Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 89 topik

Dini Kəlamlar və onların mənası

Allah

Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsəlmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah«dır. İlah sözü nəzərdə tutduğumuz Allah — Yaradan, Yaşadan, Yardım edən, Ən Uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz „İLAH“ sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə „AL“(»əl") müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH" mənası verən, daha dəqiq, daha konkret olan «AL-İLAH» sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qrammatikasının inkişafı tarixində «AL» müəyyənlik artiklindən sonrakı "İ" saitinin öz mahiyyətini itirməsi nəticəsində «AL-İLAH» ifadəsi «ALLAH» kimi oxunmağa və səslənməyə başlayıb.

Bismillah

«Allahın adı ilə», yaxud «Başlayıram Allahın adı ilə» deməkdir.
Ardı →

Təqlidin hökmləri

Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlillə olmalıdır. Üsuli-dində təqlid mümkün deyil. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Amma İslamı əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mömin sayılır, bütün İslam və iman hökmləri də onun üzərinə düşür. Müsəlman dinin zəruri və qəti olmayan hökmlərində ya müctəhid olub dəlillərdən nəticə çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini yerinə yetirərkən yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir, məsələn, bir əməlin, müctəhidlərin bəzisi haram, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. O halda müctəhid olmayan şəxslər və ehtiyata əməl edə bilməyənlər, bir müctəhidə təqlid etmələri vacibdir.


Ardı →

Allaha təvəkkül – imanın ən yuxarı mərtəbələrindən biri

“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“...Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“...Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” — 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
Ardı →

İslam dini haqqında

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3)
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54)
Davamı →

Nə ücün qadınlar örtünməlidir?

Bu gün cəmiyyətimizin ən böyük problemlərindən olan iffətsizliyin, günü-gündən artması təbəqəsindən, vəzifəsindən və irqindən asılı olmayaraq hər bir insanın dərdidir. Planlı şəkildə xalqımızın arasında əxlaqsızlığın və mənəviyyatsızlığın yayılması hər birimiz üçün danılmaz bir həqiqətdir. Görəsən bu həqiqətə göz yummağımızın özü də bir həqiqətdirmi? Əgər bəzi insanların soyunub açıq-saçıq gəzməyi mədəniyyət kimi qəbul etmələrini Allah da qəbul etsəydi, o zaman heyvanlar aləmi çılpaq gəzdiklərinə görə ən mədəniyyətli varlıqlar hesab olardılar. Demək bu belə deyilsə bəs nədir? Unutmamalıyıq ki, əxlaqsızlıq bir növ ictimai xəstəlikdir və hamı bilməlidir ki, bu xəstəliyə qarşı mübarizə aparılmadığı təqdirdə hər bir şəxsin ailə üzvlərinin, yaxın adamlarının buna yoluxması qaçılmaz bir işdir. Bu gün əksər insanların cəmiyyəti bürüyən bu epidemiyaya qarşı elmi-tərbiyəvi mübarizə aparmaması çox maraqlıdır.
Ardı →

Əlifzəbər – Ə



Zöhr-Zöhr islamın insanlara vacib buyurduğu beş namazdan birinin adıdır.Zöhr kəlməsinin lüğəti mənası «günəşin zenit nöqtəsinə çatdığı vaxt»dır.Bu namazın adından da göründüyü kimi,onun qılınma vaxtı günəş zenit nöqtəsinə çatdıqdan sonradır."İsra" surəsinin 78-ci ayəsində Zöhr namazının qılınma vaxtına işarə edilib,«Bəqərə» surəsinin 238-ci ayəsində isə ona xüsusi təkid edilib.Zöhr namazı 4 rükətdir.Lakin səfərdə olan şəxs Zöhr namazını 2 rükət qılmalıdır.Bəzi islami mənbələrə əsasən ,İslamda namazın vacib edildiyi ilk vaxtlarda Məhəmməd Peyğəmbər (s.a.s) Mədinəyə hicrət edənə kimi bütün namazlar ,o cümlədən,Zöhr namazı müsəlmanların ilk nqıldığı namaz olub və zöhr adlandırılması bununla əlaqədardır,yəni «ilk zahir olan,üzə çıxarılan,qılınan namaz».Bizdə el arasında Zöhr namazına günorta namazı da deyilir.


Ardı →

Kəbə haqqında

Ayə və hədislərdən də bəlli olduğu kimi Kəbə insanlara məbəd olaraq yer üzündə tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulmuşdur. Allahu-Təala Qurani Kərimdə belə buyurur:


«Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...» (Al-İmran 96)


Ardı →

Hicrət haqqında ətraflı məlumat

«Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. «(Quran, Nisa, 100)


İstər İslam tarixində, istərsə də İslam fiqhində əhəmiyyətli yer tutan anlayışlardan biri də hicrətdir. Lüğəti mənada bu söz tərk etməyi, ayrılmağı, istilahi mənada isə Allahın qadağan etdiyi şeylərdən qəlb, dil və əməllə qaçmağı ifadə edir.


Hicrət özündə olduqca geniş  mənanı ehva edir,  onu təkcə bir yerdən digər yerə köçmək formasında, feli bir əməl kimi qəbul etmək düzgün deyil. İbn Qeyyim (Allah ona rəhmət etsin) hicrəti bədən və qəlbin birgə mühacirəti şəklində izah etmişdir. Belə ki:


Ardı →

Quranda elm və elmi həqiqətlər

Quran təhsil, elm, ağıl və elmi tədqiqatlara böyük əhəmiyyət verməktədir. Bəzi elmi tədqiqatlara baxdığımız zaman Quranın bu həqiqətlərə işıq tutduğunu görə bilərik. Quran, elmi və elm adamlarını tərifləmiş, insanların cəhalət bataqlığından qurtulub elmin aydınlığına çıxmasını istəmişdir.


Ardı →