
6 — Müştərək fəaliyyətlərə aid olan investisiyalar,
7 — Ticarət məqsədli investisiyalar.

4. ZAMANA GÖRƏ SİNİFLƏNDİRMƏ
Kapital qoyuluşu müəyyən zaman müddətini əhatə edir. İnvestisiyaların hansı zaman müddətində həyata keçəcəyi layihələndirmənin əsas məsələlərindən biri sayılır:
a) Qısa müddətli kapital qoyuluşu
b) Orta müddətli kapital qoyuluşu
c) Uzun müddətli kapital qoyuluşu

5. ASILI OLDUQLARI FƏALİYYƏT SAHƏLƏRİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ
İnvestisiya layihələri digər layihələrdən asılılıq vəziyyətinə görə də sinifləndirilir.
a) Asılı olan kapital qoyuluşu
b) Asılı olmayan kapital qoyuluşu
Asılı olmayan layihə, eyni tipli və ya müxtəlif tipli digər layihələrin hansı vəziyyətdə olmasından (mənfəəti, riski və s.) asılı olmayaraq qəbul edilir. Asılı olan layihənin müvəffəqiyyəti isə digər layihələrin vəziyyətindən asılı olur.


6. MƏNFƏƏT - XƏRC MÜDDƏTİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ
"F və V.Lutz kimi iqtisadçılar investisiyanı əldə edilən mənfəət ilə çəkilən xərclərin zamana görə sinifləndirilməsi kimi göstərmişlər." Çəkilən xərclər ilə mənfəət bir il və ya bir neçə ilə başa gələ bilər.

1. Nöqtə İnput — Nöqtə Output

İnvestisiya qoyuluşunda çəkilən xərclər sadəcə 1 ili (t0) əhatə edir. Satış ili (t1) əhatə edir.
Məsələn:


Xərc

Mənfəət

t0

t1

Bir məhsulun istehsalı üçün lazım olan kapital həcmi 400.000$ və 5 ilə nəzərdə tutulub.

2. Pilləli İnput — Nöqtə Output

İnvestisiya qoyuluşunda çəkilən xərclər bir neçə ili (t1) (t2) (t3) (t4) ... əhatə edir. Satış sonrası əldə edilən mənfəət isə 1 ili (t1) əhatə edir.

Xərc

Mənfəə0

t0 t1 t2 t3 t4

t1

Məsələn: Bir məhsulun istehsalı üçün lazım olan kapital 400.000$ və 5 ilə nəzərdə tutulub.

3. Nöqtə İnput — Pilləli Output

İnvestisiya qoyuluşunda çəkilən xərclər sadəcə 1 ili (t0) əhatə edir əldə edilən mənfəət isə bir neçə ili (t1) (t2) (t3) (t4) ... əhatə edir.

Xərc

Mənfəət

t0

t0 t1 t2 t3 t4


Məsələn, investisiya üçün nəzərdə tutulan 400.000$ bir ildə sərf edilir. Əldə ediləcək mənfəət isə bir neçə ili əhatə edir. Uzun müddətli investisiya aid olaraq sənaye sektorunda geniş istifadə edilir.

Mənbə İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi

Müəllif Ayhan Erdal, Yaşar Kərimov

 

0 şərh