"Qaraçı qız" tortu

Xəmir üçün:
Şəkər tozu – 2 st.
Kakao tozu – 2 x.q.
Yumurta – 4 ədəd
Yağsız xama – 2 st.
Un – 3 st.
Soda – 1ç.q.
Sirkə – 1ç.q.

Krem üçün:
Kərə yağı – 200 qr.
Bişmiş qatılaşdırılmış süd (squşenka) – 1 banka
Kakao tozu – 1,5 x.q.
Süd – 5 x.q.
Xəmiri islatmaq üçün şirin çay dəmi. 

Hazıranması:
Əvvəlcə xəmir: Qabda şəkər tozu, kakao, yumurta, xama qarışdırılır, un bura ələnir qarışdırılır. Soda sirkədə söndürülür və xəmirə qatılır. Xəmir duru olmalıdır. Formanı yağlayıb, xəmiri tökün. 180 dərəcədə 40 dəqiqə bişirin. Sobadan çıxarıb, soyudulur, formadan çıxarılır.

Krem hazırlanır: Kərə yağı yumşaldılır, qatılaşdırılmış süd ilə qarışdırılır. İsti süddə kakao həll olunur və kremə əlavə edilir. Hamısı yaxşıca qarışdırılır. Krem hazır.

İti uzun bıçaqla xəmir 3 hissəyə bölünüb 3 lay edilir. Şirin çayla laylar isdadılır. Sonra aralarına krem çəkilir, üzərinə vişnə düzülür. Sonra digər lay qoyulur, kremlənir. Üst qat krem çəkiləndən sonra üzərinə sürtgəcdən keçirilmiş şokolad səpilir. Nuş olsun!
 

0 şərh