Рейтинг
+7.17

İslam tarixindəki şəxslər

35 üzv, 41 topik

Əli bin Əbu Talibin (Allah ondan razı olsun) fəziləti

1. Ənəs bin Malik (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Alah ondan razı olsun) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (Alah ondan razı olsun) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhabələri bir-biri ilə qardaş etdi. Əli (Alah ondan razı olsun) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (Alah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) demişdir:“Mən kimin dostuyamsa, Əli də onun dostudur” (ət-Tirmizi, Mənaqib, 3714).

4. Səd bin Əbu Vaqqas (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) Təbuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Alah ondan razı olsun) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların yanında saxlayırsan?” Rəsulullah cavab verdi: “Sən Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” (Buxari; Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 3731).
Ardı →