Рейтинг
+26.86

Kulinariya

27 üzv, 999 topik

Şirniyyat yemək ziyanlıdırmı?

Şirniyyatlar uşaqlıqdan etibarən hər kəsin sevdiyi və dadına doya bilmədiyi qida növüdür. Qadınlar, kişilər, yaşlılar və gənclər arasında geniş yayılmışdır. Lakin, bu dadlı qida növünün sağlamlığımıza olan təsiri ilə bağlı çoxlu müzakirələr aparılır. Şirniyyat yeməyin bədəndə yaratdığı dəyişikliklər, ağız sağlamlığı, kilo artımı və uzun müddətli təsirləri ilə əlaqədar suallar çox vaxt ortaya çıxır. Bu yazıda şirniyyat yeməyin ziyanlı olub-olmadığını analiz edəcəyik və müxtəlif aspektlərdən bu mövzuya nəzər salacağıq.


Davamı →

Evdə necə dondurma hazırlaya bilərsiniz?

Dondurma yay aylarının vazkeçilməz desertlərindən biridir. İsti günlərdə sərinləmək üçün mükəmməl bir seçim olan dondurma, evdə hazırlamaq mümkün olan ən dadlı və yaradıcı desertlərdən biridir. Üstəlik, evdə hazırladığınız dondurma ilə marketlərdə satılan dondurmalardan daha təbii və sağlam bir seçim edə bilərsiniz. Bu məqalədə sizə evdə necə dondurma hazırlaya biləcəyinizi addım-addım izah edəcəyik.


Davamı →

Qəhvə haqqında bilmədikləriniz

Qəhvə kofe adlanan ağacın meyvələrindən müxtəlif proseslər nəticəsində toxumlarının ayrılaraq bölgədən bölgəyə fərqli dəmləmə üsulları ilə hazırlanaraq əldə edilən bir içki növüdür. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur. İspaniyada belə qəhvə dənələrinə «balaca ilbiz» deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur. Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. Bu meyvələrin toxumları müxtəlif proseslərdən sonra suda dəmlənərək istehlak edilir. Hər bir ölkənin mədəni damaq vərdişlərinə uyğun olaraq yaratdığı özünəməxsus içkiləri olsa da, qəhvə onlardan fərqli olaraq yer üzündəki insanların əksəriyyətinin həyatına daxil olmağı bacarıb. Hər bir cəmiyyət qəhvəyə özlərinə görə mənalar aid etmişdir; Özünə xas tərzdə qovurub, dəmlənib və təqdim olunmuşdur. Yarandığı gündən bəri saysız-hesabsız insanların dolanışıq mənbəyi olmuş, böyüdüyü bölgənin iqtisadiyyatını formalaşdırmışdır. Bu gün də dəyərini artıraraq insanların təqdirini qazanmağa və dayanmadan dünyanın hər nöqtəsinə çatmağa davam edir. Bu səbəbdən də dünyada neftdən sonra ən çox satılan məhsul olma xüsusiyyətini hələ də qoruyub saxlayır. Bölgələrinə, mallarına və maddi-mənəvi mənalarına ad verdiyi qəhvəni əvvəldən gəldiyi nöqtəyə qədər təsvir etmək mümkün olmasa da, sizə cavab verəcək şəkildə izah etdik. Kofenin istehsalından tutmuş təqdimatına qədər hər sualınız üçün internetdə yayımlanan ən uzun qəhvə məqaləsini sizin üçün hazırladıq.


Davamı →

"Spartak" tortu

Tərkibi:

  • Un - 530 q.
  • Qəhvəyi rəngli şəkər tozu - 180 q.
  • Soda — 1 ½ ç. q.
  • Qabartma tozu — 1 ç. q.
  • Kərə yağı- 100 q.
  • Yumurta - 2 ədəd
  • Kakao - 3 x. q.
  • Bal — 2 x. q.
 

Krem üçün: 


Davamı →

Şor Qoğal resepti

Səhər süfrələrinin, Novruz xonçalarının bəzəyi Şor qoğalını kim sevməz axı ?!
Amma qoğal bişirmək üçün Novruzu gözləməyin!
Bu gün sizinlə ləziz şorqoğal resepti bölüşəcəyik.

Tərkibi:
Davamı →