İnsanlara bəzək nə üçün lazımdır

Ən qədimdən insan özünü və istifadə etdiklərini bəzəyərdi. Qədim ovçu vəhşi heyvan dişlərindən düzəldilmiş boyunbağı gəzdirərdi. Boyunbağıda olan dişlərin sayı ovlanan heyvanların sayına bərabər olardı. Bu işarə ovçunun qəbilə sakinləri qarşısında bacarıq və gücünün nümayişi idi. Hökmdarın geyimi
Döyüşçülər hücumdan qabaq bədənlərini qorxunc naxışlarla bəzəyərdilər ki, onları həm qorusun, həm də düşməndə vahimə yaratsın.
Qəbilə başçısı lələklərdən dəbdəbəli baş geyimi, əlvan bəzəkləri və bədənindəki döymələri əyləncə xatirinə gəzdirmirdi. Belə bəzənməklə o, tayfada özünün xüsusi mövqeyini bildirirdi.
Keçmiş zamanlarda əlamətdar günlərdə Şərqdə və Qərbdə padşah və sultanlar qızıl və gümüşü saplarla işlənmiş, qiymətli daş-qaşlarla bəzədilmiş təmtəraqlı libas geyinərdilər.
Bu gün, insanın geyiminə görə zabit, idmançı, müəllim olduğunu, həmçinin dekoruna əsasən — həkim otağını, idman zalını asanlıqla müəyyən etmək olur.
Beləliklə, geyim və əşyalar insanın cəmiyyətdə və həyatda mövqeyini əks etdirir.

Müəllif: Yeganə Cəlilova, Kəmalə Cəfərzadə, Tale Məlik
Mənbə: Təsviri İncəsənət 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün Təsviri Sənət fənni üzrə Dərslik
 

0 şərh