Müaviyə b. Əbu Süfyanın Hakimiyyəti (661-680)

Hz. Həsənin xilafətdən çəkilməsilə İslam dünyası Müaviyənin xəlifəliyini qəbul etdi. Bununla da İslam tarixində məliklik dövrü başlamış oldu. Rəsulullah bir gün Müaviyə b. Əbu Süfyan ilə qarşılaşdıqda: “Məlik olduğun təqdirdə xalqa mülayim davran” buyurmuşdur. Sad b. Əbi Vakkas da bu hədisi-şərifə istinad edərək Müaviyəyə beyət etməyə gəldikdə ona məlik deyə xitab etmişdir.
Müaviyə b. Əbu Süfyan təşkilatçılığı və siyasəti yaxşı bilirdi. İnsanların qəlblərini qazanmağı bacarırdı. Tezlikə ölkədəki nizam-intizam bərpa etmişdir.

Qaynaqlardan öyrəndiyimizə görə Müaviyənin fəaliyyətləri içərisinə aşağıdakılar daxil edilir:

    1. Dövlət arxivini qurmuş.
    2. Poçt təşkilatı (əl-bərid) onun dövründə təsis edilmişdir.
    3. Konstantinapolu iki dəfə mühasirə etmişdir.
    4. Dəniz donanmasını yaratmışdır.
    5. Şərqdə bütün Xorasanın fəthini tamamlatmışdır (663-671).
    6. Buxaraya qədər olan əraziləri ələ keçirmişdir.

Müaviyə b. Əbu Süfyan bu zəfərlərini, özüylə bərabər islamın dörd böyük dühasından olaraq tanınan Amr b. As, Muğirə b. Şubə və Ziyad b. Əbihə borcludur.
Amr Misirdə, Muğirə b. Şubə Kufədə, Ziyad b. Əbih isə Bəsrədə təhlükəsizliyi təmin edərək fəth hərəkatlarına başçılıq etmişdirlər.
Ziyad b. Əbihin atasının kim olduğu məlum deyildir. Bu səbəbdən ona ibni Əbih (atasının oğlu) deyilirdi. Gözəl natiqlik qabiliyyəti vardı. Hz. Ömər dövründə bir fəth hərəkatmı bildirmək üçün Mədinədə o qədər gözəl çıxış etmişdi ki, oradakılar ona heyran qalmışdılar. Çıxışın sonunda Əbu Süfyan, Ziyadın atası olduğunu etiraf etmişdi.
Ziyad b. Əbih əvvəllər Hz. Əli və Hz. Həsənin tərəfində idi. Lakin xəlifə olan Müaviyə b. Əbu Süfyan ondan qorxduğu üçün, onu qardaş olaraq qəbul edəcəyini bildirərək, öz tərəfinə çəkdi. Xəlifəyə minnət duyğulan ilə bağlanan Ziyad, Bəsrədə Hz. Əli tərəfdarlarına təzyiq göstərdi. Muğirə b. Şubənin vəfatından sonra Kufə valisi təyin olunan Ziyad, Ərəbistan və İranın daxil olduğu İslam dövlətinin şərq qanadının ümumi valisi oldu. İdarə etdiyi geniş ərazidə yaxşı yetişdirilmiş dörd min cəsusla Hz. Əli tərəfdarlanm təqib edərək, Əməvilərin nüfuzunu qorumuşdur.
 
Müaviyə Dövründəki Hadisələr
Müaviyə b. Əbu Süfyan dövründəki hadisələr iki qismə aynlır. 1. Daxili hadisələr. 2. Xarici hadisələr.
 
Daxili Hadisələr
Müaviyənin ilk işi İslam aləmindəki daxili çəkişmələrin qarşısını alaraq, ölkədəki təhlükəsizliyi təmin etmək oldu. İdarə məsələlərində ay-nseçkilik etmədi. Əhəmiyyətli bölgələrə Əməvi nəsimdən olmayanları da təyin etdi. Misir valiliyinə Amr b. As, Kufə valiliyinə isə Muğirə b. Şubəni təyin etdi.
Müaviyə b. Əbu Süfyan dövründə şiələr nəzarətdə olduqları üçün onlardan bir səs çıxmadı. Xaricilər isə, fürsət düşdükcə üsyan etmiş, lakin Əməvilər bu üsyanları dərhal yatırmışlar. Abdullah b. Amr Bəsrə valisi olduğu əsnada belə bir üsyan baş vermiş, lakin üsyan tezliklə yatırılmışdır. Aman diləyən xariciləri də bağışlamışdır. Onun bu hərəkəti Şamda yaxşı qarşılanmamış və vəzifədən uzaqlaşdınlaraq, yerinə Haris

Abdullah əl-Əzdi təyin edilmişdir.
Kufədə də xarici üsyanı baş vermişdir. Hətta, üsyançıların rəisi Müstəvrid özünə “möminlərin əmiri” adını almışdır. Fəqət Kufə valisi Muğirə b. Şubə tərəfindən öldürtdürülmüşdür.
Xaricilər həmin tarixlərdə ən böyük zərbəni Ziyad b. Əbihdən almışlar. Abdullah b. Amnn bağışladığı xaricilər, yenə üsyan etdikdə, hicri 45-ci ildə Bəsrə valisi təyin edilmiş Ziyad, onları darmadağın edərək, rəislərini də öldürdü.
 
Yezidin Vəliəhdliyi Məsələsi
Muğirə b. Şubənin tövsiyəsi ilə Müaviyə, hicri 56-cı ildə oğlu Yezidi vəliəhd təyin etdi. Xalq Yezidə beyət etdi. Yezid isə düşüncəsiz, kef və əyləncə həvəskarı olduğuna görə, Bəsrə valisi Ziyad b. Əbih bu məsələdə tələsməməyi tövsiyə etmişdi.

Yezidin vəliəhdliyi xəbəri Mədinəyə çatdıqda Hz. Hüseyn başda olmaqla, Hz. Əbu Bəkr, Hz. Ömər və Zübeyrin övladları Yezidin vəliəhdliyini şiddətlə rədd etdilər. Lakin başqa şəhərlər, Yezidin vəliəhd-liyini qəbul etdilər. Şama gələn Bəsrə qrupunun başçısı Ahnəf b. Qeys iraqlıların fikrini belə açıqladı:

  •   “Doğru söylamak lazımdırsa biz səndən qorxuruq, yalan söyləyəsi olsaq isə Allahdan qorxarıq. Sən Əmirəl-mömininsən. Yezidi hər kəsdən yaxşı tanıyırsan. Əgər onu Allah və ümmət üçün xeyirli görürsənsə bizimlə danışma. Yoxsa sən axirətə gedərkən, onun haqqında hazırlıq etmə. Bizə düşən ancaq baş üstə deməkdir. ” dedi. Bunu eşidən şamlılardan biri ayağa qalxaraq:
  •   “Bu iraqlı nə deyir? Bizim baş üstə deməkdən başqa nə səlahiyyətimiz var? ” dedi. Beləliklə toplantı dağıldı. Lakin Ahnəfin bitərəf xalqın adından söylədiyi sözlər unudulmadı.

Müaviyə b. Əbu Süfyan könüllərini alaraq iraqlıların Yezidə beyət etməsini təmin etdi. İraqdan sonra Müaviyəni düşündürən növbəti bölgə Hicaz idi. Çünki Hicaz xalqı da Yezidə beyət etmək istəmirdi. Müaviyə Hicaz xalqını razı salmaq üçün Mədinəyə getdi. Bəzi səhabələrin övladları, o Mədinəyə gəldiyi zaman Məkkəyə getdilər. Müaviyə Məscidi-Nəbəvidə minbərə çıxaraq Yezidi mədh etdi. Sonra Hz. Aişənin yanma gəldi. Hz. Aişə vəliəhdlik məsələsindən ötrü onu qınadı.
Müaviyə b. Əbu Süfyan Məkkəyə də gedərək Hz. Hüseyn, Abdullah b. Ömər və Abdullah b. Zübeyrin könüllərini almaq istədi. Bu əsnada Abdullah b. Əbu Bəkr vəfat etmişdi. Hz. Hüseyn və iki Abdullah Yezidə beyət etməyəcəklərini bildirdilər. Bundan sonra minbərə çıxan Müaviyə məkkəliləri Yezidə beyət etməyə dəvət etdi. Hz. Hüseynin və iki Abdullahın Yezidə beyət etdiklərini zənn edən xalq, onun istədiyi beyəti etdilər. Beləliklə, yuxarda adlan çəkilənlərin xaricində xalq Yezidə beyət etdi.
 
Xarici Hadisələr
Müaviyə b. Əbu Süfyan fəth hərəkatlanna da əhəmiyyət vermişdir. Onun dövründə Konstantinapola iki dəfə səfər təşkil olunmuşdur. Müaviyə 669-cu ildə təşkil etdiyi yürüşdə, orduya oğlu Yezidi də qatmışdır. Bununla o, xalq arasında Yezidə qarşı sevgi formalaşdırmaq istəyirdi. Bu mühasirəyə, səhabələrdən olan Hz. Əbu Əyyub əl- Ənsari də qatılmış və İstanbul yaxınlığında şəhid olmuşdur. 669-cu ilin bahannda başlayan mühasirə yay aylanna qədər davam etmişdir.
Müaviyə dövründəki Konstantinapolun ikinci mühasirəsi isə, 674-680-cı illər arasında olmuşdur. Dəniz donanması bu mühasirədə, Bizans dəniz donanması ilə toqquşmuş, lakin heç bir nəticə əldə olunmamışdır. 654-cü ildə yağmalanan Rodos adası 672-ci ildə, Qrit adası isə 674-cü ildə fəth edilmişdir.
Bundan əlavə Dağıstan üzərmə də yürüşlər edilmişdir. Ukbə b. Nafi hicri 41-ci ildə Şimali Afrikaya daxil olaraq Qayravan şəhərini ələ keçirmişdir.
 
Müaviyənin Vəfatı
Müaviyə b. Əbu Süfyan hicri 60, miladi 680-cı ildə xəstələndi. Xəstələnmədən əvvəl verdiyi bir xütbədə:

“Ey əhali! Xeyli vaxtdır sizi idarə edirəm, siz məndən, mən də sizdən bezdim. Siz məndən, mən də sizdən ayrılmaq istəyirəm. Fəqət məndən sonra sizə, məndən xeyirlisi gəlməz. Lakin məndən əvvəl gələnlər məndən xeyirli idilər. Deyirlər ki, kim Allaha qovuşmağı istəyərsə, Allah da onu istəyər. Ya Rəbbim! Mən səndən Sənə qovuşmağı istəyirəm. Bu məsələdə məni məsud və mübarək et” dedi. Bu xütbədən sonra xəstələndi. Yanına gələn oğlu Yezidə vəsiyyət edərək, Hz. Hüseynə yaxşı davranmasını, Hz. Zübeyrin oğlu isə qarşı gələrsə ona aman verməməsini söylədi.
Həyatdan əlini üzdüyü vaxt: «Kaş ki, Ziytuva adlanan yerdə oturan kasıb bir Qureyşli olaraq xəlifəlik ilə məşğul olmasaydım ” deyərək peşmanlığını bildirmişdir.
Vəfat etdiyi zaman Əməvilər artıq bir imperatorluq idi. Ərəbistan, İran, İraq, Suriya, Fələstin, Cənub-şərqi Anadolu, Misir, Şimali Afrika bu imperatorluğa daxil idi.
Vəsiyyətində Rəsulullahın özünə geydirdiyi köynək və Rəsulullahdan xatirə olaraq saxladığı dırnaqları ilə dəfn olunmasını vəsiyyət edən Müaviyənin bu istəkləri yerinə yetirildi.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh