Pastilla

İnqrediyentlər
  • Xəmir üçün paxlavalıq lavaş-6 ədəd
  • əridilmiş Super Sun yağı-3 x.q.
  • İçlik üçün toyuq budu-4 ədəd
  • yumurta-3 ədəd
  • baş soğan-2 ədəd
  • sarımsaq-2 diş
  • Super Sun yağı-1 x.q.
  • zeytun yağı-3 x.q.
  • cirə-1 ç.q.
  • istiot-1 ç.q.
  • zəncəfil-1 ç.q.
  • sarıkök-1.5 ç.q.
Pastilla
Hazırlanma mərhələsi
  1. Soğanlar nazik-nazik kub formasında doğranılır.
  2. Dərin orta ölçülü tavanın içərsinə Super Sun yağı və zeytun yağı tökülür.
  3. Üzərinə soğan və sarımsaqlar əlavə olunur.
  4. Qovrulan soğanların üzərinə toyuqlar tökülür, yaxşıca qarışdırılır.
  5. Üzərinə isti su əlavə edilir, qapağı örtülərək suyunun bir miqdarı çəkilənə qədər toyuq bişirilir.
  6. Bişən toyuqlar kənara qoyulur və sümüklərindən ayrılaraq xırda-xırda doğranılır.
  7. Ocağın üzərindəki soğanların içərisinə bir az su qalmasına diqqət edilməlidir.
  8. Sonra nazik-nazik doğranılan toyuqları yenidən ocağa qoyun. Üzərinə ədviyyatlar əlavə olunur və qarışdırılır.
  9. Ayrı bir qabın içərisinə yumurtalar qırılır və çırpılır. Ocağın odu azalır və yumurtalar az-az içliyə əlavə olunur, qarışdırılır. Digər inqridientlərlə qarışmasına diqqət etmək lazımdır.
  10. Son anda duz da tökülür, otaq istiliyində soyumağa qoyulur.
  11. Bir az soyuduqdan sonra limon qabığı əlavə olunur və badamlar tökülür, qarışdırılır.
  12. Paxlavalıq lavaşlar qabın formasına görə şəkilləndirilir.
  13. İki ədəd paxlavalıq yuxalar qabına içərisinə sərilir, araları yağlanır, orta hissəyə içlik qoyulur.
  14. Üst hissəyə isə qalan yuxalar sərilir.
  15. 180 dərəcəlik sobada üzəri qızarana qədər 15-20 dəqiqə yaxşıca bişirilir.
  16. Sobadan çıxarıb otaq istiliyində bir az saxlanılır. Üzərinə darçın və şəkər kirşanı səpilir, servis edilir.
 
 
Mənbə: neyeyek.az
 

0 şərh