Müsli batonu

Müsli batonunu hazirlanması qaydası.

Tərkibi:

400 q qoz-fındıq (araxis, badam və s.)
300 q quru meyvə və sukat (kişmiş, ərik, albalı, ananas, əncir və s.)
150 q tum (günəbaxan, boranı tumu və s.)
100 q yulaf lopası
50 q həcmli düyü
1 ç.q. darçın (istəyə görə)

sirop üçün:
250 q araxis yağı (pasta)
250 q bal
50 q şəkər tozu
1 ç.q. vanil ekstraktı və ya 1 x.q. şəkərli vanil (yaxud bir çimdik qatqısız vanil)
150 q acı şokolad

Quru meyvə və sukatları doğrayın (çox xırdalamayın). Qoz-fındığı xırdalayın, bunları tumlar, yulaf lopaları ilə qarışdırıb siniyə tökün.

200 dərəcə qızdırılmış sobada aradabir qarışdıraraq təxminən 10 dəqiqə qovurun. Çıxarıb quru meyvə, həcmli düyü, darçın əlavə edin.
Sirop bişirin: bunun üçün lazım olan ərzaqları bir qazançaya yığıb orta itilikdə ocağın üzərinə qoyun. Qarışdıraraq qaynara düşənəcən gözləyin. Təxminən 1 dəqiqə qaynadıb götürün.
Bunu sinidəki qarışığın üstünə tökün, yaxşıca qarışdırın, elə edin ki, islanmamış tikə qalmasın.
Siniyə perqament kağızı döşəyin (folqa olmaz). Qarışığı üzərinə bərabər qaydada yayın. Üstündən bastalayın ki, aralarında hava qalmasın.

Su hamamında şokoladı əridin. Sonra sinidəki qarışığın üzərinə yaxın. Soyuducuya qoyub 1 saat dondurun. Çıxarıb doğrayın.



Nuş olsun!

 

0 şərh