"Amin" sözünün etimalogiyası

“Amin” sözünün etimologiyası qədim misir allah Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı sayılır.
Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dildə olan kitabda isə Amin yaradılışın başlanğıcı və hər şeyin şahidcisi kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmudda Amin sözü – “güvenilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.

Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun) “amana” sözündən formalaşıb, ibarni köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif lam mim” və “əlif lam ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Lokman, Secde); Əlif Lam Ra (Yunus, Hud, Yusuf, İbrahim, Hicr).
Gördüyünüz bu surələrdə Incildən-Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərifi – günəş mənasını verir. (Amen Ra – Günəş allahı)

Digər iki dində günəş simvollarına daha çox rast gəlinsə də, İslamda daha çox ay simvollarına rast gəlinir. Ərəblərin tarılarından biri sayılan və Məhəmməd peyğəmbərin də qəbul etdiyi Əl-İlah da (sonradan dəyişilərək Al-lah kimi deyilməsi) ay tanrısı sayılır. Bəlkə bu üzdən Məhəmməd peyğəmbər Quranda günəş tanrısı olan “amin”dən söhbət etmir, amma ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışır?

Həmçinin yəhudilik və xristianlıqda da “Amin” sözü eyni mənani daşıyır və dua zamanı çox istifade edilir. İslamda “Amin” sözünə Quranda rast gəlinmir. Amma Fatihə surəsindən sonra çox vaxt deyilir əsasən «cümə» namazlarında. İslamda “Amin” sözünə ancaq hədislərdə rast gəlinir. Və əsasən sünnilər “amin”dən çox istifadə edir. “Qoy belə olsun” mənasından deyilsə də, əsl mənası “tanrı, günahlarımızı bağışla” mənasini verir. Hansı tanrıya günahlarınızın bağışlanılmasını istədiyiniz isə hər halda yuxarıda ətraflı izah etdim.
Ümid edirəm bundan sonra “Amin” deyəndə bu sözün kökünün hara getdiyini və əslində hansı tanrıya sitayiş etdiyinizi biləcəksiniz.Yəni «Amin» sözünü istifadə etmək bidət deyil.

loading...

7 şərh

Medikamentoz
Bəlkə bu üzdən Məhəmməd peyğəmbər Quranda günəş tanrısı olan “amin”dən söhbət etmir, amma ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışır?---Nə yazıldığına heç fikir də verməmisən.

Birincisi mən bu yazını ilk olaraq dostum Asifin bloqunda oxumuşam,Sən modifikasiya etmisən,deyəsən.İkincisi də burda yazılanların bir çoxu elə mən dediklərimdir ki,var,yəni Amin sözü Amon Ra ilə bağlıdır və İslamda işlədilməsi sadəcə bidətdir,necə ki,bir çox müsəlmanlar aya baxanda salavat gətirirlər vəs.

Doğrusu belə yanaşacağını ümid etmirdim.Mən Səhih hədislərdən nümunələr gətirəcəyinə ümid etmişdim.Copy-paste üçün təşəkkürlər :) 
Old_Baku_
Əgər xatırlayırsansa mən bu barədə topik yazmışdım amma o topikdə söhbət dini kəlamlardan gedirdi «Amin» sözü ilə bağlı səhih buxari və digər hədis kitablarından statlar gətirmişdim.Lakin söhbət bir şeyin etimalogiyasından gedirsə copy-paste olması təbiidir.Araştırdım çoxlu saytlarda,qaynaqlardan bunu tapa bildim qeyd etdiyim kimi etimalogiya olduğu üçün copy-paste olması təbiidir mən belə fikirləşirəm.Səhih hədis kitablarındaki hədislərə arxalanaraq mən «amin» sözünün işlədilməsini bidət kimi görmürəm.Mən bunu belə qəbul edirəm hədislərə əsaslanaraq.Qərar sənindi.Doğrusunu ALLAH bilir.
Medikamentoz
Əziyyətin üçün təşəkkür,amma mənbə səhih olaraq tam qane etmədiyi üçün məni hələki Amin deməməkdə israrlıyam :) Deməməklə heç nə itirmirəm,zatən hər dua edəndən sonra deyirəm,Rəbbim bunu məndən qəbul eylə İnşaAllah bu mənə kifayət edir :)
_BUMERANQ_
Əsas olan odu ki, bu sözü işlədərkən hansı niyyətlə işlədirik.
Mən Amin sözünü dualarımın sonunda deyirəm. Amma bu sözü işlədərkən nə Amona, nə Raya, nə də başa bir varlığa ibadət etmiş olmuram.Bu sözü işlədərkən həmişə «Allahım, dualarımı qəbul et» sözü keçib ağlımdan.

Sözsüz ki, qəlbləri bilən Odur. ( həmçinin doğruları da)
Medikamentoz
Buna belə yanaşmaq lazım deyil,bu sanki bir bütün qarşısında durub:Allahım mənə kömək et--fikri ilə eynidir.
name
Quranda keçməyən, amma bir çox müsəlmanın dilindən düşməyən söz. Etimalogiyası maraqlı idi. Sağ olun!