Kitabsevərlər üçün bir-birindən maraqlı 10 kitab

Kitablar bizi xəyallar aləminə aparan sadiq dostlarımızdır. Ancaq heç də hər kitab oxucu ilə dost ola bilmir.
Bu postda bir-birindən maraqlı hesab etdiyimiz 10 kitabı sizlərlə paylaşırıq.
Siyahıdakı bu kitablar Azərbaycanda ən çox satılanlar arasında yer alan kitablardır və hər biri öz mövsusuna görə oxucuda maraq və həyacan yaratma potensialına sahibdir.  
  Kitabsevərlər üçün bir-birindən maraqlı 10 kitab  maraqlı kitablar maraqli
  1. Aşiq xəyalət

    Müəllif: Mark Levi


    SPOİLER VAR!

    Kitab haqqında
    Gənc pianoçu Tomas bir gün evində xəyalət görür. Xəyalət
    ən böyük arzusunun həyata keçməsi üçün ondan kömək istəyir.
    Bu onun atasının kabusudur! Tomas ona kömək etmək üçün
    kənardan axmaqca görünən bir seçim edir: bütün iş-gücünü atıb
    təyyarə ilə San-Fransiskoya yollanır. Bu ölkədə isə onu sürprizlər
    gözləyir. Tomas atasına verdiyi sözü tuta biləcəkmi? Orada qarşılaşdığı
    qadın necə, ona yardım edir, yoxsa mane olur?

  2. Bir Üstəgəl Bir

    Müəllif: Jojo Moyes


    SPOİLER VAR!

    Kitab haqqında
    JoJo Moyesin “Bir üstəgəl bir” romanı – valehedici, oxucunu sonadək həyəcanlı durumda saxlayan əsər iki tənhalığın birləşdiyi zaman nələr yarada biləcəyindən bəhs edir.
    Cess Tomasın iki uşağı və iki işi var. Hər gün yorucu iş. Həm yad evlərdə, həm də öz evində. Ona kimsənin yazığı gəlmir, kənardan köməyə də özü bel bağlamır. Buna görə də bəzən Cess riskli qərarlar qəbul etmək məcburiyyətində qalır.

    Dəlisov ailə.
    Tanzi – Cessin əcaib-qəraib, lakin istedadlı qızıdır.
    Nikki – Cessin ögey oğlu da məktəbdəki bir dəstə dələduz və dəcəl yaşıdları qarşısında aciz qalıb.
    Bəzən Cessə elə gəlir ki, vəssalam, hər şey bitdi. Lakin Ed Nikolsla tanışlıq onun bütün həyatını dəyişir. İki ruhən tənha adam müxtəlif və çoxsaylı çətinlikləri adlayaraq, nəhayət, birgə həyata başlayırlar.

  3. Əqrəb

    Müəllif: Ceyhun Hidayətli

    SPOİLER VAR!

    Kitab haqqında
    Məşhur biznesmen Qurban Kazımovun sakit keçən həyatı birdən-birə alt üst olur. Həyatda hər şeydən dəyərli hesab etdiyi ailəsinin başına gələnlər onun da yaşamaq həvəsini öldürür. Türkiyədən yenicə qayıtmış dedektif Kənan Orucov baş verən hadisələrlə bağlı ona köməklik etməyə çalışır. Amma əldə etdiyi nəticə ….

    Bir gün qurbağa ilə əqrəb dost olurlar. Bir-birlərinə ömür boyu sadiq qalacaqlarına, həmişə kömək edə- cəklərinə söz verirlər. Aradan bir müddət keçdikdən sonra çayın qırağında dayanan qurbağa əqrəbin çaya yaxınlaşdığını görür. Əqrəb qurbağadan onu çayın digər tərəfinə keçirtməsini xahiş edir. Qurbağa əqrəbə onu belinə alıb qarşı tərəfə keçirtməkdən qorxduğunu deyir. Əqrəb bunun səbəbini soruşduqda qurbağa, əqrəbin onu sancmasından çəkindiyini bildirir. Əqrəb qurbağaya: – Axı biz dostuq. Həm də mən səni sancsam, özüm də suda boğulub ölərəm. Belə bir şeyi niyə edim? – deyir. Qurbağa bir qədər fikirləşdikdən sonra əqrəbin dediklərinə inanır. Əqrəbi belinə götürüb çaya girir və üzməyə başlayır. Düz çayın ortasına çatdıqda qurbağa belində bir ağrı hiss edir. Çox keçmədən əqrəbin onu sancdığını başa düşür. Ölmək üzrəykən son nəfə- sində əqrəbdən bunun səbəbini soruşur: – Bəs biz dost idik, əqrəb qardaş?! Mən sənə kömək edirdim. Sən niyə belə bir şey etdin? İndi ikimiz də birlikdə öləcəyik. Əqrəb isə cavabında:
    – Nə edə bilərəm, qurbağa qardaş? Mən əqrəbəm. Sancmaq və xəyanət mənim təbiətimdə var, – deyir. Bundan sonra ölən qurbağanın belində olan əqrəbin özü də suda boğularaq ölür.

  4. Amerikan çirki

    Müəllif: Cenni Kummins

    SPOİLER VAR!

    Kitab haqqında
    Lidiya idealist jurnalist əri Sebastian və sevimli oğlu Luka ilə sevgi dolu bir həyat yaşayır. Lakin onların böyük ailələri ilə birlikdə qurduqları bu xoşbəxt ev birdən-birə alt-üst olur: Los Jardineros Lidiyanın ailəsinin on altı üzvünü öldürdü. Üstəlik, bu qətliama görə Lidiyanın dostu Xavyer məsuliyyət daşıyır. Lukadan başqa bütün ailəsini itirən Lidiya yaşadığı bu şeyin dəhşətindən tez bir zamanda çıxmalı, özünü və oğlunu xilas etməlidir.
    Sebastianın Los Jardineros və onun lideri Xavyer haqqında yayımladığı xəbərdən sonra bu qətliam Lidiya və Lukanın həyatlarını və ölülərini geridə qoyub kilometrlərlə səyahət etdikləri yol macərasına çevrilir. Lidia canından artıq sevdiyi oğlunu götürüb uzaqlara qaçır. Yolda onlar ABŞ-a can atan insan selinə qarışırlar. Yolçuların hamısının arxada qoyduğu maraqlı bir həyat hekayəsi var. Bəs çıxdıqları yol onları hara aparacaq?
    Gecə-gündüz səyahətdən sonra nəhayət Amerikaya çata biləcəklərmi?
    Xavyer onları izləyə biləcəkmi?
    Lidiya Xavyeri və yaşananları bağışlaya biləcəkmi?


  5. Mart bənövşələri

    Müəllif: Sarah Jio

    SPOİLER VAR!


    Kitab haqqında
    «Mart bənövşələri» müasir Amerika yazıçısı Sarah Jionun ən çox oxunan kitablarından biridir. Romanda böyük və əbədi məhəbbətdən söz açılır. Şəxsi həyatında uğursuzluğa uğrayan yazıçı qız əsəblərini dincəltmək üçün xalasının olduğu adaya gedir və burda yataq otağından bir gündəlik tapır. Bu gündəliyin sayəsində yazıçı on illərlə gizlin qalan ailə sirlərinin üstünü açır. Bununla da onun sevgi, həyəcan, təlatüm dolu əsl həyatı başlayır.

  6. Şirin portağal ağacım

    Müəllif: Joze Mauru di Vaskonselos

    SPOİLER VAR!

    Kitab haqqında
    “Yalnız uşaqlar nə axtardıqlarını bilirlər”, – deyirdi Eqzüperi. Biz bu həqiqəti “Şirin portağal ağacım”da balaca Zezenin timsalında görürük. Zeze kasıb bir ailənin dəcəl uşağı olsa da, qəlbi günəş kimi parlaq və insan sevgisiylə doludur.

    Beşyaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşib böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır bizə.
    Vaskonselos on iki günə yazdığı bu roman haqqında, “iyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım”, – deyirdi.
    Nəşr olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə çevrilən “Şirin portağal ağacım” orijinaldan, portuqalcadan tərcümə ilə Azərbaycan oxucusuna təqdim edilir.

  7. Səssiz şahid

    Aqata Kristi (Agatha Christie)

    SPOİLER VAR!


    Kitab haqqında
    “Səssis şahid” Aqata Kristinin dramatikliyi ilə seçilən romanlarından biridir. Əsərdə Erkül Puaronun öz iti zəkası, fəhmi ilə daha bir cinayət hadisəsinin üstünü açmasından bəhs edilir. Bu cinayət də çox zaman olduğu kimi tamah məqsədilə törədilib. Həm də qatil bir özgəsi deyil, qurbanın yaxın qohumlarından biridir. Lakin bu, onlardan hansıdır? Çünki özündən sonraya xeyli miras qoyub gedəcək yaşlı qarının ölümündə az qala qohumunun hamısı maraqlıdır. Bununla belə onlardan biri tələsib və qarının öz əcəli ilə ölümünü gözləməyib. Əsərin sonunda Puaro oxucular üçün də gözlənilməz olaraq sahibə xanımın ölümünü kimin təşkil etdiyini tapır.

  8. Rəqəmsal Qala

    Müəllif: Dan Brown

    SPOİLER VAR!


    Kitab haqqında
    ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat ba¬zasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu super¬dövlətin bütün gizli sir¬lərinin toplandığı məlumat bankı dördqat, beşqat kiber¬qalxanla müdafiə olun¬muşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xa¬ker keçə bilməz. Lakin bir ne¬çə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir…
    Beləcə, bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təzlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqi mənasında, fəlakətdir.
    Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz-üzə qalır…

  9. Qərb cəbhəsində yenilik yoxdur

    Müəllif: Erix Maria Remark

    SPOİLER VAR!



    Kitab haqqında
    Əsər Birinci Dünya müharibəsində iştirak edən gənc
    əsgərin düşüncələrindən bəhs edir. 19 yaşlı Paul Boymer
    özü də bilmədən məktəbdən birbaşa cəbhəyə yollanır.
    O, gözlədiyi döyüş həyəcanı və macəralar əvəzinə müharibənin amansızlığı ilə qarşılaşır. Dostlarının dəhşətli
    itkisi onu sarsıdır.
    Uzun illərdən bəri satış rekordları qıran kitab müharibənin
    dəhşətlərini
    aydın və canlı dillə təsvir edib.
    Roman həm də Birinci Dünya müharibəsinin bədii salnaməsidir.



  10. İnsanı yaşadan nədir?

    Müəllif:Lev Tolstoy


    SPOİLER VAR!


    Kitab haqqında
    Necə oldu ki, L. Tolstoy “Hərb və sülh”, “Anna Karenina” kimi böyük əsərlərdən sonra mənəvi-fəlsəfi səpkidə hekayələr yazmağa başladı? Bu, dahi yazıçının katarsisi idimi? Xeyr, Tolstoy öz katarsisini 50 yaşında yaşamışdı. İnsan tövbə eləyəndən sonra bir sıra suallar onu çənginə alır: “həyatımın mənası nədir?”, “mən nə üçün varam?”. Yazıçı “Etiraf” adlı avtobioqrafik əsərində bu suallarla “əlləşir”. Digər tərəfdən, Tolstoy öz qınına çəkilmir, xoşbəxt cəmiyyətin, insanlar arasında səmimi, TƏMƏNNASIZ münasibətin əsasını təşkil edən ünsürü tapmağa çalışır: “İndi başa düşürəm ki, Tanrı insanların ayrı-ayrılıqda yaşamağını istəmir. Ona görə də onlara ayrıca nəyin vacib olduğunun sirrini açmır və istəyir ki, insanlar birgə yaşasınlar. İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər. Əslində isə, sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı – elə sevgi deməkdir”.

    Maraqlı kitablar rublikasına davam edək?

 

0 şərh