Yeni Müsəlman olan kimsə

Biri Müsəlman, digəri Nəsrani olan iki qonşu, oturub, İslam dini haqqında danışırdılar. Dindar və abid olan Müsəlman, İslamı o qədər izah etdi ki, Nəsrani olan qonşusunun ürəyi İslama istiləndi və sonunda İslam dinini qəbul etdi.Səhər vaxtı idi. Yeni Müsəlman olan Nəsrani, qapısının döyüldüyünü eşitdi. Narahat bir şəkildə soruşdu:-Kim o?Gələn Müsəlman qonşusu idi.Yeni Müsəlman olan adam təkrar soruşdu:-Bu saatda xeyrdir?-Tez dəstəmaz al və paltarı gey ki məscidə gedək.Yeni Müsəlman olan adam ilk dəfə dəstəmaz aldıqdan sonra, özünə bu dini təbliğ edən yoldaşıyla məscidin yolunu tutdu.Halbuki səhər namazına daha vaxt vardı və məscidə getdikləri vaxt gecə namazı vaxtı idi.Birlikdə məscidə girdilər və səhər namazına qədər çox namaz qıldılar. Sonra səhər namazını edib hava işıqlanana qədər dua oxumaqla məşğul oldular. Yeni Müsəlman olan adam, evinə getmək üçün qalxdığında yoldaşı soruşdu:-Nə oldu, hara gedirsən?-Evə gedəcəyəm, deyə cavab verdi. Səhər namazını etdik. Artıq işimiz yox.-Bir az səbr et. Namazın dua və zikrlərini günəş doğulana qədər oxu.-Yaxşı deyərək oturub günəş doğulana qədər ibadətlə məşğul olduSonra getmək üçün qalxdığında, Müsəlman yoldaşı bu səfər ona bir Quran verdi və belə dedi:-Hələlik Quran oxumaqla məşğul ol, günortana qədər. Sənə bu gün oruc tutmağını tövsiyə edirəm. Oruc tutmanın nə qədər savab olduğunu bilə bilməzsən.Yavaş yavaş günortan vaxtı yaxınlaşmışdı. Müsəlman adam, yeni Müsəlman olan yoldaşına:-Səbr et günortana bir şey qalmadı. Günortan namazını da məsciddə et, dedi.Günortan namazını etdikdən sonra da ona:-Səbr et az bir zaman sonra ilkindinin fəzilət vaxtı gələcək. Onu da fəzilət vaxtında edək, dedi.İlkindini də etdikdən sonra:-Axşama bir şey qalmadı, dedi və yoldaşını axşam namazına qədər gözlətdi. Yeni Müsəlman olan adam, axşam namazından sonra iftar edə bilmək üçün evinə getmək istəyincə, yoldaşı ona:-Səbr et şam namazı qaldı, deyərək onu xəbərdar etdi.Amma bir müddət sonra məğrib namazının fəzilət vaxtı gəldi; beləcə məğrib namazını da etdilər.Nəhayət yeni Müsəlman olan adam qalxdı və yorğun-arğın şəkildə evinə getdi.İkinci gecə səhər vaxtında, yenə qapının çal eşidən adam soruşdu:-Kim o?-Mənim qonşun... Üzərini gey, məscidə gedək.-Mən dünən axşam məsciddən döndüyümdə, bu dindən istefamı verdim. Get, işi gücü olmayan birini tap ki, bütün zamanını məsciddə keçirə bilsin. Mən kasıb və ailə sahibi bir insanım. İşimin, gücümün arxasında olmalıyam.İmam Cəfər Sadiq (a.s) bu hekayəni səhabələrinə izah etdikdən sonra belə buyurdu:Beləcə təzyiqçi abid, biçarə adamı doğru yola gətirdikdən sonra, təkrar öz əliylə onu yoldan çıxarmışdır. Bu səbəbdən sizlər də bu həqiqətə diqqət yetirin ki, insanlara qarşı təzyiqçi olmayın. İnsanların gücünü, dözümünü və qabiliyyətlərini göz qarşısında saxlayın. Ancaq bu şəkildə insanları dinə istiləndirib, qaçmalarına maneə ola bilərsiniz. Əməvilərin siyasətinin təzyiq və şiddətə söykənən olduğunu bilmirsinizmi? Halbuki bizim yolumuz və üsulumuz; mülayimlik, yaxşı dolanmaq və ürəkləri qazanmaqdır.
 

0 şərh