Рейтинг
+21.87

istinad-hərəkət apparatı

21 üzv, 37 topik

Oynaqları təmizləyək

Oynaqları ən gözəl təmizləyən bitki dəfnə yarpağıdır.15-20 ədəd dəfnə yarpağını 1 litr suya töküb zəif odun üzərinə 5 dəqiqə qaynadın.sonra termosa  töküb 3-4 saat saxlayın.Süzüb soyutduqdan sonra 10-12 saat ərzində kiçik qurtumlara için.Dəfnə yarpağından hazırlanmış dəmləməni ildə 1 dəfə 3 gün müntəzəm içmək lazımdır.
Diqqət! Prosedurlardan əvvəl mütləq 1 litr su ilə təmizləyici imalə edin.Ümumiyyətlə yoğun bağırsağı təmizləmək lazımdır.Dəfnə yarpağı çox güclü vasitədir.
Ardı →

Artroz və artrit

Artroz və artritlər oynaqların son illərdə təsadüf edilən ən geniş yayılmış xəstəlikləridir. 50 yaşdan yuxarı insanlarda təxminən 27,5% hallarda, 70 yaşdan yuxarı insanlarda isə təqribən 97% hallarda bu xəstəliklərə təsadüf olunur. Bu xəstəliklərin proqressivləşməsi isə bir çox hallarda əlilliyə gətirib çıxarır.
Artrit və ya artroz oynaqların (eləcə də sümüklərin) xəstəliyi olub, qığırdaq toxumasının normal strukturunun zədələnməsi ilə müşayiət olunur. Normal vəziyyətdə oynaq qığırdaqları lövhə şəklində oynağın üzərində yerləşir və oynaqların ağrısız, maneəsiz hərəkətinə kömək edir, onları «yeyilməkdən», sürtünmədən qoruyur.


Ardı →

Radikulit

Radikulit hazırda ən çox yayılmış xəstəliklərdən biri kimi insanların əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bel nahiyəsində kəskin ağrılar, yerimənin çətinləşməsi insanları yataqdan qalxmamağa vadar edir. Bəzən yerli olaraq müxtəlif məlhəmlərin işlədilməsi də effekt vermir.   Bununla belə, radikulitə qarşı bir çox vasitələr var ki, onlardan istifadə etməklə müalicəni tezləşdirmək, vəziyyəti yüngülləşdirmək mümkündür.
Ardı →

Bel ağrıları

Beldəki ağrı işləyən və təhsil alanlar arasında çox geniş yayılmış problemdir.
Oturaq vəziyyətdə — sükan, parta, kompyuter arxasında vaxt keçirən adamlar tez-tez beldəki ağrıdan əziyyət çəkirlər. Lakin buna çox az diqqət yetirirlər. Hesab edilir ki, bu ağrılar müalicə olunmur və öz-özünə keçir. Lakin əslində hər şey daha mürəkkəbdir. Beldəki ağrıların səbəbləri nələrdir və onlardan hansıları tibbi yardım tələb edir?
Ardı →

Sarğılar

Desmurgiya — cərrahlığın bir bölməsi olub, sarğıların növlərini və sarğı qoyulması texnikasını öyrənir.
Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə ayırırlar.
Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materiallarını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabənzər, bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.


Ardı →

Çox oturmaq sümükləri zəiflədir

Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.
Davamı →

İstinad-hərəkət sistemi

İstinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri və əzələlər aiddir. Skelet istinad-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. Skelet 200-dən artıq sümükdən ibarət olub, orqanizmdə istinad funksiyasını daşımaqla bərabər, qanın mineral tərkibinin sabit saxlanılmasına zəmin yaradır, eyni zamanda sümük iliyini, mərkəzi sinir sistemini, ürəyi və bəzi digər orqanları mühafizə edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. Formasına görə sümüklər 4 qrupa bölünür: uzun sümüklər-əsasən borulu sümüklər olub, ling vəzifəsi daşıyır. Onların iki — uc hissəsi və bir cismi vardır. Qısa sümüklər — skeletin daha az hərəkət, elastiklik və möhkəmlik tələb edilən hissələrində olur. Bunlara fəqərələr, bilək və ayaq daraqarxası sümükləri aiddir. Yastı və enli sümüklər — boşluqların divarlarını əmələ gətirir. Qarışıq sümüklər gicgah, üz sümükləri və digərləridir.
Davamı →