Qidalı şirə

Peyin çatışmazlığı və əsas mineral gübrələrin bahalığı şəraitində təsərrüfatçılar daha çox öz diqqətlərini üzvi gübrə olan yaşıl şirəyə yönəltməyə məcburdurlar. Bu, hazırlanma üsuluna görə hər kəsə asandır, xeyli və tez səmərə verir, başlıcası isə heç bir maliyyə xərci tələb etmir. Qidalı şirənin düzəldilməsi aşağıdakı kimidir:

Əvvəlcə bitkilərin kökləri və üstündə çiçəklər olan budaqcıqları kəsilib atılır, sonra qayçıların, bıçağın, yaxud bağban qayçısının köməyi ilə bitkilərin gövdələri və iri yarpaqları 30-60 mm ölçüdə xırdalanır.
Bitkilərin xırdalanmış hissələrinin şirəli tutumu 200 litr olan, daxili paslanmasın deyə 2 qat yağlı boya ilə örtülmüş metal çəndə fermentatorda həyata keçirilir. Bu çən hazırlanmış qarışıq ilə (həcminin 2/3-3/4-ü qədər) doldurulur, sonra qalan hissəsi əvvəlcədən hazırlanmış isti, yaxud yağış, ya da ki, yaxşı çökdürülmüş soyuq su ilə doldurulur.
Şirəyə qoyulmuş qarışığın müdafiə xassələrini gücləndirmək və onu zənginləşdirmək məqsədilə ona 1-2 vedrə kül və soğan tullantısı əlavə edilir. Belə yaşıl şirə bütün qida maddələri ilə zəngin olduğu üçün, ona heç bir üzvi gübrə (peyin, kompost və s.), yaxud mineral (superfosfat, kalium-sulfat və s.) gübrələrin əlavə edilməsinə ehtiyac yoxdur.

Çənin bütün göstərilən komponentlərlə doldurulmasından sonra, o, polietilen plyonka ilə örtülərək, üstdən iplə sarınır. Qıcqırtma prosesi, bir qayda olaraq, 8-10 gün davam edir, daha doğrusu, dalbadal biçilmiş alaq otlarının və yaşıl otların qıcqırmasından 3 dəfə tez başa gəlir. 1-2 gündən tez olmayaraq çəndə olan bütün kütlə intensiv qarışdırılır və artıq həftənin sonunda o, köpüklənməyə başlayaraq, tünd-yaşıl rəng alır və peyin iyi verir. 2-3 gündən sonra bu «ətirlər» adətən zəifləyir (plyonkanı götürəndən sonra) və şirədən istifadə etmək mümkündür. Yalnız sərin və yağmurlu günlərdə bütün proses uzanır, lakin 12 gündən yuxarı çəkmir. Belə şirənin tərəvəz (soğan və sarımsaqdan başqa), giləmeyvə və gül bitkilərinə əlavə qida kimi istifadə edilməsi geniş yayılmışdır. Çən fermentatorda alınmış şirə istifadədən əvvəl süzgəcdən keçirilməlidir, sonra tutumu 8 litr olan leykaya tökərək, yaxşı duruldulmuş ilıq su 1:7 (kökünü yemlədikdə), yaxud 1:14 (kökdənkənar yemləmədə) nisbətində əlavə edilir.

Ən çox hiss olunan səmərə yaşıl şirənin istifadəsindən 3 əsas tərəvəz bitkisinin əlavə yemləndirilməsində əldə edilmişdir: kartofun dibini doldurmadan qabaq (hər bitkiyə 1 litr), xiyarlarda onlar köçürmədən sonra, çiçəkləmə və meyvəvermə zamanı (müvafiq surətdə hər bitkiyə 0,5,1 və 1,5 litr sərf olunmuşdur) və pomidorda onların əkilməsindən sonra, çiçəklmədən əvvəl, bağların görünməsi zamanı, həmçinin meyvələrin dolması və yığılması zamanı (məsarif müvafiq surətdə hər bitkiyə 0,5, 1, 1,5 və 2 litr). Yemləndirmə aparılan günlərdə göstərilən bitkilər sulanmamalıdır. Bütün bitkilərin yaşıl şirə ilə kökdənkənar əlavə yemləndirilməsi yuxarıda göstərilən qatılıqda ayda 2 dəfə, orta hesabla 3 l/m2 sərf edilməlidir. Kompostun sulanmasında peyinin əvəzinə yaşıl şirədən istifadə, çən fermentatorda qıcqırmış bitkilərin alaqların isə peyin əvəzinə kompostda istifadəsi hiss olunan səmərə verir.
Sahədə yaşıl şirənin istifadəsi bitkilərindən ötrü nəinki səmərəli qida mənbəyidir, həm də torpağın mikro-bioloji fəallığını xeyli gücləndirməyə və onun bütün əsas fiziki-kimyəvi xarakteristikasını yaxşılaşdırmağa imkan verir. Bu zaman sahədə peyindən istifadədən tamamilə imtina etmək və ümumi mineral gübrələr sərfini 2 dəfə azaltmaq mümkündür. Bundan məhsul nəinki azalmır, əvvəlki dövrə nisbətən təxminən 1,3-1,5 dəfə artır.
O da xarakterikdir ki, yuxarıda adları çəkilən bakteriostatik fəallığa malik olan bitkilərin alaqların yaşıl şirəsinin istifadəsinin başlanması ilə heç bir bağ-dirrik bitkisi xəstəliklərdən və ziyanvericilərdən zərər çəkmir. Onu da qeyd etmək lazımdır ki, Avropanın hər yerində bitkilərin əlavə yemləndirilməsində belə şirədən geniş istifadə olunur.
Əliağa Bayramov, özəl məsləhətçi
 

0 şərh