Göy soğanlı yumurta salatı

Tərkibi:

4 ədə yumurta

2 x.q xama 

balaca dəstə göy soğan

Duz


      Yumurta salatı

Hazırlanması:

Yumurtanı suda bişirib, təmizləyib sürtgəcin böyük gözündən keçiririk.
Soğanı təmizləyib xırda xırda doğrayırıq.

Yumurta ilə soğanı duz töküb qarışdırırıq.

Sonra xamanı əlavə edib qarışdırırıq.

Salatımız Hazırdır.

Nuş olsun ! 

Mənbə : resept.az
 

0 şərh