Kartof mantısı

Tərkibi:
5-6 ədəd kartof
Cəfəri
1 kasa qatıq
2 diş sarımsaq
1 çay qaşığı tomat

Hazırlanması:
Kartofları yaxşıca yuyub qaynamaq üçün qazana qoyun. Qaynadıqdan sonra qabığını soyub çəngəllə yaxşıca əzin. Sonra kartofun içinə doğranmış cəfərini əlavə edin. İstəyə görə duz, istiot və qırmızı bibər əlavə edin. Yaxşıca qarışdırın.

Qoz şəklində tikələr götürüb stəkan formasında şəkilləndirin. Başqa qabda qatığın içinə əzilmiş sarımsaqları əlavə edib qarışdırın. Kartofların içini qatıqla doldurun. Tavada kərə yağında tomatı bir az qarışdırdıqdan sonra kartofların üzərinə əlavə edin və süfrəyə verin.

Nuş olsun!

 

0 şərh