Ər və arvadın irsi

Məsələ 2778: Əgər qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2779: Əgər bir kişi ölsə və övladı olmasa, malının 4/1-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 8/1 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən, həmçinin bina və ocaq kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar.
Davamı →

And içməyin hökmləri

Məsələ 2679: Əgər bir işi yerinə yetirəcəyinə ya tərk edəcəyinə and içsə, məsələn; oruc tutmağını ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, gərək kəffarə versin, yəni bir qul azad etsin ya on fəqir doydursun ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün oruc tutsun və gərək oruc ardıcıl olsun.
Davamı →

İslamda yemək qəbulu

Məsələ 2645: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
  1. Yeməkdən qabaq hər iki əli yumaq.
  2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
  3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.

Davamı →

Heyvanların başını kəsməyin və ovlamağın hökmləri

Məsələ 2592: Əti haram olmayan heyvanlar istər vəhşi olsun, istər ev heyvanı (onların adları yemək və içmək hökmlərində çəkiləcək) əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin başı kəsilməmiş yeməsi halal olur.
Məsələ 2593: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Davamı →

İnsanın tapdığı malın hökmləri

Məsələ 2573: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa və onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) olsa ya olmasa, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onun sahibi tərəfindən fəqirə sədəqə versin.
Məsələ 2574: Əgər tapdığı malın qiyməti bir dirhəmdən az olsa və sahibi məlum olsa, insan bilməsə ki, o razıdır ya yox, onun icazəsi olmadan götürə bilməz. Əgər sahibi məlum olmasa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Davamı →

İzdivacın müxtəlif məsələləri

Məsələ 2452: Zövcəsi olmaması səbəbi ilə harama düşəcək olan şəxsin evlənməsi vacibdir.
Məsələ 2453: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, qadın bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən ala bilər.
Məsələ 2454: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya girmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.
Davamı →

İzdivacı haram olan qadınlar

Məsələ 2393: İnsan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla məhrəm olduqları üçün izdivac etməsi haramdır.
Məsələ 2394: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, ananın anası, atanın anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2395: Əgər bir qadını əqd edər və onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Davamı →

İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
Davamı →

Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm, səlləllahu ələyhi və alihdən, rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, onun malı arta və məlaikələr ona rəhmət göndərərlər və əgər öz borclusu ilə xoş rəftar etsə, hesabsız və sürətlə Siratdan keçər. Və bir şəxs, müsəlman qardaşından borc istədiyi halda ona borc verməzsə, Cənnət ona haram olar».
Məsələ 2281: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə olarsa, səhihdir.
Davamı →

Vəkalət hökmləri

Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; müamilə kimi, başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil edər ki, onun evini satsın ya bir qadını onun üçün əqd etsin.
Məsələ 2265: Vəkalətdə, vəkalət əqdinin oxunması lazım deyildir. Əgər insan, digərinə onu vəkil etdiyini bildirir, o da qəbul etdiyini anladırsa, məsələn; insan, malını satması üçün başqa birinə verər, o da malı alırsa, vəkalət səhihdir.
Məsələ 2266: Əgər insan başqa şəhərdə olan bir kəsi vəkil etsə və onun üçün vəkalətnamə göndərsə və o qəbul etsə, vəkalətnamə bir müddətdən sonra yetişsə də vəkalət düzdür.
Davamı →