Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

"The task"- dünyanın ən bahalı kitabı

 «The task» (tapşırıq) — dünyada ən bahalı kitab sayılan bu kitab cəmi 13 səhifədən ibarətdir.

«The task» kitabı dəyəri 153 million avro ilə ölçülür.

Kitabın müəllifi alman yazıçı Tomas Alexandr Hartmandır.

Bu kitabda fundamental suallara cavab verilir: «Biz kimik? Hardan gəlmişik? Bizim etməli olduğumuz əsas nələrdir?» və s.

İlk dəfə 2009-cu ildə Dubayda keçirilən sərgidə nümayiş etdirilib və sonradan müəllifin tələbi ilə bir daha sərgilənməmişdir.

Davamı →

Mütaliənin faydaları

1. Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.

2.  İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.

3. Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.


Ardı →

Kitab oxumağın faydaları

Kitab oxumaq insan həyatında mühüm bir yer tutur. Bu fəaliyyət sadəcə vaxt keçirmək üçün deyil, həmçinin özümüzü və dünyamızı daha yaxşı anlamaq üçün bir vasitədir. Kitablar bizə yeni dünyalar açır, fərqli fikirlərlə tanış edir və həyatımıza müxtəlif perspektivlər gətirir. Onlar, bizim düşüncə tərzimizi, hissiyyatlarımızı və hətta davranışlarımızı şəkilləndirir.

Kitab oxumağın əhəmiyyəti onun verdiyi bilik və məlumatlarla məhdudlaşmır. Əslində kitablar bizə öyrədir ki, həyatda hər şeyin bir mənası və qiyməti var. Onlar bizə öz-özümüzü ifadə etmək, düşüncələrimizi və hisslərimizi daha yaxşı anlamaq üçün lazım olan dil və ifadə vasitələrini təmin edir. Kitab oxumaq, həmçinin bizim dünyagörüşümüzü genişləndirir və bizə öz həyatımızda daha məqsədli və mənalı qərarlar qəbul etmək imkanı verir.

Bu yazıda kitab oxumağın faydalarını daha dərin və geniş şəkildə araşdıracağıq. Kitab oxumağın zehni və emosional faydalarından tutmuş sosial və şəxsi inkişafımıza necə kömək etdiyinə qədər bu mövzunu müxtəlif cəhətlərdən işıqlandıracağıq. Hər birimiz üçün kitab oxumağın nə qədər vacib olduğunu anlamağa çalışacağıq.


Davamı →

"İdiot"dan seçdiklərim


 F.M.Dostoyevskinin ən lirik əsəri sayılan "İdiot" romanını bundan bir neçə ay öncə oxumuşam. Romanı oxuyarkən bəyəndiyim bəzi cümlələri özüm üçün qeyd etmişdim. Bu yazımda isə onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:

• Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır.   

• Hökm ilə adam öldürmək,quldur kimi adam öldürməkdən  qat-qat dəhşətlidir.

• Şəfqət bütün bəşəriyyətin ən əsas ,bəlkə də, yeganə varlıq qanunudur.

• Lakin ən ehtiyatlı adam da, qonşu evindən başına düşən kərpicdən heç vaxt qoruna bilməz.

• Məsələ həyatdadır, yalnız həyatda, — heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir !

Ardı →

Vaxt darlığında oxumaq üçün nə etməli?

“Kitablar ən yaxşı sirr saxlamağı bacaran və ən etibarlı dostlardır, onlar ən müdrik məsləhətlər verəndirlər, onlar ən səbirli müəllimlərdir”.  Ç.U.Eliot

Yəqin ki, aramızda hər kəs nə vaxtsa öz-özünə «daha çox kitab oxumalıyam» demisiniz. Yaxşı valideyn, dost, əməkdaş, müdir, yazıçı, müəllim olmaq üçün çox kitab oxumalı olduğumuzun fərqinə varırıq.

İşdən evə yorğun qayıdırsınız, yemək yeyirsiniz, sonra bir az dincəlmək üçün TV-ni açırsınız, sonra Facebooka girirsiniz və yatmaq zamanı gəldiyini anlayanda oxumaq üçün vaxt qalmadığını dərk edirsiniz.


Ardı →

Oxuma sürətini necə iki dəfə artırmaq olar?

Gün ərzində kitabların oxunmasına bir neçə dəqiqə, elektron ünvanınızdakı məktubaların oxunmasına bir dəqiqə yarım vaxt sərf etmək istəyirsiniz? Oxuma sürətini iki dəfə artırmaqla vaxta necə qənaət etmək olar?

Buna nail olmaq çox asandır. Sizə taymer və beyninizdən istifadə etməyin yeni üsullarını kəşf etmək lazım olacaq.

1-ci addım: Fiziki duruş

Düz oturun, çiyinlərinizi boşaldın və döşəmədə ayaqlarınızı rahat şəkildə yerləşdirin. Tədqiqatçılar bu duruşun sizin tez oxumağınıza və yaxşı qavramağınıza kömək edəcəyini bəyan edirlər. Bunu indi edin. Daha sonra isə üzünüzün gərginliyini atın və gülümsəyin. Fərqi hiss edirsiniz?


Ardı →

Bədii əsər oxumaq beyinə necə təsir edir?

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinə uzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.


Ardı →

Biz niyə bədii ədəbiyyat oxumalıyıq?

Əgər sizdən “Biz niyə bədii ədəbiyyat oxumalıyıq?” soruşan dostlarınız varsa, onları görkəmli ingilis yazıçısı Nil Heymanın məruzəsi ilə tanış edin. 

Bu bir növ maraqlar deklarasiyasıdır. Beləliklə, mən insan həyatında bədii ədəbiyyat oxumağın ən vacib işlərdən biri olduğu haqda danışmaq niyyətindəyəm.

Belə görünür ki, mən qərəzliyəm, çünki mən yazıçıyam, bədii mətnlərin müəllifiyəm. Mən böyüklər üçün də yazıram, uşaqlar üçün də. 30 ilə yaxındır ki, çörək pulumu sözlərin köməyi ilə qazanıram. Şübhəsiz, mən maraqlıyam ki, insanlar bədii ədəbiyyat oxusunlar, kitabxana və kitabxanaçılar yaşasın və oxumağı sevməyə imkan yaratsınlar.

Beləliklə mən yazıçı kimi qərəzliyəm. Lakin mən oxucu kimi daha qərəzliyəm.


Ardı →

Çovdarlıqda uçurumdan qoruyan | Selincer

Bu gün haqqında yazacağım roman, böyük ümid və gözləntilərlə oxumağa başladığım Cerom Devid Selincerin yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" əsəridi. Əsərdən çox maraqlı olmasını gözləməmin əsas səbəbi onun haqqında oxuduğum fikirlər və bir neçə fakt olmuşdu. İndi o faktları qeyd edim, sonra görün mənə haqq verəcəksiniz, ya yox.

 Amerikalı yazıçı Cerom Devid Selincer bu romanı 1951-ci ildə qələmə almış və roman üzərində 9 il işləmişdir. Roman yazıçıya dünya şöhrəti qazandıraraq qısa müddətdə 60 mln. nüsxə ilə satılmışdır.
Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Əsərin təsirindən intihar edən gənclər belə olub.
Roman vulqar ifadələrinə və bir çox səbələrə görə bir müddət qadağan edilmişdir.
Ən maraqlısı isə odur ki, ABŞ prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. 
Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır. 

Yuxarıdakı fikirlərdən sonra bu romanı qısa müddətdə əldə edib oxumağa başladım. Əsər dilimizə Tehran Vəliyev tərəfindən tərcümə edilmişdir və əminliklə onu deyə bilərəm ki, «Qanun» nəşriyyatının bu günə qədərki ən yaxşı tərcüməsidi, mənə görə. Ən əsası ona görə ki, romanın tərcüməsi zamanı bədiiliyə diqqət edilib və hərfi tərcümələr yox dərəcəsindədi. Təkcə kitabın üz qabığını bəyənmədim, ona görə də topikdəki şəkili özüm milliləşdirmişəm.
Ardı →

Ən yaxşı giriş cümlələri

Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq.
Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır.
Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

“styilist.co.uk” saytı “ Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Onlardan bəziləri:

C. D. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”
“Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur.”


Ardı →