Xanımın ərə itaəti vacibdir

İmam Baqir (ə) buyurub: "Allahın rəsulu (s) qurban bayramı gününün əsr çağında dəvəsinə minib Mədinədən kanara çıxmışdı. Yol üstündə bir dəstə qadına rast gəldi. Ayaq saxladı, onlara müraciətlə dedi: "Ey qadınlar, sədəqə verin və ərlərinizə itaət edin. Sizin əksəriyyətiniz cəhənnəm əhlidir". Bunu eşidən qadınlar ağlamağa başladılar. Bu qadınlardan biri dedi: "Cəhənnəmdə kafirlər olacaq. Biz ki, kafir deyilik". Allahın peyğəmbəri (s.a.a.) buyurdu: "Siz ərlərinizin hüquqlarına kafirsiniz". ("Əl-əmali", c. 14, səh. 126, h. 3)

İmam Sadiq (ə) buyurub: "Əgər bir qadın gündəlik vacib namazlarını qılsa, ramazan ayında oruc tutsa, Həccə getsə, ərinə itaət etsə, İmam Əlinin vilayətini qəbul etsə, istədiyi qapıdan cənnətə daxil olar". ("Əl-əmali", c. 14, səh. 113, h. 4)

Hədislərdən məlum olur ki, məqsəd ərlərinə itaət etməyən qadınlardır. Buna görə də əksər qadınların cəhənnəmə getməsi mütləq mənada qəbul edilməməlidir. Yəni əgər əksər qadınlar İmam Sadiqin (ə) buyurduqlarına əməl eləsələr, inşallah, cənnətə gedəcəklər. Kişi müəyyən hədd daxilində qadını hicab bağlamağa məcbur edə bilər. Əgər qadın yenə də hicab bağlamasa, kişi ona evdən çölə çıxmağı icazə verməyə bilər. Əgər qadın ərin sözünə qulaq asmayıb, evdən çıxarsa, kişi onun nəfəqəsini (zəruri xərclərini) ödəməyə bilər.

 

121 şərh

cahandar
Məqaləni bəyəndim ancaq şəkilə görə "+"
Ferid_Zeynalli
niye? Serf elemir ona gore? yoxsa sebeb basqa bir seydi?
cahandar
Məqalədə mənə nə sərf edib etməyə bilər ki?Məqaləni bəyəndim yazmışam sadəcə şəkil daha çox diqqətimi çəkdi
rdgr

yazılanlara söz yox amma indi kişiler( bəziləri )Quranda qadınların uzərinə düşənləri nədənsə gözəl görürlər

amma öz üzərinə düşənləri görməməzlikdən gəlirlər

Ferid_Zeynalli
Indi kim eliyir ve ya elemir o onun oz isidi. Hokm hokmdu. Emel insanlara qalib.
ayxansevda
belə hökmdən danışırsınız onda «qadınların öz yoldaşı üzərində haqları» adlı post yazın. niyə yazmamısınız? Sərf eləmir? özünüzə sərf edən topik yazmısınız :)
Ferid_Zeynalli
Lazim olar onu da yazariq. Niye eseblesirsiz ki? belede ki, Islam buyurur ki, kisi qadina sevgi vermelidi, qadin da kisiye tabe olmalidi.
Nailə_Rzayeva
Fikrimcə təkcə sevgi yox, onun rahat yaşaya bilməsi üçün hər şey verməlidir. Nədənsə kişilər Quranın özlərinə sərf edən istiqamətlərini daim misal gətirirlər, amma öz öhdəliklərini yaddan çıxarırlar…
cahandar
Bəli kişi qadına sevgi verməli qadın da ona tabe olmalıdır amma nədənsə kişilər qadınlarına lazımi sevgi vermirlər.Nədənsə ailə qurmuş qadınlar arasında sorğu keçirəndə onların cavabı bu olur «Evləndikdən sonra əvvəlki tək nazımla oynamır,mənə yox kəlməsi demirdi indi eşitdiyim ancaq yox kəlməsidir.Uşaqlarla bağlı kömək lazım olduqda kömək əlini uzatmır ancaq tələbləri var vəssalam».Bu bizim Azərbaycanda çox təsadüf olunan haldır.Niyə?Azəri kişilər əksəriyyət qadınına kömək etməyi özlərinə əskiklik bilirlər.Sanki kişilikdən düşəcəklər ancaq qadına lazımsız qadağalar qoyanda «kişi» olurlar.Bu yazını aqressivcə yazdığımı sanmayın.Mən də tənqit etdiyim cinsdənəm lakin buna baxmayaraq biz kişilərdə məni bu hallar hər zaman qıcıqlandırıb.Yoldaşına hörmət əlaməti olaraq ev işlərindən tutmuş uşağa baxmaqda həyat yoldaşının əlindən tutan Mədəni sivil kişilərə Arvad nakişi deyirlər ancaq axşam 12-1rə kimi çayçilarda oturub evə gəlib temək gec tapan kimi dava salan «kişilərə» kişi deyirlər.məhz nakişi ləqəblərini də belələri qoyur özlərini təmizə çıxarmaq məqsədi ilə.İnanıram ki düşündüklərimlə çoxunuz razılaşacaqsınız.
Rene

Sizinlə ikiəlli razıyam! :)

Ferbara
Kişi özünü ədalətli başçı kimi aparandan sonra qadın onun sadiq köməkçisi olacaqdır. 
Amma mən burda ancaq birtərəfli mənafe gördüm.
MaksiMuS
1defe radioda ewitmiwdim bele 1 ifadeni: Tanridan qadinlarin ona yox bawqa kime itaet secde etmesini soruwulduqda O qadinlarin erlerine sitayiw,itaet etmesini buyurardi.Elbet burda normal er,h.yoldawi,insandan gedir.Istisnalar umumi qaydalari pozmadigini nezere alsaq fikrin mentiq ve menayuklu oldugun deye bilerik.Kiwi de herzaman ona itaet edeniyle Aga qul munasibeti ile yox,Tanrinin ona emaneti olaraq davranmalidi.Kiwi bagdirsa qadin bagban,meyveleri de övladlaridi.Bagban(Qadin) hansi baga(kiwi) duwduyunu bilmeli,ab havasi,qaydalarina göre davranmalidi.Istenilen qadin RAMedilendir,bacaran ucun.Ve istenilen kiwinin qelbine yol tapmaq olar,Isteyib de Axtarancun.
ayxansevda
Allah böyük Allahdır, adil Allahdır .O, bəndələrini sevir pisini də yaxçısını da. Heç vaxt Allah buyurmaz ki, qadın kölədir ya qul. Evlənəndə tərbiyəli, imanlı qadınla evləndikdə onu ram etməyə ehtiyac yoxdur O, öz ağlı ilə səni heyran edər öz vəzifələrinin öhdəsindən elə məsuliyyətlə gələr ki, bir söz deməyə ehtiyac qalmaz. Bir az ərköyünləri var onlar da ağıllıdırlarsa bir baxışla hər şeyi anlarlar yoldaşına hörmət edən qadını məcbur öz iradənə tabe etməyə ehtiyac yoxdu o özü hər şeyin yerini bilir
cahandar
Fikirlərinizlə tamami ilə raziyam
Ferbara
Məhəmməd Peyğəmbər (s) Türklər haqqında demişdi:
Türklər sizə toxunmayınca siz də onlara toxunmayın.
Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək.
Mənim türk adlı bir ordum vardır.

Bizim kişilərin belə düşünməkləri məni qürürlandırır.
MaksiMuS, ayxansevda, cahandar və digər eynifikirli olan üzvlər, təşəkkür edirəm.
Ferbara
İslam yayılmamışdan əvvəl də türklərin Tanrıları olub.
Ferbara
İslamı yayanlar türkləri görəndə artıq onların bir qüvvəyə — Tanrıya inancları olduğunun şahidi olmuşdular. Yoxsa ərəblər kimi hərəsi bir bütə sitayiş eləmirdilər. Fikrimi yəqin ki, çatdıra bildim.
MaksiMuS
Dəyməz..Mən anladım fikrini.sən də sağol
Rene

İslama görə heç bir millət digərindən üstün deyil..

Ferid_Zeynalli
xais olunur danisanda butun kisilerin adindan danismiyin. Men burda Kisilere serf edeni yox, islamda qadinin vezifesini yazmisam ki, oxuyub birsey gotursunler. Calisin tekebburden uzag olun. o cox pis seydi. Qaldiki turklere, turklere bele gujdu muselman olsaydilar sie olardilar. tebii ii, sohbet ekseriyyetinden gedir.
ayxansevda
başa düşmədim? türk dedikdə bəyəm Türkiyə türkləri nəzərdə tutulur? Azərbaycanlılar Azəri türküdür Türklər qaqauzlar türkmənlər kimi. Həmçinin qıpçaq bulqar uyğur karluq-uyğur türkləri də var. türklər dedikdə bunların hamısı (özbəklər, qazaxlar, qaraqalpaqlar, başqırdlar və s) hamısı nəzərdə tutulur
ayxansevda
Üzr istəyirəm Azərbaycanlılar oğuz türkləridir demək istədim niyəsə azəri türkü yazmışam yəni bizlər qaqauz türkmən türkiyə türkləri hamımız oğuz türkləri hesab edilirik
Rene

Niyə İslamı parçalayırsınız? Sanki Peyğəmbərimizin (s.a.s.) zamanında müsəlman yox, şiə sözü olub..

Ferid_Zeynalli
bes men yazdim axi sohbet ekseriyyet turklerden gedir. Men tek Turkiyeni nezerde tutmamisdim ki. Ama Turkiye de  var olarin  icinde.
məryam

İnanın birinə itaət etmək(Allahdan başqa) ən zəhləm getdiyi şeydi.  O na görə evlənməkdən nifrət edirəm. Eyni zamanda da, qorxuram. Mən heç bir insana itaət etməm.

MaksiMuS
Sen hele uwaqsan.daha dogrusu besit,uwaq dunyagoruwune sahibsen.Heyat nizam intizam,itaet uzerinde yawayiwa yararli ola biler.Xaos,ozbawinaliq mehvolmaya Start vermekdir.Qadin da sahib oldugu,emanet olaraq gonderildiyine tabe olmalidi.Senin bunu ferqine varmana hele cox var.
rustam_aLiyev

kimin ne borcuna evde arvada komey elirem ya yox )).yeri gelende o da elier  mende.aile kicik cemietdi.reklam deile hərşeyi acib agardag.evin içində hərşey mümkündü.səviyəsizdiy deyilki.xəstələnəndə ayaglarmızı yuyan tapırıg.ama nie istəylimiz xəstələnəndə onun hər nazınan oynamıyag,)mən oz adıma deyirəm inşallah həmişə belə ruhda olaram ki sevdiyim insanların dostlarımın istəylilərmin hər nazınan oynuyam)sevəy hormət eliyəy seviləy...ki öləndə qəbrimizin üstündə ürəydən gələn gözyaşı axidan olsun)


 

rustam_aLiyev

hə yadımnan çıxdı ))əla yazıdı )təşəkkürlər )


bi də bişey diym mən heç bir dostumun yazısını pisdəmirəm burda hamı dostumsuz hörmət elirəm bütün fikirlərnizə .məsləhət filan vermədim (istəyənə verərlər deyə) və xaiş elirəm məni tərsdəmiyin )


 

məryam

Maksimus inanın fikrimdən heç dönən deyiləm. Birdə mən uşaq deyiləm! Mənim dünyagörüşüm bəsit deyil.

MaksiMuS
Duzdu agil,dunyagoruw yawla olculmur,ama senin dunyagoruw ele 13yawli uwaga uygundu.
məryam
Nə bilirsən? Bəlkə daha üstündü.
MaksiMuS
Fikirlerin buna eyani subutdu…
məryam
Mən bütün fikirlərimi yazmamışam. Evlənmək istəməm bunu deyir ki, mənim dünya görüşümüm yüksək deyil?
MaksiMuS
Bir qizin erine itaet etmeme isteyine gore evlenmemesi ne derece de normaldi?
Ferid_Zeynalli
Allah xanımın ərinə itaətin vacib buyurub. Bununla da söhbət bağlanır. Qadının Allaha ən yaxın olduğu vaxt evində olduğu vaxtdır.
Ferid_Zeynalli
Rene xanım mən islamı parçalamıram. Onu parçalıyan parçalıyıb 1400 il bundan qabaq. Gedün tarixi yaxşı yaxşı oxuyun. Sonra nəyisə deyin. Özüdə Peyğəmbər (s.ə.s) yox Peyğəmbər (s.ə.a.s) olmalıdır. Heç olmasa bilmiyənlər yazmasında. Sadəcə oxuyun. Camaatı çaşdırırsız.
Rene

Parçalayanlar yalnız dar düşüncəli insanları çaşdıra biliblər ki, bu parçalanma günümüzə qədər davam edib… Mən özlərini şiə adlandıranların kitablarını da oxumuşam və sadəcə yazığım gəlib onlara… Sən ey özünü şiə adlandıran, çox şeymi bildiyini sanırsan?!

Rene

Salavata gəlincə, salavat müxtəlif cür ola bilər: s.a.s, s.a.v və s.. Heç birinə səhv demək olmaz. Görünür bunu bilməməyiniz də savadsızlığınızdan irəli gəlir..

cahandar
Məhəmməd Peyğəmbər (s.a.s) tam doğru yazılış
məryam
Ferid_Zeynalli bütün kitablarda peygamber(s.a.s) yazilib. Maksimus eger, azadliq isteyi bir insanda güclüdürse, menim fikrim normaldir. Men ona yardim ederem, amma heç vaxt itaet etmerem. Fikrimde heç vaxt deyismeyeceq.
Rene
Məryam, onun oxuduğu kitablarda elə yazılıb deyə elə bilir başqa cür səhvdir. :)) Bunlar r.a. sözünün mənasını bilmirlər, deyirlər o nədi əhli-beytin adının yanında yazırsınız? ))
Ferid_Zeynalli
Bütün kitabların adından danışmıyın zəhmət olmasa. O, ancaq sünni kitablarında yazılar. Oda ki, səhvdi. Məryəm xanım siz Allahın hökmünə qarşı çıxırsız?
Rene
Allah (c.c.) daha yaxşı bilir… Mən tək olan Allahı (c.c.), Onun Rəsulunu (s.a.s) qəbul edirəm və Peyğəmbərin (s.a.v.) əhli-beytinə də (r.a.), səhabalərə də (r.a.) hormət edirəm. Siz isə hardansa oxuduğunuz məlumatlara əsaslanaraq 1400 il bundan qabaq yaşamış, Peyğəmbərin (s.a.s.) silahdaşları, dostları, ardıcılları olmuş insanlar haqqında nalayiq sözlər deyirsiniz, bu qədər haqqa girməkdən qorxmursunuz?..
MaksiMuS
Sen itaeti kölelik kimi qebul edirsen,ama men adim qeder eminem ki,seninkimiler ucun azadliq Özbawinaliqdir. Zamana buraxaq.
məryam

Deməli siz adınızı bilmirsiniz. Azadlıq öz başınalıq demək deyil. Azadlıq özün qoyduğun qaydalara riaet edib, həmdə insanların rahatlılığını pozmamaq deməkdir. Mən din məktəbində oxuyuram. Ords quran oxumağı, mənəviyyat və ərəb dilini öyrənirəm. Bizim müəllimlərimiz deyir ki, dini həmişə asanlaştırmaq lazımdı. Mən Allah qarşısındakı borclarımı yerinə yetirməyə çalışır, imanın qaydalarını əməl edir və Quranı əzbərləyirəm. Allah islam dinini rahat və insanların asanlıqla qəbul etdiyi şəkildə yaradıb. Və mən ərə itaəti asan bir şey olaraq görmürəm. Mən demirəm ki, evimdə öz  başınalıq olacaq. Ər-arvad bir-birinə hörmət etməli, bir-birinə dayaq olmalı, ailəni səadətli etməli və bir-birinə kömək etməlidir. Amma «O bir şey dedisə mən onu mütləq eməliyəm» bax bu fikri qəbul etmirəm. Bu köləlikdi

Rene
Məryam… Sən axı Diyanət Liseyində oxuyursan və bilməlisən ki, burada qeyd edilən itaət köləlik mənasına gəlmir… Sən axı bunları bilməlisən… Allahu Təala övladı valideynə, qadını ərə əmanət edib… Sən indi valideynlərinlə yaşayırsan, onlar sənin üstündə əsmirlər, səni qorumurlar?.. Ailə qurandan sonra da inşa Allah yoldaşın səni qoruyacaq, sənin üstündə əsəcək, axı o səndən cavabdehdir Allah (c.c.) qarşısında… Bəlkə də bu cür anlamağın yaşınla əlaqədardır. Ona görə bilən birisindən soruş sənə bu mövzunu daha ətraflı izah etsin.
şərh silinmişdir
Rene
Nəsə səhv oldu yazdığım iki dəfə getdi… Mən bax belə hallar üçün deyirdim ki, şərhləri silmək, redaktə etmək mümkün olsun. :)
məryam
Mənim oxuduğum din məktəbində bizə paylanan kitabda (s.a.s) yazılıb.
Ferid_Zeynalli
Vay vay vay....................................Gör mən kimlərlə söhbət edirəm e… İkidənə kitab alıb oxuyub gəliblər mənimlə söhbət eliyirlər. Rene xanım sizin sözdərivüz tipik sünni sözdəridi. Qınamıram e sizi. Çünki islam savadıvız yoxdu. Onnan-bunnan iki cümlə eşidib nə gəldi yazırsuz. Gedün Quranda Maidə 55 i oxuyun. Gedün Qədir-Xumu oxuyun gəlün. Sora söhbət eliyərijk
Rene

Sizin «savadınız» göz qarşısındadır… :) Nəysə… Bu cür mübahisələrə nə həvəsim, nə əsəbim, nə də vaxtım yoxdur… Ən yaxşısı siz öz fikrinizdə qalın, mən də öz fikrimdə..

MaksiMuS
Her oxuyan Molla PENAH olmadigi kimi sizin oxuduqlarinizin dunyagoruwunuzde nece eks olunmasi cox qaranliq meseledi.Bilmirem sizin ailede atanin sozunu ana oz isteyine ve kefine uygun olub olmadigina baxib emel edir ya nece,ama men evde gorduyumu ve aglid keseni qeyd edirem.Mueyyen menada bizim dunyagoruwlerimizin yogunlugu baximindan 11 ferq var.Aradaki ziddiyet tebiidi.Mubahise uzanmadan söhbeti baglayaq.Eks halda: 'Uzun mubahise her 2 terefin haqsiz olmasina delalet edir.'
məryam
Mən bilirəm qadınlar kişilərə əmanət edilib. Sadəcə əmr vermək məsələsini sevmirəm. Mən birinin mənə əmr verməsini sevmirəm. Ailədə ər arvada əmr verməməlidir. Onlar bir yerdə qərar qəbul etməlidir. Maksimus mənim ailəmdə, anamla atam bir yerdə gərar verir.
Rene
Ay bacı burda kim dedi ki ər arvada əmr verməlidir? :) Bəs sən istəmərsən ki, atanla ananda olduğu kimi ailən olsun? :)
Ferid_Zeynalli
Rene xan;m sizin eqideniz nedir? Hans; m'ns'b' qulluq edirsiz? tesadufen selefi deyilsiz ki? ))) Beledeki islam baresinde si hec mubahise ede de bilmersiz. 3 cumle oyrenib gelmisiz.
Rene

Həddinizi aşmayın… Mən müsəlmanam, başqa ada da ehtiyacım yoxdur, sizdən fərqli olaraq.  Mübahisə edəndə belə müsəlmana yaraşan tərzdə edin, əgər həqiqətən də müsəlmansınızsa..

puma
Nə oldu sizə kayzençilər? Gözə gəldiniz nədi?
Niyaz
Yenə də muskulizm və feminizm qarşıdurması)
Responsible
Yenə də «u» əvəzinə «a» :)
Ferid_Zeynalli
Rene xanım mən həddimi çox gözəl bilirəm. Sizə sual verdim. Niyə əsəbləşirsiz ki? islam barədə mübahisə etmək istəyirsizsə gəlin edək. Prablem yoxdu.
Rene

Mən aydın bir şəkildə dedim ki, söhbəti uzatmaq istəmirəm, hərə öz fikrində qalsın. Ona görə yox ki, yazmağa sözüm yoxdur, ona görə ki, bu mübahisələrin faydasız olduğunu bilirəm. İslam alimi deyiləm, çox şey bildiyimi də iddia etmirəm, amma ən azı sizin iddialarınıza cavab verəcək qədər savadım var.  Sünni, şiə, sələfi və s. — mən özümü bu adların heç birinə aid etmirəm, müsəlmanam vəssalam! Məndən bu qədər… Bu mübahisəyə də burda son qoyaq.

Ferid_Zeynalli

Ürəyiviz necə istiyir. İnşaAllah ki, savadıvız var. Bilirsiz xanım, indi özünə müsəlman deyən çoxdu. Biləndə deyir bilmiyəndə. Ortada haqq nahaqq söhbəti var. Sizə tövsiyyəm biraz islam tarixini gözəl və ətraflı şəkildə araşdırın. Sadəcə bunları araşdırarkən təkəbbürdən uzaq olun ki, həqiqəti danmayaız. Dinlə bağlı çox maraqlı kitablar var şükür Allaha. Həm Şiə, həm də Sünni mənbələrindən. Mən sələfiləri, nə bilim vahabiləri başqa digər firqələri onsuzda müsəlman saymıram. Çünki onlar dindən uzaqdılar. İnşaAllah ki, məndən inciməmisiniz. Mən heçkimlə mübahisə etməyi xoşlamıram. Sadəcə bəzən islam barədə yalnış fikirlər söyləyəndə əsəbləşirəm. Haqqınızı halal eliyün.....İnşaAllah ki, Allah bizi həqiqi bəndələrindən qərar verər. Sizə və özümə ilahi təqvaya riayət etməyi tövsiyyə edirəm. Vəssəlamun Aleykum və Rəhmətullah

Niyaz
Ferid_Zeynalli Qardaş məncə siz düzgün hərəkət etmədiz xanıma qarşı.Burda kimsə başqasına «sən savadsızsan» demək hüququna malik deyil!Xanım azad fikir hüququna əsaslanaraq fikrini bildirib sizə görə və başqalarına görə bu səhv mövqe ola bilər lakin bu sizin onu bu cür məzəmmət və istehza dolu sözlərlə təhqir etmənizə əsas vermir!Hər kəsin fikir bildirmə hüququ vardır!Məncə siz üzr istəməlisiniz xanımdan.
lili95
Yenə münasibətlər gərginləşib ki.
Ferid_Zeynalli
Niyaz qardaş mən burda heçkimə savadsız deməmişəm… Şərhlərə yaxşı baxın
Niyaz
«Vay vay vay....................................Gör mən kimlərlə söhbət edirəm e… İkidənə kitab alıb oxuyub gəliblər mənimlə söhbət eliyirlər. Rene xanım sizin sözdərivüz tipik sünni sözdəridi. Qınamıram e sizi. Çünki islam savadıvız yoxdu. Onnan-bunnan iki cümlə eşidib nə gəldi yazırsuz. Gedün Quranda Maidə 55 i oxuyun. Gedün Qədir-Xumu oxuyun gəlün. Sora söhbət eliyərijk» Bu sizin sözləriniz deyil məgər?
Kinosunas

Yenə mübahisə? O ki qaldı yazıya.Bizim ailədə də anam təbii ki,atamı dinləyir,hara gedib-gəldiyini deyir və.s. Lakin bütün qərarlar birlikdə verilir. İndi kişi var xanımını evdən çölə buraxmır.Heç pəncərədən baxmağa imkan vermir.Buna da itaət emək lazımdır? Ailə qurduqda bir çox xanımın azadlığı məhdudlanır.Və təəssüflər olsun ki XXI əsrdə hələ də belə ailələr var. "İtaət etməlidir" pərdəsi altında gizlənirlər.

Ferid_Zeynalli
Niyaz yaxşı bax gör orda mən nə yazmışam?
Ferid_Zeynalli

Kinoşünas bəli lazımdır. Ərə itaət vacibdir. Qadının Allaha ən yaxın olduğu vaxt evdə olduğu vaxtdır

Kinosunas
İtaət lazımdır.Mən də ətrafımda bunu gömüşəm.Amma «ağ olanda» ona xanım deyil qul deyirlər.
Niyaz
Ferid_Zeynalli Siz yenə də mövqeyinizdə qalmaqdasız mübahisə etməyəcəm sizinlə çünki bunu əhəmiyyəti yoxdur.Üzr istəmək məsələsi xanımdan qalır o sizin vicdanıza.
Responsible извеняюсь bir daha təkrar olunmaz)
Ferid_Zeynalli

Niyaz elə mübahisə etməsən yaxşıdı.

Ferid_Zeynalli
Kinoşünas ağ olmaq deyəndə nəyi nəzərdə tutursan?
Kinosunas
Məsələn azadlığını məhdudlaşdırmasına.
Ferid_Zeynalli
Niyə ki? Qadın evdə azad olmur ki bəyəm? Gərəy elə şəhəri gəzsin?
Kinosunas
Səhv anladız.Bunu nəzərdə tutmadığım çox aydındır.Söhbət şəhəri gəzməkdən getmir.İllərlə əziyyət çəkirsən oxuyursan işləməyə qoyan yox.Bəzi xanımlar sevir buna  da razı olur.Halbu ki,səhv addımdır.Çünki,bugün kişilər qədər xanımların da öz ayaqları üzərində durmağa haqqları var. Nəsə bunu da keçdim.Bayaq qeyd etdiyim kimi pəncərədən çölə baxmağa icəzə verməyənər də var.Özünüz bilərsiz sizinlə razı deyiləm
Ferid_Zeynalli
Elə indiki zəmanədə baxmasa yaxşıdı. Bir qadın ki, özünü Allaha yaxın bilirsə, heç elə şeylər onunçün əhəmiyyətli olmalı deyil. Yoldaşı diyir baxma baxmasında. Nə vacibdi ki? Baxmasa öləcey?
Responsible
Onda pəncərədən baxmağa icazə verməyən, səhəri gün məsələn ailəlikcə bir gəzintiyə çıxmağa da icazə verməz?
Kinosunas
responsible,nə gəzmək? elə düşünən biri gəzməyə aparar?
Kinosunas
Belə düşünməyinizə o qədər təəccüb edirəm ki.
Ferid_Zeynalli
Responsible Niyə icazə vermir ki? Onu kim dedi? Ağzında ailəlikcə gəzinti deyirsən
Responsible
Məncə pəncərədən baxanda daha kişik sahə görünür nəinki gəzinti zamanı.
Kinosunas

Pəncərədən baxmaq olmaz amma gəzməyə olar.Maraqlıdır.


Bilirsiz nəyə bənzədi.Evlənmə proqramlarına zəng edən qızların qardaşım oxumağa icazə vermədi amma ora gələ bilərəm deməsinə.

Ferid_Zeynalli

İnan elə məndə sənə təəccüb eliyirəm.

Kinosunas
Lakin təkcə burada deyil  həm də realda mənimlə həmfikir olan daha çox şəxs var.Sizə uğurlar!
kocharli
Dinimizin buyurdugu butun qanunlar gozeldir.Qadinin da erine itaeti vacibdir.Bir qadin ucun bundan gozel hecne ola bilmez.Qadinin erinin qarsisina bir fincan cayi guler uzle getirmesi bele savabdir.
Ferid_Zeynalli
Kocharli Əhsən. Qaldi ki, kinoşünas və responsible yə Siz hələ belə şeyləri başa düşməzsüz. Sənin dediyin pəncərəylə mənim dediyim gəzinti arasında yer göy qədər fərq var.
Ferbara
Elə təsəvvür edək ki, söhbət sivil ailədən gedir.
Ümumiyyətlə, ailədə firafanlıq olması üçün hamı bir yerə çəkic vurmalıdı.
İlk növbədə, ailədə örtülü bazar olmamalıdı. Nə qədər səhv iş tutsan da, kənardan biri gəlib sənə deməkdənsə, birinci ailə üzvləri bilməlidi. Belə olan halda, kənardan heç kim ailəyə müdaxilə edə bilməz və ya təsir edə bilməz.
Əlbəttə ki, ailənin ayaqları kişi və qadından (ər və arvad) ibarətdir. Onlar birlikdə qərar verərsə, ailəni idarə etmək daha rahat olar. Bir ayaq irəliyə addım atarsa, digər ayağın da bundan xəbəri olmalıdı, yoxsa ailə axsamağa məhkumdur.
Bundan başqa, ər arvaddan daha çox cəmiyyət içərisində olur, pisi, yaxşını daha çox görür və buna görə arvadına nəyisə eləmə deyirsə, demək ki, bildiyi var. Amma bu o demək deyil ki, onu cəmiyyətdən tamam təcrid etməlidir. Bir də bir şeyi vurğulamaq istəyirəm ki, həddən artıq qısqanc olanın özündə qüsur var. Qapalı olan ailə, cəmiyyət içərisində özünü «göydən düşmüş» kimi hiss edə bilər. Bu da cəmiyyətlə bərabər addımlamağa mane ola bilər. Burda söhbət normal şərtlər daxilində addımlamaqdan gedir. Əminəm ki, bəhs etdiyim ailə cəmiyyətin qara tərəfini özünə asanlıqla hopdura bilməz. Çünki o özünü və yaşadığı mühiti yaxşı tanıyacaq.
Ailə daxilində hörmət saxlanmalıdır. Bunun içərisinə bir-birinə yardım, mənəvi dəstək və s. daxildir.
Ailədə iki nəfər arasında mütləq mübahisə, narazılıq ola bilər. Amma bizim ailədə belə bir qayda var. Ərinlə küsülü olsan da, onun yeməyi, çayı qabağında olmalıdı. Küsülüklər yaz yağışı kimidir.
Onu yadda saxlamaq lazımdır ki, insana ən yaxın həmdəm onun həyat yoldaşıdır. Dərdini, sirrini onunla bölüşə bilməlisən. Əlbəttə ki, buna qarşı tərəf imkan yaradarsa. Yaradarsa, lap yaxşı olar.
Evdə olan problemləri nə qadın, nə də kişi anasına, atasına, və s. yaxınlarına o dəqiqə çatdırmamalıdırlar. Onlar qaş düzəltdikləri yerdə ancaq göz çıxarda bilərlər, bəlkə də, istəmədən. Öz şəxsi problemlərini özləri həll etməlidirlər.
Məndən bu qədər. Ümidvaram, hər iki tərəf mənim dediklərimlə razılaşar. Ailənin sementi qarşılıqlı hörmətdir.
Ferbara
Hə bir də, məryam. Mən də sənin kimi düşünürdüm. Amma insan yaşa dolduqca fikirləri formalaşır, həyata baxışı daha da açılır və dərk edirsən ki, insanın öz evi, ailəsi, isti ocağının olmasından gözəl şey yoxdu.
Son fikrimi də deyim, xanımlar. Gəminin bir kapitanı olmalıdır, o da evin kişisi, ədalətli kişisi. Bu reallıqdır.
Rene

Sizinlə tamamilə razıyam..

Ferid_Zeynalli
Ferbara siz 70% mənim dediklərimi başa düşmüsüz. Dediklərivizdə həqiqət var. Bular heçnəyi başa düşmürlər.
Ferbara
Bu mənim öz düşündüklərimdi. Amma sizin məqalədə əvvəl dediyim kimi bir tərəfli baxış var. Ümumiyyətlə, bu məqalədə tövsiyyə altında hədə-qorxu hiss olunur. Hədə-qorxu isə islama ziddir, fikrimcə.
Ferid_Zeynalli
Ay başıvıza dönüm. Burda heçbir hədə qorxu yoxdur. olanı yazmışam. Sadəcə qadınlara sərf eləmir. Hərçeyi yozurlar. İmamlardan, peyğəmbərdən hədislər var bu barədə. hər halda biz onlardan ağıllı deyil ki.
kocharli
sizinle raziyam Ferid.Hem dinimize diqqet yetirseler gorerler ki,dinimiz qadinlara nece evezolunmaz huquqlar verir.Hansiki bunu xanimlar bilseler butun gunu dinnen mesgul olarlar.
Ferbara
Kişilərə, daha doğrusu insanlara aid birini yerləşdirin. Yerləşdirmisizsə, keçidini burda yerləşdirin, oxuyaq. :)
MaksiMuS
Artiq herkesin formalawmiw 1 dunyagoruwu,baxiw prizmasi var.Ele buna gore de bu diskusiyadan kiminse radikal duwunce deyiwikliyi gozlemek guluncdur.Artiq haminin xeyalinda 1 aile maketi var.Aile qurduqda da bu ancun artiq formalawdirdigi duwunceyle idare edecek.Heckim burda yazilanlari xatirlamiyacaq.inanmirsiz?Inanin.hetta bu sozlerim de unudulacaq.(Uzunuzde gulumsemeni hiss edire::D ) hami ailesinde gorduyu,agli kesdiyi ve ozune layiq bildiyi wekilde ailesinin ab havasin quracaq. Feminist duwuncenin tugyan etdiyi XXI esrde xanimlardan tek xahiwim: biz kiwilerin 'Qadinin Erine itaet etmesi' ifadesini Evlerinde anasinin atasina itaet etmesi tek qebul etsinler ve analarina hec olmasa oxwasinlar.En azindan oglanlar ozlerine xanim secerken qaynanalara baxib gelecek xanimlarinin 1 anliq ailesinde yaradacagi ab havani gorsunler. Teklifim necedi?Serf eliyir?:)
Ferbara
:)) Bu bir arzudur. Allah bilir, əslində nə olacaq.
Ferid_Zeynalli
Khocarli əhsən sənə. bu qədər insanın içində bir sən başa düşdün mən nəyi deyirəm. Hə birdə Maksimus qardaş yaxınlaşdı. yoxsa burdakı xanımlar elə danışırlar e… Bildilər bilmədilər…
Responsible
Hər halda özünüzdən belə əmin danışdığınıza görə ola bilər ki burda bəzi insanlardan, bəlkə də məndən dini cəhətdən savadınız və ya dünyagörüşünüz çox ola bilər. Lakin özünüzü savadlı göstərmək istəyirsinizsə bunu başqa formada da edə bilərdiz. Amma yazdıqlarınız heç də dindən sitatlar gətirən ya da kimisə maarifləndirməyə çalışan birinin yazısına oxşamır. Mən yaxşı başa düşürəm demək istədiklərinizi.  Sadəcə demək istədiyim budu ki, hər şey çərçivəsində olsa lap yaxşı. Uzun-uzadı yazmaq istəmirəm, məndən əvvəlki istifadəçilər bu haqda yetərincə məlumat verib. Bu qədər.
Rene
Haqlısınız. İnsan düzgün fikri elə tərzdə çatdıra bilər ki, haqsız vəziyyətinə düşər… Yazanda gərək düzgün sözlərdən istifadə edəsən, qərəzli yanaşmayasan və yeni bir məlumat verirsənsə mütləq səhih mənbələrə əsaslanmalısan.
kocharli
Dinimizde qadinlarin bele bir huququ var ki,etdikleri ev islerine gore erlerinden emek haqqi alsinlar.Bu dinimizin qadina verdiyi deyerin sadece bir cumlesidir.Qadinin erine itaetine gelince,sade bir misal;qadinin heyat yoldasinin qarsisina corek qoymasi bele itaet sayilir.Bundan basqa her bir qadin sevdiyi insan ucun her seyi edir.Ele qadinin hemin etdikleride erine itaet sayilir.Qebul etsekde etmesekde,qadin erine itaet etmelidir.Bu dinimizin buyrugudur.Itaet sozunu oxuyanda hec kese qorxulu qelmesin.Qadinin erine itaeti vacib oldugu qederde,kisilerinde qadinlar qarsisinda ohdelikleri var.
Ferbara
Burda bir şeylə heç razı deyiləm. Qadın ərinə qulluq edirsə, ona əmək haqqı verməyi qəbul etmirəm. Qadın ona sidq ürəklə qulluq edər, pula görə yox. Məhz qulluğa görə pul vermək onu yadlaşdırmırmı?
kocharli
qadin erine qulluga gore yox,ev islerine gore emek haqqi ala biler.
Ferbara
Olsun. Mən razı deyiləm.
Ferbara

Uşağa süd verməyə görə, ev işlərinə görə qadına pul vermək ərəblərdən çıxar. Türkə bu cür şeylər ziddir.

kocharli
usaga sud vermek her bir ananin islami borcudur.dinimize gore her ir ana usaga 2 il sud vermelidir.
Ferbara
Süd verməməlidi demədim. Südü pulla vermək düzgün deyil. İnsanlıq ərəblərdə pulla ölçülür deyəsən.
Rene
Bilirsiniz, ərəblər ayrı, İslamın qaydaları ayrı. İslamı ərəblərə görə ölçmək düzgün deyil məncə (söhbət bugünkü ərəblərdən gedir). Klon serialına ki çoxumuz baxmışıq. Ordakı ərəblərin həyat tərzi guya İslama uyğun idi ki?..  
Sadəcə burda bəziləri ya məlumatı dəqiq bilmədikləri halda yazırlar, ya düzgün əsaslandıra bilmirlər ki, belə anlaşılmazlıqlar yaranır, məncə. :)
Bir də ki, bu qədər qadınların ərə itaətindən bəhs edildi, gəlin bir də qadınların kişilər üzərindəki haqqlarından bəhs edək, ay kişilər. Görüm onda da belə aktiv olacaqsınızmı. Necə fikirdi? :)
Ferbara
Amma məncə indiki formalaşmış və burada yayılmış islam dinində ərəb və fars mentalitetinin izi görünür.
Rene
Birinci dəfədir bu əmək haqqı söhbətini eşidirəm, açığı… Bəlkə də var, mən bilmirəm, ola bilər. Zəhmət olmasa bu məlumatı hansı mənbəyə əsaslanaraq verdiyinizi qeyd edin.
məryam
O əmək haqqı əvəzinə olmazmı, əri ona ev işlərində kömək etsin?
MaksiMuS
Emek haqqi söhbetini oxuyanda etim tökuldu.qadin iwe duzelmiree,evin xanimi olur aile qurmaqla!
puma

Kayzençilərin bu qədər sözü ucundan tutub ucuzluğa aparacaq intellektə sahib olduqlarını bilməzdim, həm də çox ucuzluğa. Mən bura ona görə qoşulmamışdım. Bildiklərimdən daha artığını öyrənə bilmək, paylaşmaq və s. məqsədilə qoşulmuşdum. Məndən bu qədər. Sizə «bu mübahisələrdə» uğyrlar arzulayıram. Son söz olaraq bunu demək istəyirəm: Allah  dünyanı yaratdıqdan sonra Adəm və Həvvanı yaratdı və ikisinə də eyni güc,eyni iqtidarlıq verdi. Əgər dünyada kişilər özün tək idarə eliyə bilərdilərsə, Allah qadını yaratmazdı, yox əgər qadınlar özlərini tək idarə eləyə bisəydilər Allah kişiləri yaratmazdı. Həyatda nə qadın kişisiz, nədə kişi qadınsız yaşaya bilməz. İtaətə gəlincə, hər ikisi ömürlərinin sonuna kimi bir-birlərinə itaət etməyə borcludur,ən azı Allah xətrinə.


Bütün Kayzençiləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm.Həyatda can sağlığı, (ondan böyük nemət yoxdu) yalnız uğurlar arzulayıram. Ayrılsam da vaxtım olduqca sizin gözəl yazılarınızı izləyəsəyəm. ƏLVİDA.

Kinosunas
Anladığım qədəriylə fikrimi çatdıra bilməmişəm.Nəsə olsun.Pumaya qatılıram və doğurdan da söhbəti ucuzluğa aparmamaq üçün artıq şərh yazmayacam.Məndən bu qədər.
məryam
Allaha şükür bitdiysə. Dastan açmısınız.
Ferid_Zeynalli
Bekar əhli buna diyirlər e..............................A bala işivüz gücüvüz yoxdu süzün? Biri ərəblərdən danışır, nə bilim biri kimlərdən danışır. Siz gedün bir heç olmasa diyirəm aaaa… ərəblər kimi ibadət eliyün sora gəlün danışunda. Azərbaycan millətinin nəyidə olmasa hərşeyi yozmağı var. Bu işdə bizə çatan olmaz. Yazdığım yazının məğzi qalıb bir qırağda hərə bir şey danışır. Rene xanım səhih hədis bilirsüz heç nədi?
Roma79
Axsaminiz xeyir olsun
Roma79
Bu vaxti sizleri narahat etdimse uzurlu bilin. Meqaleni oxudum ve qebul edirem. Qebul etmeyede bilmezdim cun ki, Allahin sozudur. Ona gore yox ki, mene serf edir deye. Meqaleni oxudiqdan sonra werhlere nezer saldim. Semimi oz fikurini bildirenlere tewekkur edirem. Her kes burada oz xezinesini paylawir oz fikirleri altinda. Size yalniz bir iki sualim var. 1. Siz hardasa oxuyursuz ve ya oxumusuz ve ya iwleyirsinizmi? Her bir halda elbet hami bilur ki, bir muessenin bir muduru olar ve elinin altinda bir nece iwcisi cinsinden asli olmayaraq. O muessenin irelilemesi ucun nizam intizama riayet olunmasi vacibdir. O nizam intizami iwcilere catdiran ve onlardan teleb eden kimdir?  Cavabin demirem. Yene bir sual ile size muraciyet eirem. Sizce her hansisa muessenin iwcileri, muessenin irelilemesi ucun mudurun teleblrine riayet edirse bu kolelik ve ya alcaqliq syailr?  Ve ya wagird, telebe oz muelliminden icaze alirsa bu alcaqliqmi sayilir?  Bele olan halda eger bu alcaqliq sayilmirsa ve ya kolelik sayilmirsa niye xanimin oz beyine itaet etmesine gelende bezi insanlar daw atib bawini tutur. Kolelik donunu geyindirerek, adini kolelik qoyur. Halbu ki, bu qadinin cenete dogru yonelmesi ve qazanmasi ucun Allah terefinden bir lutf ve rehmetdir. Beden bawsiz yawaya bilmediy kimi xanimda iz erine itaet etmeden yawaya bilmez ve elecede erde oz xanimini ehtiyaclarini odemese yawaya bilmez. Sozum normal insanlara aitdir. Xanimlar ve beyler bu boyuk bir alimin sozudur. Aile qarwiliqli guzewtler uzerinde qurulur. (Aytullah Behcet.). Allah rehmet elesin.