Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.
Davamı →

ABŞ hökumətinin əsəs sənədləri tarixindən

Konstitusiya və ya təməl sənəd. Birləşmiş Ştatların Konstitusiyası Amerika hökumətinin ali qanunudur. Mövcudluğu (200 il) ərzində bu sənəd Amerika hökumət idarələrinin təkamülünə yol açmış, siyasi sabitliyin, fərdi azadlığın iqtisadi yüksəlişin və ictimai tərrəqinin təminatçısı olmuşdur. Bu Konstitusiya dünyanın ən qədim yazılı konstitusiyası olub, çox sadə və aydınlıqlıdır. Başlanğıcda Atlantik okeanın sahili boyu 13 çox müxtəlif müstəmləkələrin 4 milyonluq əhalisini idarə etmək üçün təməl kimi yaradılmış bu Konstitusiyanın əsas müddəaları o dərəcədə təkmildir ki, ancaq 26 düzəlişlə o, bu gün Atlantik okeanından Sakit okeana qədər uzanan bir-birindən çox fərqlənən 50 ştatının 240 milyondan artıq əhalisinin ehtiyaclarını ödəyir. 
Davamı →

Amerikada qanunvericilik

Əhalisinin miqdarından və ərazisindən asılı olmayaraq, hər ştatdan iki nəfər olmaqla Senatın 100 nəfər üzvü var. ABŞ Konstitıısiyasının 17-ci düzəlişinə əsasən Senatın üzvlərini xalq seçir. Senatorun ən azı 30 yaşı olmalı, 0, 9 ildən az olmayaraq Birləşmiş Ştatlar vətəndaşı olmalı və Senator seçildiyi ştatın sakini olmalıdır.
Belə bir qayda Azərbaycan Respublikası üçün də daha münasib istiqamət olardı. Senatorun səlahiyyət müddəti 6 ildir və Senatın üzvlərinin tam tərkibinin üçdə biri hər iki ildən bir seçilir. Aidiyatı Ştatdan olan S enatorların hər ikisinin səlahiyyət müddəti elə tənzimlənmişdir ki, onların hər ikisinin səlahiyyət müddəti eyni vaxtda qurtarmır. Hər ikisi eyni Ştatdan olan və senatda eyni vaxtda xidmət edən iki Senatordan daha əvvəl seçiləni — və yaxud hər ikisi eyni vaxtda seçilibsə, onlardan tam müddətə seçiləni həmin ştatdan seçilən «baş» senator hesab olunur. Digərinə isə «kiçik» Senator deyilir. Hər bir Senatorun bir səsi var.
Davamı →

Haqq və hüquq barədə

Şübhəsiz ki, müasir dünyada çox geniş həcmli, bəzən mürəkkəb, izahatları mübahisəli və müxtəlif cür yozulan, verilən bütün hüquqi məsələlərin daha ətraflı əhatə edilməsini məqsəd olaraq qarşıya qoymamışıq. Amma, istənilən hüquqi anlayışın bünövrəsi Haqqdan və hüquqdan keçir. Odur ki, insan haqlarından, onun da «haqq» və «hüquq» sözləri bünövrəsi üzərində duran bu fikirdən və onlar arasındakı fərq anlamının şərhindən söhbət açmaq istərdik.
Belə ki, həqiqətdə «hüquq» sözü «haqq» sözünün cəmi olub hər ikisi də ərəb sözü olmaqla, «doğru» mənasını verir. Elə hamımızın yeri gələndə işlətdiyimiz «doğru davranmaq» anlamı, qanuna uyğun davranmağı nəzərdə tutur. İstər, millətin milli mentalitetinə aid olsun, istərsə də həmin millətin dövlət qanunlarına aid olsun.


Ardı →

İnsan hüquqlarına hörmət tarixindən

Tarixi məlumatlara görə əsas hesab edilən insan hüquqları və azadlıqları burjua inqilabları dövründə rəsmən elan edilmişdir. Elə bundan sonra da beynəlxalq miqyasda insan hüquqlarının tənzimlənməsi məsələsi gündəmə gəlmişdir.
Əsas insan hüquqlarına hörmət məsələsi beynəlxalq hüquqi təcrübədə özünün ilk rəsmi ifadəsini 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının baş məclisində qəbul etdiyi bəyannaməsində öz əksini tapmışdır. Qəbul edilmiş Nizamnamənin 1-ci maddəsinin 3-cü bəndinə əsasən, Təşkilatın qarşısında duran başqa vəzifələrlə yanaşı, onun bir məqsədinin də, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün əsas insan hüquqları və azadlıqlarına hörmət edilməsini təmin etməkdən ibarət olması göstərilmişdir.
Ardı →

Hüquq nədir?

Əhali arasında çox tez-tez yayılan «...mənim hüququm var», «… .hüququmu tələb edirəm», yaxud «...hüququm pozulmuşdur» və sair kimi işlədilən ifadələrin şahidi oluruq. Bəs nədir hüquq? Biz onu necə başa düşürük?
Hüquq elmində hər bir filosof, hər bir alim, hər bir hüquqşünas öz siyasi baxışına görə müxtəlif təriflər vermişlər. Lakin, istənilən bir yazıda hüquq haqqında tam söhbət açmaq, onun geniş anlayışını vermək, mahiyyətini göstərmək, tarixi tipləri və formaları barədə oxucuda tam təəssürat yaratmaq xeyli çətindir. Burada məqsədimiz hörmətli oxucularımıza hüquq haqqında ümumi məlumatlar verməkdir.
Ardı →