Piter Paul Rubens (1527-1640)

Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens flamand barokko məktəbini İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi Rubens çılpaq və yarıçılpaq təsvirlər yaradırdı. Çılpaq qadın bədənini isə o, xüsusi ustalıqla yaradırdı. Rubensin Antverpen mərhələsinə aid olan ilk əsərlərində Venetsiya və Karavaco təsiri duyulur. 1630-cu ildən sonra Rubens yaradıcılığının yetkin dövrü başlayır. Bu tarix onun I arvıadı İzabella Brantın ölümü və onun Yelena Fourmenlə evlənməsi ilə başlayır. Dünyaya 3 mindən çox əsər bəxş edən Rubensin ən məşhur əsərləri bunlardır: «Persey və Andromeda» (1620-1621), «Levkippin qızlarının oğurlanması» (1619-1620), «Yunanların amazonkalarla döyüşü» (1615-1619), «Arvadı İzabella Brant ilə avtoportreti» (1609), «Yelena Fourmen uşaqları ilə» (1636), «Şuba» (1638-1640), «Ər-arvad Rubenslərin portreti» (1631), «Göldən qayıdan kəndlilər» (1635), «Kəndli rəqsi» (1636-1640), «Qulluqçu İnfanta İzabellanın portreti» (1625), «Mariya Mediçi və Fransa kralı IV Henrixin kəbini» (1622-1625), «Mariya Mediçinin tacqoyma mərasimi» (1622-1625) və s.

0 şərh