Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 89 topik

Həccin hökmləri

Məsələ 2044: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir və həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:
  1. Hədd-buluğa çatmış olsun.
  2. Aqil və azad olsun.
  3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
  4. Müstəti (Müstəti — həcc ziyarətinə getməyə maddi imkanı olan şəxs) olsun və müstəti olmağın şərtləri bunlardır:

Davamı →

Ehsan

İslam dini qurduğu cəmiyyəti yaxşılıq etmək, xeyirli işlər görmək, mərhəmətli davranmaq və bir-birini sevmək əsası üzərinə bina etmişdir. Dinimiz zəngin olsun, kasıb olsun, qohum olsun, güclü olsun zəif olsun, bütün müsəlmanların bir-birlərinə qarşı mərhəmətli olmasını, özü üçün sevdiyini qardaşı üçün də sevməsini, daim qardaşının yaxşılığı üçün çalışmasını, hətta gücü yetdiyi qədər qardaşını özündən üstün tutmasını əmr edir.
Yaxşılıq etmək Quranda ümumi olaraq “ehsan” termini ilə ifadə edilmişdir. (əl-Bəqərə, 83; ən-Nisa, 62; əl-Ənam, 151; əl-İsra, 23; əl-Əhqaf, 15) Ehsan “gözəl olmaq” mənasına gələn h-s-n kökündən törəmiş bir məsdər olub “başqasına yaxşılıq etmək” və “gördüyü işi yaxşı etmək” kimi iki fərqli  mənada işlədilmişdir. Ehsan sahibinə də muhsin deyilir.
Davamı →

Ölüm və sonrası

Dünya səyahəti ölümlə birlikdə bitər və bəşər övladı onu əbədi axirət yurdlarına aparan yeni bir səfərə çıxar. Məhz bu səfərdə insanlar istər mömün, istərsə də kafir olsun bir çox hadisələrlə qarşılaşarlar. Ayə və hədislər vasitəsilə əldə edə biləcəyimiz bu hadisələr haqqında məlumat  sahibi olmaq, axirət həyatımız üçün necə hazırlanacağımıza kömək edər.
Ölüm vaxtı
Ölüm vaxtı, ölən şəxsin sonrakı həyatı haqqında məlumat verir. Çünki Allaha inananla  inanmayanın ölüm anındakı halı birbirindən çox fərqlidir. Mömünlər ödükləri vaxt yanlarına mələklər gələr və onlara belə müjdə verərlər: «Qorxmayın, fikir eləməyin, sizə vəd edilən cənnətlə sevinin». Allahın ondan razı olacağını və onu bağışlayacağını eşidən mömin son dərəcə sevinər. Bir an əvvəl Allaha qovuşmağı, Allah da ona qovuşmağı istər.
Davamı →

Allah bir olduğu halda necə olur hər kəsi eyni anda görür?

      Allah-Təala birdir, bunda şüphə ola bilməz. Eyni anda təkcə insanları deyil, bütün məxluqatı, yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir möminin səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman, məkan kimi hər hansı bir şeylə məhdud deyil. O zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın əlində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz.
Ardı →

Pirlər,ziyarətgahlar və ya bizə Allahın əsl sifətini unutduran şəfa ocaqları...

İnsanların pir,ziyarətgah və ya şəfa ocaqları kimi olan hər hansı bir yerə inanmağını görəndə çox pis oluram.Məgər inanılası pənah aparılası yer yalnız və yalnız bir olan ALLAH deyilmi?Və əgər biz bütün bunlara inanırıqsa o zaman bizim bütpərəstlərdən fərqimiz nədi? Cəhalətdir vallah.Biri götürüb ziyarətgahdakı daşı camaatın bədəninə sürtüb deyirki şəfa tapasız.Düşünmürlərmiki şəfanı verən yalnız Allahdır?Çoxsu deyirki biz bununla Allaha şərik qoşmuruqki,sadəcə sevimli bəndəsinin xətrinə ondan şəfa diləyirik.İslam bizə Allahın kiməsə görə günahlarımızı bağışlamağı və ya kiminsə xətrinə görə şəfa verəcəyini öyrətmirki.İnsan yalnız öz əməllərinə,öz taleyinə görə yaşayıb sorğu sual olunur.Qurani Kərim buyurur:
Ardı →

Kimlər şəhid olur

Şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.

Kimlər əslində şəhid olur

Şəhid və şəhadət xüsusi ilə müasir cəmiyyətimizdə çox bəhs edilən bir mövzuya çevrilmişdir. Belə ki, bu xalq dövlət və millət olma yolunda qan tökmüş, ölmüş və öldürmüşdür. Bu ölümlər cəmiyyətimizə özü ilə bərabər şəhidlik məfhumunu gətirmişdir. Əslində şəhidlik anlayışının bir müsəlman xalqı kimi bizim tariximizdə çox dərin köklərə malik yeri var. Çün ki, “haqq, hüquq”, “xalq”, “millət”, “ədalət” və s. kəlmələr kimi şəhidlik də İslami bir dəyərdir, kökü Allahın kitabı Qurana bağlıdır.

Fəqihlər şəhidi üç növə ayırırlar:

1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar
Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər.


Ardı →

Allah qorxusunun yeddi əlaməti .

Mömin insan, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq sahibi Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:

1. Dil yalandan uzaqlaşar

Allahdan qorxan qul dilini yalandan, dedi-qodudan, intriqaçılıqdan, böhtandan və boş danışmaqdan qoruyar, bunlar yerinə onu zikrlə, Quran oxumaqla və elmi danışmalarla məşğul edər.


Ardı →

Namazın faydası

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Əz-Zariyat surəsi, 56)
İbadət Quranda bildirildiyi kimi, yaradılışımızın səbəbidir. Zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur.
İlk olaraq namazın əsas şərti olan dəstəmazın insan orqanizminə müsbət təsirləri barədə bəzi maraqlı məqamlara nəzər salaq.
Dəstəmaz və ya qüsl vasitəsilə:
1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3. Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
Ardı →

Bügün İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Bütün tarixçilərin nəzərinə görə əziz Peyğəmbərimiz (s) 570-ci miladi ilində dünyaya gəlmişdir. Həzrətin (s) vəfat tarixi 632-ci miladi ilidir. Peyğəmbərimizin (s) o zaman 63 yaşı var idi.

Tarixçilər bu fikirdədir ki, Həzrət Rəbiül-əvvəl ayında dünyaya gəlmişdir. Ancaq doğum günü arasında fikir müxtəlifliyi vardır. Əhli-beyt (ə) alimləri bu fikirdədir ki, Həzrət (s) rəbiül-əvvəlin 17-də dünyaya gəlmişdir. Həzrət (s) cümə günü o mübarək gözlərini dünyaya açır. Əhli-təsənnündən olan bəzi mənbələr isə 12-si olduğunu iddia edir.

Həzrət (s) dünyaya gələn zaman Əbdülmüttəlib qoyun qurbanı kəsir. Qureyşi dəvət edir və onların toplaşdığı məclisdə Həzrətə (s) ad qoyur. Övladının adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, niyə bu övladın adını Muhəmməd qoyursan? Bu ad ərəblərin arasında çox nadir bir ad idi. Deyir: “İstədim ki, həm yerdə və həm də göydə onu mədh etsinlər. Allah bu adı öz Mahmud adına yaxın olan bir ad kimi seçmişdi. Mahmud yəni bəyənilən, Muhəmməd isə mədh edilən deməkdir. Hər iki söz bir maddədən götürülmüşdür”.


Ardı →

"Amin" sözünün etimalogiyası

“Amin” sözünün etimologiyası qədim misir allah Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı sayılır.
Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dildə olan kitabda isə Amin yaradılışın başlanğıcı və hər şeyin şahidcisi kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmudda Amin sözü – “güvenilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.

Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun)


Ardı →